6 yaşı tamam olmamış balacalar məktəbə getmək üçün xüsusi komissiyadan keçir

 

Sabah yeni tədris ili başlanır. Tədris ilinin başlanmasına isə ən çox ilk dəfə əlinə çanta alib məktəbə qədəm qoyacaq balacalar sevinir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 19.11  bəndinə uyğun olaraq ölkəmizdə ibtidai təhsil 6 yaşdan başlanır. Elə  uşaqlar var ki, dərs ili başlananda onların 6 yaşının tamam olmasına hələ bir neçə ay qalır. Buna baxmayaraq, həmin balacalar da öz yaşıdları ilə birlikdə təhsil almaq istəyir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun digər bir bəndində isə xüsusi istedadlı uşaqların daha erkən yaşda məktəbə getməsinə icazə verilir. Təhsil Nazirliyində yaradılmış komissiya da məhz bu cür uşaqların valideynlərinin müraciətlərinə baxaraq onların övladlarının məktəb təliminə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirib I sinfə getmələri ilə bağlı müvafiq rəy verir.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi, noyabr ayında 6 yaşı tamam olan uşaqların məktəbə hazırlıq səviyyəsinin yoxlanılması ilə bağlı yaradılmış komissiyanın üzvü Afət Süleymanova ilə görüşümüzün əsas məqsədi adıçəkilən komissiyanın fəaliyyəti, gördüyü işlərlə, ümumiyyətlə bu prosesin necə həyata keçirilməsi ilə oxucularımızı tanış etmək idi.

Afət xanım bildirdi ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 19.12-ci maddəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin 16 iyun 2010-cu il tarixli, 796 nömrəli əmri ilə "Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu qaydaları" təsdiqlənmişdir. Həmin qaydaların müvafiq bəndinə əsasən nazirlikdə komissiya yaradılmışdır. Valideynlər 6 yaşı noyabr ayı ərzində tamam olan övladlarının məktəbə vaxtından qabaq getməsi üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edirlər. Ərizələrin qəbulu iyulun 1-dən sentyabrın 10-a qədərdir. Bu il belə müraciətlərin sayı 1500-ə yaxın olub. Komissiya üzvləri istirahət günü istisna olmaqla hər gün ərizə ilə müraciət etmiş uşaqları onların valideynlərinin iştirakı ilə qəbul edirlər. Artıq onlardan 700-nün hazırlığı  komissiya üzvləri tərəfindən yoxlanılıb bu uşaqların 300-dən artığının vaxtından qabaq məktəbə getməsi məqbul sayılıb. Qəbula gələn uşaqlara  məktəbə hazırlığı şərtləndirən keyfiyyətlər baxımından qiymətləndirmə imkanı verən müxtəlif xarakterli test tapşırıqlar təqdim olunur.Balacaların yerinə yetirdikləri xüsusi tapşırıqlar, verdikləri cavablar əsasında onların nitq, idraki, sadə riyazi hesablama bacarıqları, eləcə psixoloji dayanıqlığı fizioloji  durumu komissiya üzvləri tərəfindən ayrı-ayrılıqda qiymətləndirilir. Maksimum bal 25, keçid balı isə 15-dir. Belə ki, əgər uşaqların nitqi lazımi səviyyədədirsə, psixoloji, sosial, idraki, intellektual hazırlığı, məntiqi düşüncəsi, fizioloji imkanı yol verirsə yuxarıda adları qeyd olunan parametrlər üzrə ümumilikdə 15 bal  toplayıbsa, həmin balacalara vaxtından əvvəl məktəbə getmək imkanı yaradılır. Komissiyanın digər üzvləri isə paytaxtın sayılıb-seçilən, qabaqcıl müəllimləri - Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Yaqut Səfərova, 164 nömrəli tam orta  məktəbin ibtidai sinif müəllimi Sevil Məcidova, 20 nömrəli məktəb-liseyin psixoloqu Tünzalə Verdiyevadır.

Uşaqların verilən tapşırıqları hansı səviyyədə yerinə yetirmələrinin şahidi olmaq, valideynlərin bununla bağlı  fikirlərini öyrənmək üçün elə həmin gün komissiyanın işini müşahidə etməyi qərara aldıq. Biz otağa daxil olanda komissiyanın üzvləri Sevil Məcidova, Tünzalə Verdiyeva  Teymur Paşazadənin verdiyi cavabları hər bir parametr üzrə   ətraflı təhlil edərək qiymətləndirmə cədvəlində ona 15 bal yazdılar. Oğlunun cavablarını izləyən anası komissiya üzvlərinin övladı haqqında fikirləri ilə tamamilə razı olduğunu dedi. Komissiya üzvləri məktəbə getmək istəyən digər bir uşağa - 6 yaşı noyabrın 23-də tamam olacaq Hacı Pənahova tapşırıq verdi. Hacı ona təqdim olunan fiqurları ardıcıllıqla düzməli, onları tanımalı, fiqurlar arasında fərqi deməli, şəkil əsasında fiquru qurmalı, doğru qurub-qurmadığını müəyyən etmək üçün nəticəni dəyərləndirməli idi. Müəllimlərin uşaqla səmimi ünsiyyət yaratmasına, müəyyən köməkliyə cəhd etmələrinə baxmayaraq, o, tapşırığı yerinə yetirməkdə çətinlik çəkdi. Hacı ona verilmiş şəkillərdə verilmiş əşyaları saymaq uyğun gələn rəqəmi dairəyə almaqla bağlı tapşırığı da edə bilmədi. Bu tapşırığın əlavə yardımçı sualların verilməsi onun sadə riyazi hesablama bacarığının hansı səviyyədə olmasını müəyyənləşdirmək məqsədi daşıyırdı. Ümumiyyətlə, verilən test tapşırıqların öhdəsindən çox çətinliklə gələn Hacının digər parametrlər üzrə cavabları qaneedici olmadı. O, komissiya üzvləri tərəfindən 6 balla qiymətləndirildi   bu il məktəbə getməsi məqbul hesab edilmədi. Hacının cabablarını diqqətlə dinləyən anası Adilə Pənahova 3 il bundan qabaq qızı Ayselin vaxtından əvvəl I sinfə getmək üçün bu komissiyanın üzvləri tərəfindən  hazırlıq səviyyəsinin yoxlanıldığını tələb olunan 15 balı toplayaraq məktəbə getməyə icazə verildiyini dedi. Hazırda 3-cü sinifdə oxuyan qızının dərs əlaçısı olduğunu söyləyən ana Hacının verdiyi cavabların komissiya tərəfindən az balla qiymətləndirilməsini haqlı sayaraq onun  vaxtından qabaq məktəbə getməyə doğrudan da hələ hazır olmadığını etiraf etdi.

Biz orada olduğumuz müddətdə adları siyahıda qeyd olunan Elcan Səfərov, Vüsal Mehrəli, Çingiz Eyvazov digər uşaqların yerinə yetirdikləri tapşırıqlar, testlər üzrə, həmçinin şifahi  suallara verdikləri cavablar ayrı-ayrılıqda komissiya üzvləri tərəfindən ətraflı təhlil olunaraq sonda müvafiq ballarla qiymətləndirildi.

Vüsal Mehrəlinin babası Güləli Mehrəliyev valideynlərin burada iştirakının təmin edilməsini müsbət qiymətləndirərək uşaqların verdikləri cavablar əsasında komissiya üzvlərinin obyektiv qərar qəbul etmələrindən razı qaldığını bildirdi.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.14.