Qusar
rayon təhsil işçilərinin
sentyabr konfransı keçirildi
Sentyabrın 5-də Qusar rayonunda təhsil naziri Misir Mərdanovun
iştirakı ilə rayon təhsil işçilərinin
konfransı keçirildi.
Konfransda Qusar Rayon İcra Hakimiyyəti
başçısının müavini Elman Mustafayev, Milli Məclisin
deputatı Azər Badamov, ümumi təhsil, məktəbəqədər,
məktəbdənkənar tərbiyə müəssisələrinin
rəhbərləri, müəllimlər, valideynlər və
b. iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən
sonra konfrans öz işinə başladı.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti
başçısının müavini Elman Mustafayev konfrans
iştirakçılarını salamlayaraq qarşıdan gələn
yeni tədris ili münasibətilə təhsil
işçilərini təbrik etdi. Ümummilli
lider Heydər Əliyevin Azərbaycanda hakimiyyət illərini
təhsilin intibah dövrü kimi səciyyələndirən
E.Mustafayev son illər ölkə başçısı cənab
İlham Əliyevin diqqət və qayğısı, həmçinin
Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində
aparılan köklü islahatlardan söhbət açdı.
Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev
"2011-2012-ci dərs ilinin yekunları və qarşıda
duran vəzifələr" mövzusunda məruzə ilə
çıxış etdi. Bildirdi
ki, Qusar rayonunda 90 ümumtəhsil məktəbi, o cümlədən
49 tam orta, 21 ümumi orta, 21 ibtidai məktəb fəaliyyət
göstərir. Ötən tədris ilində
14289 şagird təhsilə cəlb olunmuşdur. Dağ kəndlərində mövcud olan kadr
çatışmazlığı haqqında danışan
N.Fərzəliyev bildirdi ki, bu problem get-gedə öz həllini
tapmaqdadır. Belə ki, son illər rayonda
yolların xeyli yaxşılaşması və məktəblərdə
maddi-texniki bazanın möhkəmlənməsi, dövlət
tərəfindən tətbiq edilən həvəsləndirmə
tədbirləri ucqar dağ kəndlərində işləmək
həvəsində olanların sayını
artırmışdır. Bunun nəticəsində
son illər Sudur, Qənərçay, Zuxul, yuxarı Kalunxur
kimi kənd məktəblərində ixtisaslı kadrlara olan
ehtiyac ödənilmişdir.
N.Fərzəliyev qeyd etdi ki,
2012-2013-cü tədris ilindən respublikamızın dövlət
ümumtəhsil məktəblərinin 5-ci siniflərində təlimin
Milli Kurikuluma əsasən aparılacağını nəzərə
alaraq cari ilin iyun ayının 27-dən etibarən şəhər
4 nömrəli tam orta məktəbdə müəllimlər
üçün fənn kurikulumlarının tətbiqi
üzrə təlim kursları təşkil olunub. Beş təşkilat tərəfindən həyata
keçirilən kurslara ayrı-ayrı fənlər üzrə
606 nəfər müəllim cəlb edilib.
O bildirdi ki, "Ən yaxşı müəllim" müsabiqəsində
şəhər 1 nömrəli tam orta məktəbin müəllimi
Lətifə Zəkiyeva və şəhər internat-məktəbin
müəllimi Mülki Babaxanov qalib olmuş və ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı
ilə hər birinə 5000 manat pul mükafatı
verilmişdir.
Qeyd edildi
ki, təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı çərçivəsində rayonun bütün
tam orta və ümumi orta məktəbləri kompüterlərlə
təchiz edilmiş, 15 məktəbə noutbuk-proyektor dəstləri
verilmiş, 15 məktəb Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuşdur. Yeni texnologiyaların tətbiqi
sahəsində şəhər 2 nömrəli tam orta məktəb
xüsusilə fərqlənmişdir.
Milli Məclisin deputatı Azər Badamov
çıxış edərək son illər təhsil sahəsində
aparılan islahatlardan danışdı.
Belə tədbirlərin keçirilməsinin region
üçün əhəmiyyətli olduğunu bildirən
A.Badamov təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən
təhsil naziri Misir Mərdanov təhsil
işçilərini qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edərək
onlara uğurlar arzuladı. Təhsil naziri ulu
öndər Heydər Əliyevin müəllimlərə
xüsusi hörmət və ehtiramla
yanaşdığını, hər zaman təhsilə önəm
verdiyini söylədi. Nazir ümummilli liderin layiqli
davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən Azərbaycan elminin, təhsilinin
inkişafına, eyni zamanda təhsil işçilərinə
göstərilən diqqət və qayğıdan, Heydər Əliyev
Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən
danışdı.
Təhsil naziri Misir
Mərdanov bildirdi ki, son illər
respublikanın hər yerində olduğu kimi, Qusar rayonunda da
yeni məktəb binaları tikilib istifadəyə verilib.
Regionda təhsilin inkişafına göstərilən
diqqəti yüksək qiymətləndirən nazir
uğurlarla yanaşı, problemlərin də mövcud
olduğunu nəzərə çatdırdı.
Kadrlarla bağlı məsələlərə toxunan
təhsil naziri Misir Mərdanov müəllimlərin yaş
senzi ilə əlaqədar yaranan problemlərə həssas
yanaşmağı, gənc kadrlara şərait
yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin
isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini
tövsiyə etdi. Şagird-müəllim nisbətinə
toxunan təhsil naziri bu məsələnin ciddi xarakter
daşıdığını və dünyanın
inkişaf etmiş ölkələrində olduğu kimi,
respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu nəzərə
çatdırdı. Yeni fənn
kurikulumlarının tətbiqi üzrə öyrədici təlimlərdən
keçən müəllimlər haqqında məlumat verən
nazir bu sahədə işlərin mərhələli şəkildə
həyata keçirildiyini vurğuladı. Valideynlərin
məktəblərə cəlb olunmasının vacibliyindən
danışan Misir Mərdanov tapşırıq və
tövsiyələrini verdi.
Digər çıxış
edənlər konfrans
haqqında fikirlərini bildirdilər.
Tədbirdə
2011-2012-ci tədris ilində
orta məktəbi bitirmiş və yüksək balla ali məktəblərə daxil olmuş
qusarlı məzunlara hədiyyələr verildi.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 7 sentyabr.- S.3.