Anadolu Universitetinin nümayəndə heyəti
Bakı Dövlət Universitetində olub
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
Türkiyə Respublikasının
Anadolu Universitetinin nümayəndə heyətini
qəbul edib.
Görüşdə Anadolu
Universitetinin rektoru,
professor Davut Aydın,
rektor müavini,
professor Mustafa Cavcar, Aviasiya
və Kosmos Elmləri dekanı,
professor Mehmet Şerif
Kavsaoğlu, Azərbaycan-Türkiyə
İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin
II katibi Bahar Doğan iştirak ediblər.
Akademik Abel Məhərrəmov
qonaqları universitetdə
görməkdən məmnunluğunu
ifadə edərək
Türkiyə ilə Azərbaycan arasındakı
dostluq, qardaşlıq
əlaqələrindən, qloballaşan dünyada Azərbaycanla Türkiyənin
birgə addımlamasından
bəhs edib.
Rektor həmçinin BDU-nun Türkiyənin
bir çox universitetləri ilə əlaqəsinin olduğunu,
Ankara Universitetinin hüquqşünas
hazırlığı ilə
bağlı ikili diplom veriləcəyini qonaqların diqqətinə
çatdırıb.
Anadolu Universitetinin rektoru,
professor Davut Aydın,
öz növbəsində Azərbaycanın
ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində olmasından
qürur hissi duyduğunu bildirərək Anadolu Universiteti haqqında ətraflı məlumat verib.
Rektor Davut
Aydın səfərdə
əsas məqsədin
BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri
yaratmaqdan ibarət olduğunu söyləyib.
Söhbət zamanı bununla
bağlı bir sıra məsələlər
də müzakirə edilib.
Daha sonra
qonaqlar universitetlə
yaxından tanış
olmaq məqsədilə
Nanoaraşdırmalar, Nüvə
Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında, Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində
olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2012.- 7 sentyabr.- S.3.