Şamaxıda "Mototurizm" turu keçirilib
Azərbaycan
Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin
razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Gənc
Turistlər və Diyarşünaslıq Mərkəzinin dəstəyi,
Dünya Azərbaycanlı Gənclər və
Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə bu il
sentyabrın 1-2 tarixlərində Şamaxı rayonunun
Avaxıl kəndində "Mototurizm"
turu keçirilib. Turda 9 peşəkar,
11 həvəskar baykerlər və bu sahəyə
marağı olan 5 şəxs iştirak edib. Müzakirə
zamanı baykerlərə motosikllərin mühərrik həcmləri,
yol hərəkəti qaydaları,
sürücülərin hüquqları izah
olunub. Eyni zamanda yaşanan əsas
problemlərdən biri olan
maşınların yol hərəkəti
zamanı motosikl sürənlərin
sıxışdırılması məsələsi diqqətə
çatdırılıb. Tur zamanı Mototreykin açılması, Lökbatanda
olan Motokrosun bərpası
və motosikl idman növünü inkişaf
etdirmək üçün təkliflər
irəli sürülüb.
Bundan başqa,
tur zamanı baykerlər Şamaxı rayonunun tarixi, mədəniyyəti,
adət-ənənələri ilə də yaxından
tanış olublar.
Cəmilə
ABDULLAYEVA,
Gənclərin
Həmrəyliyinə Dəstək
İctimai
Birliyinin sədri
Azərbaycan
müəllimi.- 2012.- 7 sentyabr.- S.7.