Türkiyə universitetləri
ilə tərəfdaşlığa doğru
yeni addım
Türkiyə
Respublikasının Anadolu və İqdır universitetlərinin
nümayəndə heyəti Naxçıvan Dövlət
Universitetində oldu.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki
abidəsini ziyarət etməklə başlanan səfər
universitet kollektivi ilə keçirilən görüşlə
davam etdirildi. Görüş zamanı rektor, akademik İsa Həbibbəyli
qonaqları salamlayaraq Azərbaycan və Türkiyə
arasındakı çox qədim tarixi köklərə malik
dostluğun və birliyin bu gün də uğurla davam etdirilməsindən
danışdı. Rektor 45 illik tarixə malik Naxçıvan
Dövlət Universitetinin inkişaf yolu, strukturu,
professor-müəllim heyəti və tələbə
kontingenti haqqında məlumat verdi. Qeyd olundu ki,
dünyanın 70-ə yaxın ölkəsinin
tanınmış ali məktəbləri ilə beynəlxalq əlaqəyə
malik NDU Türkiyənin Ankara, Ərdahan,
Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə
dayanıqlı elmi əməkdaşlığa malikdir. Rektor İqdır və Anadolu
universitetləri ilə də əməkdaşlığın
inkişafının əhəmiyyətindən bəhs etdi.
Anadolu Universitetinin distant təhsil, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sahəsindəki zəngin təcrübəsindən
faydalanmağın zəruri olduğu vurğulandı.
İqdır Universitetinin rektoru, professor
İbrahim Hakkı Yılmaz, Anadolu Universitetinin prorektoru,
professor Aydın Ziya Özgür ikitərəfli iş
birliyinin ölkələr və xalqlar arasında münasibətlərin
daha da möhkəmlənməsi, elm və təhsilin
inkişafı, dünya təhsil sisteminə inteqrasiya
baxımından əhəmiyyətindən danışdılar.
Görüş zamanı virtual əlaqələrin
inkişafı, videokonfrans və simpoziumların, elmi təcrübə
mübadilələrinin, müştərək mədəniyyət,
idman tədbirlərinin təşkili məsələləri
müzakirə olundu. Türkiyədən gələn heyət
universitet ərazisini gəzdi, Heydər Əliyev Universiteti, Tələbə
evi, Sosial Xidmət Mərkəzində
və müxtəlif tədris korpuslarında oldu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2012.- 7 sentyabr.- S.3.