2012-2013-cü dərs
ilinin başlanması münasibəti ilə təbriklər
Sabah
ölkəmizdə yeni - 2012-2013-cü dərs ili
başlayır. Artıq neçə illərdir ki, yeni dərs
ilinin ilk günü - sentyabrın 15-i ölkəmizdə
"Bilik günü" kimi qeyd olunur. Növbəti dərs
ilinin başlanması və "Bilik günü"
münasibəti ilə ölkəmizin bütün təhsil
işçilərini, çoxminli müəllim ordusunu,
şagirdləri və tələbələri təbrik edirəm.
Artıq
tarixə çevrilmiş 2011-2012-ci dərs ili ölkəmizin
həyatında, eləcə də təhsil sistemimizdə bir
sıra hadisələrlə və əhəmiyyətli tədbirlərin
həyata keçirilməsi ilə yaddaqalan olmuşdur. Əsası
xalqımızın böyük oğlu, dahi siyasətçi
və dövlət xadimi,
müstəqil Azərbaycanın memarı, ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
quruculuq siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilmiş, ölkə həyatının
bütün sahələrində ciddi irəliləyişlər
əldə olunmuşdur.
Ötən
dərs ili ərzində dövlət müstəqilliyimizin bərpasının
20-ci ildönümü böyük təntənə ilə
qeyd edilmişdir. Bu hadisə bir daha sübut etdi
ki, ulu öndərin müdrik siyasəti nəticəsində
qorunub saxlanmış və daha da möhkəmləndirilmiş
müstəqilliyimiz daimidir, əbədidir və heç bir
qüvvə ölkəmizi tutduğu müstəqillik,
demokratiya yolundan döndərə bilməz.
Ötən
dərs ili ərzində dövlətimizin beynəlxalq aləmdə
nüfuzunun daha da artdığını sübut edən
mühüm hadisə ölkəmizin BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi
olmuşdur. Bu hadisə dünya birliyinin Azərbaycana olan
hörmət və inamının ifadəsi kimi qiymətləndirilir.
Ötən
ilin sonlarında möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin imzaladığı sərəncamla
hazırlanmaqda olan "Azərbaycan - 2020: gələcəyə bir
baxış" İnkişaf Konsepsiyası son illərin ən
mühüm proqram əhəmiyyətli sənədlərindən
biri olub yaxın 10 ildə ölkəmizin davamlı inkişafının təmin edilməsinə
yönəlmişdir.
Ötən
dərs ili təhsilimizin inkişafı ilə bağlı həyata
keçirilən islahatyönümlü tədbirlərlə
də zəngin olmuşdur. Ölkəmizin tarixində ilk dəfə
olaraq ibtidai siniflərdə yeni kurikulumların tətbiqi
işi ötən dərs ilində başa
çatdırılmışdır.
Azərbaycanda
məktəb infrastrukturunun müasirləşdirilməsi
istiqamətində son illər atılan uğurlu addımlar
ötən dərs ilində də davam etdirilmiş, 50000
şagird yerlik 167 yeni təhsil müəssisəsi tikilib
istifadəyə verilmiş, 21 məktəb üçün
5104 şagird yerlik əlavə tədris korpusları inşa
olunmuş, 103 məktəb
əsaslı təmir edilmişdir.
Yeni
dərs ili ərəfəsində ölkənin ümumtəhsil
məktəbləri üçün 194 adda 4018980 nüsxə
dərslik və metodik vəsait çap edilmiş,
bütün növdən olan ümumtəhsil müəssisələrinin
tədris planları hazırlanıb təsdiq olunmuşdur. Elektron vasitələrin
geniş tətbiqi ilə keçirilən mərkəzləşdirilmiş
müsabiqə vasitəsilə ümumtəhsil məktəblərindəki
3270 vakant yerin böyük əksəriyyətinə müəllim
kadrları göndərilmişdir.
Şagirdlərin
təhsil əməyinin stimullaşdırılması sahəsində
iş davam etdirilmiş, tam orta məktəblərin məzunlarından
xüsusi nailiyyətlər qazanan 118 nəfəri
qızıl, 20 nəfəri isə gümüş medalla təltif
olunmuşdur.
Ötən
dərs ili ərzində Təhsil Nazirliyinin tabeliyində olan
idman məktəblərinin yetirmələri bir sıra parlaq nəticələr
əldə etmişlər. Belə ki, respublika
birincilik və
çempionatlarında 315 qızıl, 235
gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671
medal, milli yığma komandaların tərkibində Avropa,
dünya birinciliklərində və beynəlxalq turnirlərdə
62 qızıl, 47 gümüş, 92 bürünc medal
qazanılmışdır.
Ölkədə
innovativ fəaliyyət göstərən məktəb və
müəllimlərin əməyini stimullaşdırmaq
üçün artıq 5-ci ildir ki, keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri ötən
dərs ilində də uğurla aparılmış və
qalib gəlmiş
daha 100 müəllim və 50 məktəb ölkə
Prezidentinin müvafiq sərəncamları ilə
mükafatlandırılmışdır.
Ötən
dərs ilinin bir mühüm hadisəsi də "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununa əsasən
tam orta təhsilin təmayüllər
üzrə qurulması istiqamətində ilk addımların
atılması olmuşdur. Belə ki, bu məqsədlə
müəyyənləşdirilmiş 6 tədris müəssisəsində
(akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli
lisey, Bakı Avropa Liseyi, fizika, riyaziyyat və informatika təmayüllü
lisey, "Elitar" gimnaziya və "XXI əsr" Beynəlxalq
Təhsil və İnnovasiya Mərkəzi) tam orta təhsilin təmayüllər
əsasında təşkili üzrə pilot layihənin
reallaşdırılmasına başlanmışdır.
Astanasında
olduğumuz yeni dərs ili təhsil sistemimiz üçün
daha taleyüklü bir hadisə ilə də əlamətdardır.
Məhz bu dərs ilində biz ümumi orta təhsil səviyyəsində
yeni fənn kurikulumlarının tətbiqinə
başlayırıq. Bu məqsədlə ciddi hazırlıq
işləri aparılmış, bu il V siniflərdə dərs
deyərək yeni kurikulumlarla işləyəcək 35 min nəfərədək
fənn müəllimi təlim kurslarından
keçirilmişdir.
Görülmüş
işlər, qazanılmış uğurlarla yanaşı təhsil
sistemində bir sıra problemlər də vardır ki, yeni dərs
ilində əsas diqqət onların aradan
qaldırılmasına, nailiyyətlərin daha da möhkəmləndirilməsinə
yönəldiləcəkdir.
Yeni
dərs ilində habelə, təhsil sahəsində
reallaşdırılmaqda olan Dövlət Proqramları və
layihələrin icrasının davam etdirilməsi, təhsil
müəssisələrində icra intizamının və məsuliyyətin
artırılması, təhsil müəssisələrinin
idarəolunmasının təkmilləşdirilməsi, təlim-tərbiyə
prosesinin müasir pedaqoji innovasiyalar əsasında qurulması
istiqamətində təsirli tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Hörmətli
təhsil işçiləri, əziz müəllimlər,
şagirdlər və tələbələr,
sizi bir daha yeni dərs ilinin başlanması münasibəti
ilə təbrik edirəm. Sizə möhkəm
cansağlığı, yeni dərs ilində daha səmərəli
fəaliyyət və böyük uğurlar arzulayıram.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri, əməkdar elm xadimi
15
sentyabr - "Bilik günü" münasibətilə
bütün təhsil işçilərini, pedaqoji ictimaiyyəti,
tələbələri, şagirdləri ürəkdən təbrik
edir, hər birinə uğurlar, cansağlığı,
müvəffəqiyyətlər arzulayıram. Ali təhsil
işçisi kimi təbriklərimin ən böyük hissəsini
bu il universitetlərə daxil olmuş birinci kurs tələbələrinə
ünvanlayıram. Onlar çətin sınaqlardan şərəflə
çıxaraq müəllimlərinin, valideynlərinin
etimadını doğrultmuş, özlərini təsdiq
etmişlər. Arzu edirəm ki, yüz mindən
artıq orta məktəb məzunu arasından seçilərək
tələbə adını qazanmış bu gənclər gələcəkdə
xalqımızın ləyaqətli övladları olmaq
üçün boyunlarına düşən şərəfli
missiyanın məsuliyyətini lazımınca dərk
etsinlər. Bu gün inkişaf dinamikasına görə
dünyanın qabaqcıl dövlətləri sırasına
çıxan ölkəmizin uğurlu sabahını təmin
etmək məhz bu gənclərin əlindədir. Milli vətənpərvərlik
ruhunda yetkinləşərək öz ixtisasları üzrə
kamil mütəxəssis olmaq onların ən böyük vəzifəsi
hesab edilməlidir. Azərbaycanın iqtisadi, mədəniyyət
və idman sahələrində əldə etdiyi böyük
uğurlar, son dövrlərdə beynəlxalq nüfuzumuzun təsdiqi
olan bir sıra uğurlu siyasi hadisələrin baş verməsi
hər bir Azərbaycan vətəndaşının, o cümlədən
tələbələrin məsuliyyətini
bir qədər də artırır. İnanıram ki, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş inkişaf strategiyamızın möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında
uğurla davam etməsinə gənclər öz töhfələrini
verəcəklər.
Xalqımızın
tarixində əziz bayramlardan biri kimi qeyd olunan "Bilik
günü" münasibətilə bu sahədə fəaliyyət
göstərən bütün insanları bir daha təbrik
edir və yekun olaraq böyük Nizaminin "Elmlə, biliklə
başqa cür heç kəs, heç kəsə
üstünlük eyləyə
bilməz" fikrini xatırlatmaq istəyirəm.
Bayramınız mübarək!
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik
Müstəqil Azərbaycan
Respublikasının bütün ali və orta təhsil müəssisələrində
hər yeni tədris ilinin ilk gününün "Bilik
günü" kimi qeyd edilməsi xoş ənənəyə
çevrilmişdir.
Belə
bir ənənənin bünövrəsi ulu öndər Heydər
Əliyev tərəfindən təhsilə verilən dövlət
qayğısı sayəsində qoyulmuş və möhkəmləndirilmişdir.
Azərbaycanda təhsil sisteminin ardıcıl
inkişafı ümummilli liderimiz dahi Heydər Əliyevin
uzaqgörən siyasəti nəticəsində onun ölkəmizə
rəhbərlik etdiyi dövrlərdə iri
sıçrayışlarla irəliləmiş, məqsədyönlü
şəkildə aparılan dolğun islahatlar sayəsində
yüksək səviyyəyə çatdırılmışdır.
Sonuncu onillikdə təhsil sisteminə dövlət
qayğısı siyasəti cənab Prezident İlham Əliyev
tərəfindən yeni müstəvidə davam etdirilərək
geniş vüsət almışdır. Həm paytaxt şəhərimiz
Bakıda, həm də respublikamızın bütün
regionlarında təhsil sisteminin maddi - texniki bazası yenidən
qurularaq gücləndirilir, beynəlxalq əlaqələri
genişləndirilir. Azərbaycan təhsil sistemi böyük
uğurla dünya təhsil sisteminə inteqrasiya edir.
Ölkəmizin
yeganə ali tibb təhsili müəssisəsi olan Azərbaycan
Tibb Universitetinə göstərilən dövlət
qayğısı bu ali tibb təhsili ocağını
dünyanın qabaqcıl ali təhsil müəssisələri
sırasına çıxarmışdır və hər il
olduğu kimi, bu il də doğma
vətənimizdə keçirilən "Bilik
günü" universitetimizin divarları arasında
böyük ruh yüksəkliyi ilə qeyd ediləcək, Heydər
Əliyev irsinin öyrənilməsi və mənimsənilməsi
istiqamətində disputlar keçiriləcəkdir.
Belə
bayram günlərində istər-istəməz keçdiyimiz
yollara nəzər salırıq və bu yollarda ölkəmizdə
bütövlükdə təhsilin, o cümlədən tibb təhsilinin
qazandığı nailiyyətləri aydın görür və
bundan qürur duyuruq.
Qürur duyuruq ki, təhsilimizi dinamik inkişaf etdirən
müstəqil respublikamız, bu inkişafın aparıcı
qüvvəsi, təşkilatçısı və yenilməz
rəhbəri olan Prezidentimiz vardır.
Müstəqil
ölkəmizin təhsil sisteminə, o cümlədən tibb
təhsili sisteminə göstərilən diqqət və
qayğı, gənc nəslin
dünyagörüşünün artırılması, bilik
səviyyəsinin durmadan yüksəldilməsi, tibb
kadrlarının beynəlxalq aləmdə təcrübə
mübadiləsi
apara bilmələrinə geniş meydan verilməsi, rahat şərait
yaradılması ATU-nun kollektivi tərəfindən
böyük məmnunluqla qarşılanır.
Ölkəmizin
bütün təhsil işçilərini "Bilik
günü" münasibətilə ürəkdən təbrik
edir, vətənimizin intellekt sahəsində də beynəlxalq
aləmdə günü-gündən artan nüfuzunun daha da
möhkəmlənməsi naminə gördükləri
işlərdə yeni uğurlar, müvəffəqiyyətlər
arzulayıram.
Əhliman ƏMİRASLANOV,
ATU-nun rektoru, akademik,
SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin
deputatı
Mən ilk olaraq Azərbaycanın bütün təhsil
işçilərini yeni - 2012-2013-cü tədris ilinin
başlanması münasibətilə ürəkdən təbrik
edir, onlara şərəfli, eyni zamanda çətin və məsuliyyətli
fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər
arzu edirəm. Eyni zamanda şagird və tələbələri,
onların valideynlərini də yeni dərs ili münasibətilə
təbrik edir, gənclərə təhsildə uğurlar,
valideynlərinə isə övladlarına bəslədikləri
ümidlərin doğrulmasını arzulayıram.
Böyük
razılıq hissi ilə qeyd etmək istəyirəm ki,
"Təhsil millətin gələcəyidir!" deyən
xalqımızın dahi oğlu, müstəqil, müasir,
demokratik dövlətimizin banisi və qurucusu, ümummilli
liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu çox
uğurla həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti möhtərəm cənab
İlham Əliyevin elm və təhsilin inkişafını
ölkəmizin davamlı inkişaf strategiyasının ən
mühüm, ən öncül istiqamətlərindən biri
kimi qiymətləndirməsi və bu yöndə
apardığı ardıcıl dövlət siyasəti
respublikamızda bu sahəni müasir dünya standartlarına
uyğun inkişaf yoluna çıxarmışdır. Azərbaycanda
yüksək texnologiyalara əsaslanan müasir, sosial və
innovasiyayönümlü iqtisadiyyatın formalaşması elm
və təhsilin hərtərəfli inkişaf etməsi
üçün əlverişli şərait və stimul
yaratmışdır. Bütün dünyada davamlı sürətli
iqtisadi inkişafı və beynəlxalq siyasi nüfuzunun
artması ilə fərqlənən Azərbaycanda hazırda
dövlət tərəfindən elm və təhsilə
böyük qayğı və diqqət göstərilir. Son illər respublikamızda təhsil sahəsində
islahatların ardıcıl və səmərəli şəkildə
həyata keçirilməsi təhsilin keyfiyyətinin xeyli
yüksəlməsinə, onun müasir məzmun kəsb edərək
dünyəvi və ümumbəşəri xarakter almasına
səbəb olmuşdur. Ölkəmizdə dövlət səviyyəsində müəllim əməyinin
və pedaqoji fəaliyyətin stimullaşdırılmasına
yönəlmiş tədbirlərin ardıcıllıqla həyata
keçirilməsi də cəmiyyətdə müəllim
adını və müəllim nüfuzunu xeyli yüksəltmişdir.
Bir
faktı da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin ölkəmizin zəngin
iqtisadi potensialının intellekt kapitalına çevrilməsini
ən vacib vəzifələrdən biri kimi
qarşımıza qoyması bizi daha yaxşı, daha məsuliyyətli
işləməyə, gündəlik fəaliyyətimizi
müasir dövrün tələblərinə uyğun qurmağa sövq edir. Həmçinin son illər respublikamızda elm, təhsil,
səhiyyə, mədəniyyət və digər sahələrdə
qazanılan böyük uğurlarda ölkənin birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini,
əvəzsiz və fədakar xidmətlərini və onun bu
xidmətlərinin xalqımız tərəfindən yüksək
qiymətləndirilməsini xüsusi qeyd etmək istəyirəm.
İnanıram ki, respublikamızın təhsil
işçiləri onlara göstərilən yüksək
dövlət qayğısından ruhlanaraq builki tədris ilində
də yeni-yeni uğurlara imza atacaqlar. Mən bir daha ölkəmizin
təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması
münasibətilə səmimi-qəlbdən təbrik edir,
böyük müvəffəqiyyətlər arzu edirəm.
Yusif
MƏMMƏDOV,
ADPU-nun
rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, professor
Təhsilin,
elmin, biliyin inkişafı
bütövlükdə cəmiyyətin tərəqqisinə
xidmət edir. Ölkəmizdə yeni dərs ilinin ilk
günü - "Bilik günü" həmişə
ümumxalq bayramı kimi qeyd olunur. Ölkəmizin
bütün ali, orta ixtisas, peşə təhsili və
ümumtəhsil məktəblərində olduğu kimi, Azərbaycan Milli
Konservatoriyasında da yeni dərs ili böyük ruh yüksəkliyi
ilə qeyd olunur.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
milli musiqimizə göstərdiyi xüsusi diqqət və
qayğının nəticəsidir ki, konservatoriyanın
professor-müəllimləri
respublikanın yüksək fəxri adlarına layiq görülmüşlər. Konservatoriyanın
xüsusi istedada malik olan tələbələri isə fəxri
diplom, mükafat və fərdi təqaüdlərlə təltif
olunmuşlar.
Bu
qayğı və diqqətə cavab olaraq ölkədaxili və
ölkədən kənarda, xarici ölkələrdə bu
ali məktəbin müəllim və tələbələri dövlət
tədbirlərində milli
musiqimizi yüksək səviyyədə təqdim edirlər.
Sevindirici
haldır ki, bu gün milli musiqiyə marağı olan yeniyetmə
gənclərin sayı durmadan artır. Onların
dünyagörüşləri, istedad və qabiliyyətləri
vaxtaşırı təşkil olunan mədəni-kütləvi
tədbirlərdə formalaşır və inkişaf edir. Beynəlxalq səviyyəli festival və müsabiqələrdə
nailiyyətlər qazanan
istedadlı tələbələrin, məktəblilərin
xoş sorağını eşidəndə qürur hissi
keçirirəm. Öz üzərlərində səylə
çalışsınlar, onlara göstərilən
etimadı bir daha
doğrultsunlar.
Bu
bayram münasibətilə Azərbaycanın
bütün təhsil işçilərini ürəkdən
təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar, ruh yüksəkliyi,
şəxsi həyatlarında könül xoşluğu,
cansağlığı arzulayıram.
Siyavuş KƏRİMİ,
Azərbaycan
Milli Konservatoriyasının rektoru, əməkdar incəsənət xadimi, professor
Əziz müəllimlər, tərbiyəçilər,
bütün şüurlu həyatını xalqın maariflənməsinə
həsr etmiş fədakar təhsil işçiləri!
Təməlini
türk dünyasının görkəmli şəxsiyyəti,
siyasi, ictimai xadimi Heydər Əliyevin qoyduğu yeni, demokratik,
müstəqil Azərbaycan Respublikasının xarici və
daxili siyasəti artıq on ildir ki, Heydər Əliyev irsinin
layiqli varisi zati-aliləri İlham Əliyev cənabları tərəfindən
ardıcıl
olaraq davam etdirilir. Geridə qalan on ilə
yaxın dövr ərzində Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunun durmadan artması, iqtisadi, sosial və
mədəni sahələrdə əldə edilən nailiyyətlər
ölkə Prezidentinin xalqı qarşısında bu vəzifəyə
nə qədər məsuliyyətli, necə həssas yanaşdığının,
ölkəmizin və xalqımızın şərəf
və ləyaqətini dünya miqyasında, beynəlxalq aləmdə
necə yüksəltdiyinin bariz təzahürüdür.
"Çağ"
Öyrətim ölkədə yeganə beynəlxalq standart
sertifikatlı təhsil şirkəti olmaqla bərabər, həm
də Heydər Əliyev irsinə, onun inam və etibarına,
etimadına sədaqətlə xidmət edir. Fəaliyyətinin
ilk günündən bu günədək - 20 il ərzində
məqsədi yalnız beyni müsbət elmlərlə, qəlbi
milli və ümumbəşəri dəyərlərlə zəngin
yeni nəsil yetişdirmək olan "Çağ" Öyrətim
özünün Azərbaycan-Türkiyə özəl
ümumtəhsil məktəbləri ilə,
"Araz" ali təhsilə hazırlıq kursları ilə,
Qafqaz Universiteti ilə göstərilən etimada sədaqətlə
xidmətini nümayiş etdirir. Geridə qalan
iyirmi il ərzində Azərbaycan-Türkiyə təhsil
müəssisələrindən minlərlə gənc məzun
olmuş və onlar bu gün ölkənin iqtisadi
inkişafında, siyasi və ictimai həyatında fəallıq
göstərir, elmi fəaliyyətləri ilə Azərbaycanın
tərəqqisinə xidmət edirlər.
Şagird
və tələbələrimiz öz bilik və
bacarıqları ilə Azərbaycanı həm bölgədə,
həm də dünyada şərəflə təmsil edirlər.
Yeniyetmə və gənclərimiz 500-ə
yaxın beynəlxalq fənn olimpiadalarında əldə
etdikləri medallarla, dünyanın dörd bir yanında ən
məşhur universitetlərdə aldıqları təhsillə,
qazandıqları ixtisaslarla, elmi dərəcələrlə,
ən başlıcası, milli və ümumbəşəri əxlaqi
dəyərlərə sahib olmaları ilə, Vətənə, xalqa, dövlətə, onu təmsil
edən Prezidentə sədaqətləri ilə fərqlənir,
diqqəti cəlb edir və təqdir edilirlər. Əlbəttə
bu, Təhsil Nazirliyi ilə fəaliyyətini birgə aparan
şirkətimizin, bütövlükdə Azərbaycan təhsilinin
və gəncliyinin uğurudur.
Heydər
Əliyev irsinin qorunub saxlanmasında müstəsna xidmətləri
olan ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təhsilin,
mədəniyyətin, səhiyyənin, ümumiyyətlə,
sosial sferanın sürətli inkişafına qayğısı, diqqəti
xalq tərəfindən yüksək qiymətləndirilir.
Bu
qayğı və diqqət yeni dərs ilində bizim hər
birimizdən daha əzmlə, daha fədakarcasına
çalışmağı tələb edir. Azərbaycan
xalqını və ölkənin bütün təhsil
işçilərini "Çağ" Öyrətim
İşlətmələri Şirkəti, onun
çoxsaylı pedaqoji kollektivləri adından və öz
adımdan 15 sentyabr - "Bilik günü" münasibəti
ilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə
ölkəmizin daha sürətli inkişafı, yeni nəslin
təlim-tərbiyəsi kimi çox məsul vəzifələrin
həyata keçirilməsində böyük müvəffəqiyyətlər,
bunun zəmini və təminatçısı kimi möhkəm
cansağlığı, uzun və xoşbəxt ömür
arzulayıram.
Enver ÖZEREN,
"Çağ" Öyrətim
İşlətmələri Şirkəti İdarə Heyətinin
sədri
Bu
gün SDU-nun kollektivi böyük sevinc və fərəh
hissi keçirir, bayram əhvali-ruhiyyəsi içərisindədir.
Təməli 1962-ci ildə qoyulan və ümummilli lider Heydər
Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan
Sənaye İnstitutu bazasında Sumqayıt Dövlət
Universitetinin yaradılmasının 50 ili tamam olur. Gənc nəslin
təlim-tərbiyəsində, elm və təhsildə, Azərbaycan
təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunması
sahəsində, maddi-texniki bazanın möhkəmləndirilməsində
bu ali məktəbin uğurları və əldə etdiyi
nailiyyətlər böyükdür.
Bu
gün dahi şəxsiyyət Heydər Əliyevin zəngin
maarifçilik ideyalarını əzmlə və uğurla həyata
keçirən Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyevin böyük uzaqgörənliklə
söylədiyi "Biz maddi dəyərlərimizi və iqtisadi
potensialımızı intellekt kapitalına çevirməliyik" konseptual
müddəanın həlli respublikamızın digər təhsil
və elm ocaqları ilə birlikdə 2000-ci ildən
başlayaraq böyük dinamik inkişaf yolu keçən
Sumqayıt Dövlət Universitetində də uğurla həyata
keçirilir.
Hazırda
SDU-da 7 fakültə və Əcnəbi Tələbələrlə
Hazırlıq Mərkəzi fəaliyyət göstərir.
Son 12 ildə, başqa sözlə, SDU universitet statusu
aldıqdan sonra yeni tarix və filologiya fakültələri
yaradılmış, 5 fakültə isə tamamilə dəyişdirilərək
yeni istiqamətlərə
uyğunlaşdırılmışdır. Kafedraların
sayı 24-dən 45-ə, 5 yeni elmi-tədqiqat laboratoriyası
yaradılaraq onların sayı 6-ya
çatdırılmışdır. 26 istiqamət üzrə
bakalavr, 53 ixtisas üzrə isə magistr
hazırlığı yerinə yetirilir.
Hazırda
SDU-da 100-dən artıq əcnəbi tələbə təhsil
alır. 2000-ci illə müqayisədə tələbə
kontingenti 2 dəfədən çox artırılaraq 4400-ə,
tələbə qəbulu 645-dən 1030-a, magistrlərin
sayı 84-dən 330-a çatdırılmışdır.
Universitetin
beynəlxalq layihələrdə iştirakı da uğurlu nəticələr
verir. Universitet TEMPUS layihəsi çərçivəsində
4 uğurlu layihənin iştirakçısı olmuş, 8
müasir tədris laboratoriyası yaradılmışdır.
Bu il
universitetə optik kabel çəkilmiş, geniş lokal və
Wi-Fi şəbəkələri yaradılmışdır. Bu
da, öz növbəsində, videokonfransların və distant
təhsilin daha etibarlı şəkildə aparılmasına
geniş imkan yaradır. Müasir dövrün tələblərinə
cavab verən "Elektron kitabxana" yaradılmış,
İRBİS-64 sisteminin tam paketi
quraşdırılmışdır.
Ölkəmizin
ictimai-siyasi həyatında, iqtisadi və sosial inkişafında
misilsiz nailiyyətlərin qazanılması təhsil
işçiləri qarşısında da ciddi vəzifələr
qoyur. Kollektivimiz də Azərbaycan təhsili və elminin
inkişafında, təhsil islahatlarının uğurla həyata
keçirilməsində, yüksək ixtisaslı kadr
hazırlığında daha da əzmlə çalışacaqdır.
Bu şərəfli yolda kollektivimizin adından ölkəmizin
təhsil işçilərini yeni tədris ili münasibətilə
təbrik edir, onlara yeni yaradıcılıq uğurları
arzulayıram.
Nadir QƏHRƏMANOV,
Sumqayıt Dövlət
Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Azərbaycanda
dövlətin təhsilə diqqət və qayğısı
bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli
lider Heydər Əliyevin siyasi
kursunun uğurla davam etdirilməsi, möhtərəm
Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil
işçilərinə diqqət və qayğısı, səmərəli
fəaliyyət üçün yaratdığı əlverişli
şərait və imkanlar ardıcıl və müntəzəm
xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə
olan diqqət, Azərbaycan üçün təhsilin
inkişafı prioritet sahədir.
Prezident
İlham Əliyevin dəfələrlə səsləndirdiyi
"Təhsil Azərbaycanın davamlı inkişaf
strategiyasının ən öncül istiqamətlərindən
biridir" - fikri təhsilin dövlət siyasətinin mərkəzi
subyekti olduğunu sübut edir. Respublikamızda
geniş vüsət almış yeni məktəblərin,
uşaq bağçalarının tikintisi, təhsil müəssisələrinin
əsaslı təmiri, onların müasir avadanlıqlarla,
informasiya və kommunikasiya texnologiyaları ilə təchizi,
pedaqoji kadr hazırlığı və digər tədbirlər
milli təhsilimizin düzgün inkişaf etdiyindən xəbər
verir.
Bu bir
danılmaz faktdır ki, bu gün qloballaşan dünyada
ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə,
onların İKT-dən səmərəli istifadəsi ilə
formalaşır. Müstəqilliyin şərəfli
yolları ilə gələcəyə doğru inamla irəliləyən
ölkəmizdə son illər ərzində aparılan
davamlı islahatlar siyasəti dövlətimizin əhəmiyyətli
dərəcədə güclənməsinə imkan
vermiş, dinamik sosial-iqtisadi inkişafı və
xalqımızın rifah halının yaxşılaşdırılmasını
təmin etmişdir.
Məhz bunun nəticəsidir ki, Azərbaycan
Dillər Universiteti pilot ali məktəb
elan olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
universitetə verdiyi pilot ali məktəb
statusu bir çox yeniliklərin həyata keçirilməsi
üçün şərait yaradır.
ADU ölkəmizdə Avropa və bəzi
müasir Şərq dillərini tədris edən ilk
universitetdir. Bu gün universitet ölkəmizdə
həyata keçirilən təhsil islahatlarına görə
ən öncüldür. Universitetimizə qəbul
planının 2012-2013-cü tədris ilində 50 faiz
artırılması, eləcə də jurnalistika
ixtisasının açılması ali təhsil
müəssisəsinin bir daha artan templə irəlilədiyinin
bariz nümunəsidir.
Ümidvaram ki, əldə etdiyimiz uğurlar yeni tədris
ilində də davam etdiriləcək və təhsilimizin daha
da inkişaf etdirilməsi istiqamətində bu tədris ili irəliyə
doğru bir addım kimi tariximizdə qalacaqdır.
Səməd
SEYİDOV,
ADU-nun
rektoru, professor, Milli Məclisin deputatı
15 sentyabr - "Bilik günü"
respublikamızın bütün tədris müəssisələrində
təntənə ilə qeyd edilir.
Müasiri olduğumuz XXI əsrdə cəmiyyətin
inkişafı bilavasitə insan əməyinin məhsuldarlığı
ilə sıx bağlı olduğuna görə hər bir
insanın inkişafı, onun təhsili böyük əhəmiyyət
daşıyır. Bu baxımdan, məhz milli təhsilin
inkişafı ölkəmizin bugünkü və gələcək
uğurlarının əsasını formalaşdıran
başlıca amil kimi mühüm yer tutur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə
təhsili, müəllim əməyini yüksək qiymətləndirmiş,
"Mən müəllimdən yüksək ad
tanımıram" söyləmişdir.
Bu, müəllimlərə verilən ən
yüksək qiymətdir.
Təhsil müəssisələrində gələcəyə
hazırlanan yeni nəslə bilik, bacarıq və vərdişlər
verilməklə yanaşı, onlarda milli mənəvi dəyərlər
də formalaşdırılır. Ulu
öndərimiz Heydər Əliyev demişdir: "Ali məktəblərdə,
ümumiyyətlə, təhsil ocaqlarında gənclərimizi
xalqımızın mənəvi dəyərləri əsasında
tərbiyələndirmək, mənəvi cəhətdən
sağlam və saf insanlar tərbiyə etmək məsələsi
mühüm yer tutmalıdır".
Cənab Prezident İlham Əliyev
ümummilli liderimizin əsasını qoyduğu elm və təhsil
ənənələrini uğurla davam etdirir.
Ölkəmizdə dünyanın mütərəqqi
təhsil sistemlərinə uyğun təhsil islahatları həyata
keçirilir, Azərbaycan təhsil sistemi dünya təhsil
sisteminin standartlarına uyğunlaşdırılır, təhsilə
dövlət qayğısı daim artırılır.
Azərbaycanda məktəb infrastrukturunun
müasirləşdirilməsi istiqamətində böyük
iş aparılması, yüzlərlə yeni orta məktəbin
tikilməsi, əsaslı təmir edilməsi, dərs ilinin
yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə
başa vuran şagirdlərin qızıl və
gümüş medallarla təltif olunması, mütəmadi
olaraq müəllimlərin əməkhaqlarının, tələbələrin,
magistrantların, doktorantların təqaüdlərinin
artırılması və s. tədbirlər təhsilə
dövlət qayğısının bariz nümunələridir.
Dünya təhsil sisteminə
inteqrasiyanın təmin edilməsi Azərbaycan təhsil
sistemində həyata keçirilən islahatların
mühüm istiqamətlərindəndir.
İldən-ilə respublikamızın orta və ali təhsil müəssisələrinin maddi və
texniki bazasının, kadr və elmi potensialının, daxili
və beynəlxalq əlaqələrinin inkişafı
üçün böyük işlər həyata
keçirilir.
Rəhbərlik etdiyim Azərbaycan Müəllimlər
İnstitutu respublikamızın pedaqoji kadr potensialının
gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin
artırılması, yeni pedaqoji texnologiyaların tətbiqi,
müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsində önəmli yer tutur.
Hazırda cənab Prezident İlham Əliyevin
qayğısı nəticəsində Azərbaycan Müəllimlər
İnstitutu və onun filialları özünün
çiçəklənmə dövrünü
yaşayır.
Bu gün demək olar ki, uşaq
bağçaları tərbiyəçilərinə, rayon və
kənd məktəblərinin ibtidai sinif müəllimlərinə
olan tələbatın 60 faizdən çoxu məhz institutun
və onun filiallarının üzərinə
düşür. Müəllimlərin
elmi-metodiki, elmi-pedaqoji və ümumilikdə, peşəkarlıq
səviyyəsinin yüksəldilməsi sahəsində
institutda səmərəli tədqiqatlar aparılır. 2011-2012-ci dərs ilində müəllimlərin
işə qəbulu müsabiqəsində Azərbaycan Müəllimlər
İnstitutunun məzunlarının fərqlənməsi
institutda ilkin kadr hazırlığının düzgün
aparılmasının göstəricisidir.
Azərbaycan Müəllimlər
İnstitutu təhsilə böyük qayğısı ilə
xalqımızın məhəbbətini qazanmış, ulu
öndərimizin siyasi, sosial, mədəni proqramlarına
yaxşı bələd olan, bu proqramların hər birinin həyata
keçirilməsinə əzmkarlıqla çalışan
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
"Yeniləşən Azərbaycana yeni məktəb"
çağırışına inamla qoşulur.
"Bilik
günü" münasibətilə bütün müəllim
həmkarlarımı, ilk dəfə məktəbə gedəcək
birinciləri, yuxarı sinif şagirdlərini, ali
məktəb tələbələrini ürəkdən təbrik
edir, onlara uğurlar, sürətlə inkişaf edən
dövlətimiz, millətimiz adına gözəl nailiyyətlər
əldə etməyi arzu edirəm.
Aqiyə
NAXÇIVANLI,
AMİ-nin
rektoru, professor, Milli Məclisin deputatı
Hər bir təhsil müəssisəsi
yeni dərs ilinə qarşıya qoyulan vəzifələri
yerinə yetirmək, ötən illərdə
qazandığı nailiyyətləri daha da artırmaq arzusuyla qədəm
qoyur. Zəngin ənənələri və
güclü kadr potensialı ilə bir sıra uğurlara imza
atan Azərbaycan Memarlıq və İnşaat Universiteti də
yeni tədris ilinə böyük ümidlərlə
başlayır. Məqsədimiz
qarşıdakı tədris ilində indiyədək əldə
etdiyimiz nailiyyətləri təzələmək, dərin və
əsaslı biliklərə malik olan kadrlar yetişdirməkdir.
Bu yeni tədris ilində universitetimizin bakalavr
pilləsinə 1267, magistr pilləsinə 187 tələbə
qəbul olunmuşdur ki, onların da bir çoxu qəbul
imtahanlarında yüksək bal
toplamışdır. Bu gənclər
universitetimizin 7 fakültəsində 20 ixtisas üzrə memar
və inşaat mühəndisi peşələrinə yiyələnəcəklər.
Dövlət sifarişi ilə təhsil alacaq gənclərin
sayı da ötən illərdən çoxdur.
Hər bir ali təhsil
müəssisəsinin uğurlarını təmin edən
başlıca amillərdən biri də maddi-texniki bazanın
yeniləşdirilməsidir.Bu baxımdan son iki ildə
universitetimizdə çox böyük işlər
görülmüşdür. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin "Azərbaycan
Memarlıq və İnşaat Universitetinin maddi-texniki
bazasının yaxşılaşdırılması barədə"
müvafiq sərəncamı ilə ehtiyat fondundan əlavə
vəsait ayrılmışdır. Yeni tədris ili ərəfəsində universitetin həyətyanı
sahəsində abadlıq işləri aparılıb,
korpuslararası yollara yeni asfalt örtüyü döşənib,
səkilər təzələnib. 1 saylı tədris
binasının fasadı ən müasir inşaat
materialları ilə üzlənib. Binanın
kommunikasiya xətləri tamamilə yeniləşdirilib. Bütün bunlar tələbələrimizə daha
yaxşı oxumaq, professor-müəllim heyətinə məhsuldar
işləmək üçün şərait
yaratmışdır.
Mən ölkə başçısı
cənab İlham Əliyevə universitetimizə göstərilən
diqqət və qayğıya görə kollektivimiz adından
minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezidentimizin etimadını
biz hər yerdə, hər işdə doğrultmağa
çalışacağıq.
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələri
ildən-ilə daha da genişlənir.
Universitetimiz 2004-cü ildən
İtaliyanın Romualdo Del Bianko Fondu, 2005-ci ildən isə
Fransa və Mərkəzi Avropa Memarlıq Məktəbləri
Birliyi ilə əməkdaşlıq edir.
Bu yaxınlarda respublikamızın 11 ali təhsil müəssisəsi ilə
Türkiyənin Hacəttəpə Universiteti arasında elmi əməkdaşlıq
və mübadilə protokolları imzalanmışdır. Həmin
ali məktəblər arasında Azərbaycan
Memarlıq və İnşaat Universiteti də vardır. Biz qarşıdakı tədris ilində də
universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə
xüsusi diqqət yetirəcəyik.
Bu gün ölkəmizdə
genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri
aparılır, Azərbaycanın şəhər, rayon, qəsəbə
və kəndləri öz simasını dəyişir,
müasirləşir. Bu
işlərin görülməsində, sözsüz ki, bizim
məzunlarımızın da böyük əməyi
vardır.
Mən "Bilik günü" münasibətilə
respublikamızın bütün təhsil işçilərini,
tələbə adına layiq görülən
gənclərimizi, onların valideynlərini təbrik edirəm.
Tələbələrə yaxşı
oxumağı, elmin sirlərinə dərindən yiyələnməyi,
kamil mütəxəssis kimi yetişməyi arzulayıram.
Gülçöhrə
MƏMMƏDOVA,
Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Milli Məclisin
deputatı
Bakı təhsili üçün bir çox uğurları ilə
yaddaqalan ötən tədris
ili də tarixə çevrildi. Məlum olduğu kimi, təhsil sürətlə dəyişən, dinamik inkişaf edən, həm
də rəqabətin günbəgün
artdığı bir fəaliyyət
sferasıdır. XXI əsrin birinci onilliyindən başlayaraq
dünya təhsil sistemində baş verən dəyişikliklər,
bunlarla bağlı irəli sürülən yeni
çağırışlar - keyfiyyətli təhsil, yeni
texnologiyaların tətbiqi, dünya ölkələrinin təhsil
sistemlərinin bir-birinə uyğunlaşdırılması,
unifikasiyası, inteqrasiyası və s. nəzərə
alınmadan milli təhsilimizin rəqabət qabiliyyətliliyini
təmin etmək qeyri-mümkündür. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət
və
qayğının nəticəsində
təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil
islahatı, dünya təhsil sisteminə inteqrasiyası yolunda
böyük nailiyyətlər
əldə edildi. Belə ki, təhsilin inkişafı üçün əsas şərtlərdən biri
olan maddi - texniki baza inkişaf etdirildi. 5 yeni məktəb binası
inşa edildi. 32 məktəbdə isə əlavə
korpus tikilib istifadəyə verildi. 68 məktəbdə
əsaslı təmir işləri aparıldı, 3 məktəbin
istilik sistemi təmir edildi, 2 məktəbə isə qaz xətti
çəkildi.
Bu tədris ilində cənab Prezidentin 20 iyun 2012-ci il tarixli sərəncamı ilə
"Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
qaliblərindən müvafiq olaraq 20 məktəb və 51
müəllim Bakı təhsilinin payına
düşdü.
Məktəblilərin fənn
olimpiadalarının respublika turunda 105 şagirdimiz ən yüksək
nəticəni göstərdi. Bu rəqəm 2006-cı ildə 48
olmuşdur.
Məktəbdənkənar təhsil sahəsində
fəaliyyət ötən tədris
ilində də səmərəli quruldu. Yüzlərlə yetirməmiz
dünya və Avropa səviyyəli yarışlarda bir çox uğurlara imza atdı,
minlərlə istedadlı gəncimiz musiqi, idman və incəsənət sahəsindəki
ilk uğurlarını Azərbaycanımızın
bayrağını ucaltmaqla məhz məktəbdənkənar
müəssisələrdə qazandı.
Ali məktəblərə sənəd vermiş
17858 nəfər məzundan
(attestat alanların 88,4 faizi) 9256
nəfəri, yəni imtahanlarda iştirak edənlərin
51,83 faizi qəbulda uğur qazanaraq tələbə adına layiq
görüldü. Bu göstərici isə keçən ildəkinə
nisbətən 5 faiz, 2006-cı illə müqayisədə 17,04 faiz artım
deməkdir.
Əldə olunan nailiyyətlər bizi
çox sevindirir. İnanırıq ki, mükəmməl təhsilli,
geniş
dünyagörüşünə malik gənclərimizin qazandığı uğurların davamı hələ
çox olacaq və onlar
öz bilik və
bacarıqları sayəsində müstəqil Azərbaycanımıza öz layiqli töhfələrini verəcəklər.
Sabah hər birimizin həyatında yeri
görünən bir bayram gününü -
2012-2013-cü dərs ilinin
başlanğıcını - 15 sentyabr "Bilik
günü"nü qeyd edəcəyik.
Əslində hər kəs fərqli bir ovqatla qeyd
edəcək həmin
günü. Ötən dərs ilinin
bu tarixində məktəbin sinif
otaqlarında şagird
kimi əyləşənlər yeni dərs ilini
tələbə olaraq
ali məktəb auditoriyalarında
qarşılayacaq. Bağçadakı
oyuncaqlarına "əlvida" deyən körpələr əlində
çanta tutaraq məktəb yoluna qədəm qoyacaqlar.
Beləcə, yeni dərs ilinin başlanğıcı çoxları
üçün unudulmaz bir bayrama çevriləcək.
Elə bu bayram münasibətilə bütün təhsil
ictimaiyyətini səmimi-qəlbdən təbrik edirəm.
Yeni dərs ilinin ilk
günündə çalınan
məktəb zənginin sədalarının gələcək
həyatınızda ən
xoş xəbərlərlə səsi eşidilən bir sədaya çevrilməsi diləyi ilə... Bayramınız
mübarək!
Nailə
RZAQULİYEVA,
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri, əməkdar müəllim
Artıq danılmaz həqiqətdir ki, əsası
müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasəti
nəticəsində Azərbaycan dövlətinin
hüquqi-sosial bazası yaranmış, müstəqilliyi
möhkəmlənmiş,
dünya birliyinə inteqrasiya istiqamətində çox
ciddi addımlar atılmışdır. Ulu öndərin
birbaşa rəhbərliyi ilə müstəqilliyin ilk illərindən
ölkə həyatının bütün sahələrində aparılan
geniş quruculuq işləri dövlətimizin
başçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz
aparılan düzgün daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada siyasi
sabitliyinə görə ilk yerlərdən birini tutur, iqtisadi inkişaf sürətinə görə
lider ölkələrin sırasındadır. Həyata kecirilən çoxsaylı dövlət proqramları sayəsində ölkəmiz
ilbəil inkişaf edir.
Digər sahələrdə olduğu kimi,
təhsildə də əsası ulu öndər tərəfindən
qoyulmuş uğurlu islahatlar davam etdirilir, təhsilin
infrastrukturunun yaranmasında və möhkəmlənməsində,
maddi-texniki bazasının formalaşmasında,
bütovlükdə milli təhsil sisteminin
qurulmasında çox önəmli addımlar atılır.
Xüsusi ilə son illər ölkə
başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi
ilə bu sahədə
köklü islahatlar aparılır. Təhsilin
məzmununa və təlimin təşkilinə verilən tələblərdə
ciddi yeniləşmə və müasirləşmə prosesləri
gedir.
Ümummilli lider Heydər Əliyev dövlət
idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin
inkişafına xüsusi diqqət və qayğı ilə
yanaşaraq, ilk növbədə, xalqın intellektual sahədə
qazandığı nailiyyətləri dövlət
quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı
hesab edirdi. Ulu öndərin bu tövsiyəsinə
müvafiq olaraq, rəhbərlik etdiyim Gəncə Dövlət
Universitetində məqsədyönlü işlər
aparılır.
Bu gün universitetimiz ölkənin ən
mütərəqqi təhsil müəssisələrindən
biridir. Universitetin missiyasına ardıcıl və
humanist təhsil prosesini təşkil etmək, elmi mühiti
formalaşdırmaq, intellektual səviyyəli müəllim,
yüksək dərəcəli elm adamı, ixtisaslı
mütəxəssis yetişdirmək, bu kadrlarla Azərbaycanın
təhsil və elm ocaqlarını, idarə, müəssisə
və təşkilatlarını təmin etmək daxildir.
Əldə etdiyimiz nəticələr, zəngin
təcrübə bir daha əmin olmağa əsas verir ki,
universitetimiz özünün tarixi ənənələrinə,
milli mənəvi və ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanaraq daha mütərəqqi
şəkildə inkişaf edəcəkdir. Bu inamla da biz yeni dərs ilini böyük ruh yüksəkliyi
ilə qarşılayırıq.
Artıq sabah
bütün ölkəmizdə hamının səbirsizliklə
gözlədiyi gün - "Bilik günü" ümumxalq
bayramı kimi qeyd olunacaq, şagirdlər və tələbələr
ilk zəngin sədaları altında siniflərə və
auditoriyalara qədəm qoyacaq, müəllim və valideynlərin
bayram əhvali-ruhiyyəsi bir-birinə qarışacaqdır.
Bu il Gəncədə "Bilik günu" ikiqat bayram ediləcəkdir.
Bu, həmin günün dahi Azərbaycan şairi, böyük mütəfəkkir
və filosof Nizami Gəncəvinin 870 illik yubileyi ilə
üst-üstə düşməsi ilə əlaqədardır.
Bu əlamətdar hadisələr bizim məsuliyyətimizi
ikiqat artırır, bizi Nizami Gəncəvi ideyalarına sadiq
olmağımıza, gənclərimizin təlim və tərbiyəsində
daha ciddi çalışmağımıza, vətənə
layiqli mütəxəssislər hazırlamağımıza səsləyir.
"Bilik günü" münasibətilə
bütün təhsil işçilərini təbrik edir,
onlara yeni tədris ilində yeni-yeni nailiyyətlər və
uğurlar arzulayıram.
Elman MƏMMƏDOV,
Gəncə
Dövlət Universitetinin rektoru, professor
15 sentyabr - "Bilik günü"
münasibəti ilə bütün Azərbaycan xalqını
təbrik edirəm. Təbii haldır ki, bu
bayram münasibəti ilə təhsil işçilərinin
sevinci daha böyükdür. Çünki
cənab İlham Əliyevin "Biz iqtisadi
potensialımızı intellekt kapitalına çevirməliyik"
devizi ilə təhsilin Avropa standartlarına
uyğunlaşdırılması, onun maddi-texniki
bazasının inkişafı ilə bağlı
qarşıya qoyduğu məqsədlər artıq
reallığa çevrilməkdə, gerçək həllini
tapmaqdadır.
Sevindirici haldır ki, XXI əsr "Təhsil
əsri" elan olunub. Ölkəmizdə
ardıcıl və sistemli şəkildə həyata
keçirilən islahatlar təhsilin hər bir sahəsinə
öz təsirini göstərir. "Milli Kurikulum"
dövlət sənədinin hazırlanması, "Elektron məktəb"
layihəsi, "Ümumi təhsil sistemində dərslik siyasəti",
"Qiymətləndirmə Konsepsiyası" və s. vacib
layihələrin mərhələlərlə həyata
keçirilməsi artıq öz səmərəsini göstərməkdədir.
Bu danılmaz bir həqiqətdir ki,
hazırda sosial-iqtisadi inkişaf ölkəmizin bütün
sahələrində sürətlə gedir.
Təhsil işçilərinə böyük
töhfədir ki, son illər ərzində xeyli məktəb
binaları tikilmiş və təmir edilərək istifadəyə
verilmişdir.
Azərbaycan təhsil sistemi dövlət
qayğısı altındadır.
Dövlət nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda
da təhsil alan istedadlı gənclərə
dəstəkdir.
Ulu öndərimiz Heydər Əliyev gənc
nəslə böyük ümidlər bəsləyərək
demişdir: "Azərbaycanın gəncləri Azərbaycanın
gələcəyidir". İndi bizim təhsilimizin
məqsədi müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli
üzvlərini hazırlamaqdır. Yeri gəlmişkən
onu da qeyd edim ki, liseyimiz 2008-ci ildə "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
olub. 6 müəllimimiz "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibidir.
9 məzunumuz Prezident təqaüdçüsüdür.
Respublikamızda ilk dəfə 700 bal
toplayan 3 abituriyentdən biri bizim liseyin məzunu Emin Abbasov
olmuşdur. Müəllimlərimizdən 5 nəfəri "Əməkdar
müəllim" adına layiq
görülmüş, 1 nəfər isə "Tərəqqi"
medalı ilə təltif edilmişdir.
Builki məzunlarımızın ali və orta ixtisas məktəblərinə
qəbulunun nəticələri də sevindirici olub. 138 məzunumuzdan 136 nəfəri qəbul
üçün sənəd verib. Onlardan 95-i
respublikamızın ali məktəblərinə,
11-i xarici ölkə universitetlərinə, 12-si isə orta
ixtisas məktəblərinə qəbul olunub. Həmin məzunlardan
6 nəfəri 600-dən, 22 nəfəri isə 500-dən
yuxarı bal toplayıb.
Bəli, vətəndaş məktəbdə
yetişdiyi üçün Azərbaycanın çiçəklənməsi
biz təhsil işçilərindən daha çox
asılıdır. Odur ki, bu çətin və
müqəddəs işdə bütün təhsil
işçilərinə uğurlar arzulayıram.
Fikrət
XƏLİLOV,
Heydər
Əliyev adına liseyin direktoru, əməkdar
müəllim
Artıq neçə ildir ki, 15 sentyabr -
"Bilik günü" bütün respublikamızda
böyük bayram sevinci ilə qeyd olunur.
Bu bayram ölkəmizin hər yerində qeyd edildiyi
üçün, 23 nömrəli məktəbdə də
böyük təntənə ilə keçirilir.
23 nömrəli məktəb gənc nəslin
təlim-tərbiyəsində, elm və təhsilində,
onların həyata hazırlanmasında bütün təhsil
ocaqlarına örnək olmuş və bu gün də örnək
olaraq qalmaqdadır. Çünki təkcə məktəbimizin
deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi
bizim gənclərin əlindədir.
Bu gün respublikamızın iqtisadi və
siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq
nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək bizim məzunlarımızın
əlindədir.
Beynəlxalq aləmdə böyük
hörmət və nüfuz qazanan Prezidentimiz cənab İlham
Əliyevin iqtisadi potensialın intellekt kapitalına
çevrilməsi ilə bağlı qarşıya qoyduğu
vəzifələr təhsilin Avropa standartlarına
uyğunlaşdırılması, onun infrastrukturunun yenilənməsi
ilə əlaqədar irəli sürdüyü müddəalar
öz həllini tapmaqdadır.
Vətənimizdə kamil şəxsiyyətin,
hərtərəfli biliklərə malik vətəndaşların
formalaşması üçün kifayət qədər
yüksək imkanlar yaradılır.
Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil
ocaqlarına göndərilməsi, təhsil
islahatlarının uğurla həyata keçirilməsi,
"2011-2012-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
Azərbaycan Prezidenti tərəfindən imzalanması
özünəməxsus təhsil və tədris ənənələri
olan ölkəmizin işıqlı gələcəyindən
xəbər verir.
Mən bu gün fürsətdən istifadə
edərək qarşıdan gələn "Bilik
günü" münasibəti ilə bütün təhsil
işçilərini, respublikamızın bütün
ictimaiyyətini ürəkdən təbrik edirəm, bu şərəfli
işdə onlara uğurlar arzulayıram.
İradə
RƏHİMLİ,
T.Həsənov
adına 23 nömrəli orta məktəbin
direktoru
Əziz müəllimlər, şagirdlər
və valideynlər! "Bilik günü"
münasibəti ilə sizi təbrik edirəm. Bu gün ilk dəfə məktəbə qədəm
qoyan birincilər üçün həyəcanlı və
yaddaqalan əlamətdar gündür. Arzu
edirəm ki, "Bilik günü" onların yadında
qalan hadisə kimi yox, gələcək həyatın
uğurlu başlanğıcı olsun.
İnsanın həyatda fəth etdiyi zirvələrə
gedən yol məktəbdən başlayır.
Bu yolun başlanğıcında isə müəllim
dayanır. Müəllim şagirdlərinə
bilik, bacarıq vərdişləri öyrədir, onların
bir şəxsiyyət kimi formalaşmasında, gələcək
həyat yolunu seçməsində müstəsna rol
oynayır.
Bu gün müəllim əməyi
yalnız şagirdlərin gündəliklərinə
yazdığı qiymətlərlə deyil, şagirdləri həyata
necə hazırlamaları ilə ölçülür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları
qeyd etdiyi kimi: "Müəllimlərin üzərinə
çox böyük vəzifə düşür. Gələcək nəslin yetişdirilməsi,
onların tərbiyə olunması, Azərbaycana
bacarıqlı kadrların hazırlanması çox
böyük vəzifədir və ölkəmizin
inkişafı məhz bilik səviyyəsindən asılı
olacaqdır".
Müəllim peşəsi Allah tərəfindən
verilib. Qalan peşələri isə
müəllim verir. Bu tədris ilində müəllim əməyinə,
müəllim adına ən yüksək
qiymət verən ulu öndərimiz Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümü qeyd olunacaq. Yubiley gününə təhsildə
qazandığımız uğurlarla gedəcəyimizə
inanıram və bu yolda Azərbaycan müəllimlərinə
uğurlar arzulayıram.
Sabir MƏMİŞOV,
Bakıdakı
20 nömrəli məktəb-liseyin direktoru, əməkdar
müəllim
Xalqımızın gənc nəsil
nümayəndələrini, ali və orta
təhsil ocağımızda çalışan bütün
professor-müəllim heyətini yeni 2012-2013-cü tədris
ili münasibətilə təbrik edirəm.
Gənc nəslin nailiyyətləri biz
müəllimlərin onlara verdiyi bilik, göstərdiyi diqqət
nəticəsində öz bəhrəsini göstərə
bilər. Buna nümunə olaraq, dünya
miqyaslı tədbirlərdə Azərbaycanın mötəbər
yer tutması, daim ön sırada getməsi ölkəmizin təhsil
işçilərinin gənclər üzərində səmərəli
iş aparmasından xəbər verir.
Gənc nəslin yetişdirilməsində
və yüksək biliyə malik olan mütəxəssis kimi
dünya arenasına çıxarılmasında Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin böyük rolu vardır.
Bu il ərzində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və onun
xanımı Mehriban Əliyevanın köməkliyi nəticəsində
keçirilən yüksək səviyyəli tədbirlər,
çoxsaylı müsabiqələr, Bakı Musiqi
Akademiyasında və Qəbələdə festivallar,
"Avroviziya" müsabiqəsinin Bakıda keçirilməsi,
XXX London Yay Olimpiya Oyunlarında qazanılan
medallarımızın sayı və digər elmi-texniki sahələrdə
qazanılan uğurlar Azərbaycanın sivil ölkələrin
sırasında durmasından xəbər verir.
Yeni dərs ilinin təbriklərilə
yanaşı, mən xoş arzularımı da "Azərbaycan
müəllimi" qəzetinə çatdırmaq istərdim.
Hansı ki, təhsilimizdə baş verən yeniliklər və
aktual problemləri öz səhifələrində yüksək
səviyyədə işıqlandıraraq şagirdlərin, tələbələrin,
qabaqcıl müəllim və professor heyətinin iş təcrübəsini
və metodikasını geniş şəkildə əks
etdirir.
Arzu edirəm ki, artıq yeni tədris ilinə
qədəm qoyarkən düşmənlər tərəfindən
zəbt olunmuş Qarabağ torpaqlarımız azad olunsun, təhsil
sahəsində Şuşa, Ağdam,
Füzuli, Laçın şəhərlərində beynəlxalq
simpoziumlar, musiqi festivallarının keçirilməsi zəminində
gənclərdə ruh yüksəkliyi yaradaraq onların
öz bacarıqlarını nümayiş etdirmələrinə
nail olaq.
Fərhad
BƏDƏLBƏYLİ,
Bakı
Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan
Respublikasının xalq artisti, professor
Bu gün respublikamızda təhsil sahəsində
miqyaslı islahatlar aparılır, yeni-yeni nailiyyətlər
qazanılır. Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil
siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti keçdiyi şərəfli
90 il ərzində bütün sahələrdə
çox böyük uğurlara imza atıb. Vaxtilə
təkcə Azərbaycan üçün deyil, Türkmənistan,
Özbəkistan, Dağıstan, Krım və digər
regionlar üçün aktyor və rejissor kadrları
hazırlayan təhsil ocağı bu gün həmin ənənəni
yeni keyfiyyətdə, yeni ixtisaslarla, daha geniş miqyasda davam
etdirir. Xarici ölkələrin ADMİU-da təhsil alan
məzunlarına beynəlxalq sertifikatların verilməsi,
universitetin Amerika, İngiltərə, Fransa, İtaliya, Rusiya,
Misir, Türkiyə, İran, bir sözlə, 23 xarici ölkənin
46 ali məktəbi ilə əməkdaşlıq etməsi,
qarşılıqlı müqavilələrin imzalanması bu
təhsil müəssisəsinin beynəlxalq miqyasda nüfuz
sahibi olmasını təsdiq edən amillərdir. Təhsil mübadiləsində, mədəniyyət,
elm və təhsil sahəsindəki xarici əlaqələr
istiqamətində böyük uğurlara imza atmış bu
unikal sənət məbədgahı Avropa İncəsənət
Universitetləri liqasının tamhüquqlu
üzvüdür.
Ölkə başçımız
hörmətli Prezidentimiz cənab İlham Əliyev Azərbaycan
təhsilinə, elminə, mədəniyyət və incəsənətinə
xüsusi diqqət yetirir. Görkəmli sənət adamlarına qayğı
ilə yanaşır, onlara Prezident təqaüdləri verir, mənzillərlə
təmin edir. Bu qayğını universitetimizin də
professor-müəllim heyəti daim hiss etməkdədir. Yeni tədris ilində universitetin tədris
binalarında abadlıq və təmir işləri artıq
başa çatmış, təhsil ocağının
maddi-texniki bazası yenilənmiş, müasir tələblərə
uyğun tədris binaları yeni avadanlıqlarla təchiz
edilmiş, Tədris teatrı, Tədris studiyası və
xüsusiləşdirilmiş auditoriyalar tələbələrimizin
ixtiyarına verilmişdir. Kulturologiya,
Musiqi sənəti və rəssamlıq fakültələrinin
yerləşdiyi tədris binasında müasir texnika ilə təchiz
olunmuş istixana inşa edilmişdir. Bir sözlə,
universitetimiz hər il olduğu kimi, bu il də
yeni dərs ilini yeni uğurlarla qarşılayacaq.
Hazırda universitetimizin inkişafı, mədəniyyət
və bədii təhsilin yüksəlişi ümummilli lider
Heydər Əliyevin layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi
mütəmadi qayğı nəticəsində həyata
keçirilir.
Universitetimizin professor-müəllim və tələbə
kollektivi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
daxili və xarici siyasətini dəstəkləyir,
respublikamızın çiçəklənməsi naminə
fəaliyyətində
uğurlar diləyir.
Qarşıdan yeni - 2012-2013-cü tədris
ili gəlir. Universitetimizin
professor-müəllim heyəti yeni tədris ilində yeni
uğurlarla, mədəniyyət və incəsənət təhsili
sahəsində var qüvvə ilə çalışacaq,
möhtərəm Prezident İlham Əliyevin təhsil
işçiləri qarşısında qoyduğu vəzifələri
layiqincə yerinə yetirəcək. Yeni tədris ili münasibəti ilə respublikamızın
bütün təhsil işçilərini ürəkdən
təbrik edir, ölkə təhsilimizin yüksəlişi
üçün şərəfli işlərində yeni-yeni
uğurlar arzulayıram.
Timuçin
ƏFƏNDİYEV,
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi
Azərbaycan təhsili özünün zəngin
mütərəqqi ənənələrinə, milli mənəvi
və ümumbəşəri dəyərlərə əsaslanaraq
inkişaf edir. Müstəqil respublikamızın yetirməsi
olan və özünün 20 illiyini qeyd edən Lənkəran
Dövlət Universiteti bu gün Azərbaycanın qabaqcıl ali məktəbləri sırasında layiqli
yer tutur. Universitetimizin inkişafına ümummilli lider Heydər
Əliyev xüsusi diqqət və qayğı göstərmiş
və demişdir: "Lənkəran Dövlət Universiteti təhsil
və elm ocağı olmaqla, həm də bölgənin
böyük mədəniyyət mərkəzidir". Azərbaycan Prezidenti İlham Əliyevin elm, təhsil
və mədəniyyətin inkişafı istiqamətində
qarşıya qoyduğu vəzifələr məsuliyyətimizi
daha da artırmışdır. Dövlət
başçısının elmə, təhsilə, mədəniyyətə,
ölkənin gələcəyi olan gəncliyə diqqət və
qayğısı kollektivimizi daha böyük uğurlara
ruhlandırır.
Fəaliyyət göstərdiyi dövrdən
indiyədək universitetimizi 5 mindən çox tələbə
bitirmişdir ki, onlar ölkə həyatının müxtəlif
sahələrində işləyirlər.
Məzunlarımız öz peşə
borclarını ləyaqətlə yerinə yetirir, doğma təhsil
ocağının adını, şərəfini uca tuturlar.
Hərtərəfli biliyə və savada
malik peşəkar, saf ideyalı vətənpərvər
mütəxəssislər yetişdirmək əsas vəzifəmizdir.
Bu il universitetdə mühasibat uçotu və
audit, kompüter elmləri, tərcümə kimi yeni ixtisaslar
açılmışdır.
Universitetdə 2000-ə yaxın tələbə
yeni dərs ilinə başlayır, 500-ə yaxın gənc
ilk dəfə tələbə kimi universitetimizə qədəm
qoyur. Məzunlarımızın yüksək
balla ali məktəblərin magistratura
şöbələrində təhsillərini davam etdirmələri
universitetimizdə tədrisin keyfiyyətinin uğurlarından
xəbər verir.
Yeni tədris ilinə uğurla
başlayırıq. Tədris
korpusu əsaslı təmir edilmiş, abadlıq və yenidənqurma
işləri aparılmışdır. İnformatika
laboratoriyaları müasir tələblərə uyğun
qurulmuş, yeni laboratoriyalar və tələbələrin tədris
- təcrübə sahəsi istifadəyə verilmiş,
universitetin maddi-texniki bazası əsaslı şəkildə
gücləndirilmişdir. Tələbələrin
ixtiyarına geniş auditoriyalar, zəngin laboratoriyalar, elmi
kitabxana, tələbə yataqxanası, böyük idman
zalı və s. verilmişdir. Təkcə bi il universitetin 3 binası əsaslı təmir
olunmuşdur. Universitetdə "Heydər Əliyev
muzeyi və İdarəçilik Məktəbi" fəaliyyət
göstərir.
Universitetimiz dünyanın 100-dən
çox elm və təhsil ocaqları ilə əməkdaşlıq
edir. LDU Xəzəryanı
Ölkələri Universitetləri Assosiasiyasının və
Avrasiya Universitetləri Assosiasiyasının
üzvüdür. Fransanın Mark Blok adına Strasburq
Universiteti, Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva
Dövlət Universiteti, Ukraynanın Kiyev və Donetsk
Universitetləri, Almaniyanın, Moldovanın, Türkiyənin,
İran İslam Respublikasının və dünyanın digər
ölkələrin ali məktəbləri ilə tələbə-müəllim
və elmi tədqiqatlar mübadiləsinə dair əməkdaşlıq
edirik. Yeni tədris ilində də bu əməkdaşlıq
davam edəcəkdir.
15 sentyabr - yeni dərs ilinin
başlanğıcı, həm də "Bilik
günü"dür. Universitetimizin
kollektivi bundan sonra da xalqa sədaqətlə xidmət edəcək,
elm və təhsildə yeni uğurlara imza atacaqdır.
"Bilik günü" və yeni dərs
ilinin başlanması münasibəti ilə bütün təhsil
işçilərini təbrik edir, onlara işlərində
yeni-yeni uğurlar arzulayıram.
Asəf
İSGƏNDƏROV,
Lənkəran
Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor
Fransız filosofu Deni Didro demişdir ki,
millətin yüksəlməsi insanların, xüsusilə,
uşaqların gözəl təhsili ilə
mümkündür.
Həqiqətən də təhsil, elm,
bilik ən böyük sərvətdir.
Bu gün respublikamızda gənclərin hərtərəfli
biliklərə yiyələnməsi, peşəkar mütəxəssis
kimi yetişməsi üçün təhsilin keyfiyyətinin
yüksəlməsi sahəsində böyük işlər
görülür. Yeni tədris ocaqlarının
açılması, yeni dərsliklərin nəşri,
kurikulum istiqamətində islahatların davam etdirilməsi bir
məqsədə xidmət edir: Azərbaycan gənclərinin
dövlətə sədaqətli vətəndaş kimi tərbiyəsi
və müstəqil Azərbaycanın inkişafına xidmət
edən dəyərli mütəxəssislərin yetişməsi.
Təhsil dərs vermək deyil, bir fərdin
daxili istedadının inkişaf etdirilməsi vasitəsidir. Təsadüfi deyil
ki, hər tədris ilinin ilk günü - 15 sentyabr məhz
"Bilik günü" kimi qeyd olunur. Bu gün gələcəyə
körpü yaradan, elm xəzinəsinin qapısını
açan, təhsil işçilərini səfərbərliyə
alan bir gündür.
Bu münasibətlə bütün təhsil
işçilərini ürəkdən təbrik edir, onlara
yeni tədris ilində uğurlar diləyirik.
Övladlarımıza isə dərin
biliklərə yiyələnib doğma Azərbaycanımıza
layiqli vətəndaş kimi yetişməyi arzu edirəm.
Məhəbbət
VƏLİYEVA,
akademik Zərifə Əliyeva adına liseyin direktoru,
əməkdar müəllim
Bu gün milli təhsilimizin dünya təhsilinə
inteqrasiya etdiyi bir dövrü yaşayırıq.
Qazanılan uğurların müsbət nəticəsidir ki,
artıq Azərbaycan təhsilinin yetirmələri öz təhsillərini
Avropanın və dünya ölkələrinin müxtəlif
nüfuzlu ali məktəblərində
davam etdirirlər. Dövlətlərarası müqavilələrlə
və ölkə
rəhbərinin müvafiq sərəncamları ilə tənzimlənən
tələbə mübadiləsi prosesi gələcək Azərbaycanın
çiçəklənməsi naminə mütəxəssis
hazırlığında önəmli rol oynayır. Hələ
Sovetlər Birliyinin tərkibində olduğu dövrdə ümummilli lider Heydər Əliyev
Azərbaycan övladlarının
xarici ölkələrin nüfuzlu ali təhsil
ocaqlarında təhsil
almalarına, ölkəmiz üçün bacarıqlı
ixtisaslı kadrların hazırlanmasına nail olmuşdu.
Ölkəmizə ikinci dəfə rəhbər təyin
olunandan sonra
xalqın sevimli oğlu
həmin prosesi daha geniş sferada həyata keçirməyə
başladı. Böyük öndərin siyasi varisi İlham Əliyev Prezident
seçildikdən sonra bu
proses daha da sürətlənib
və mübadilə coğrafiyası genişlənib.
Artıq bu gün Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblər
Boloniya prosesinə qoşulub. Ali təhsil
ocaqlarımızda kredit sisteminin tələblərinə
uyğun olaraq qiymətləndirmə prinsipi həyata
keçirilir. Orta təhsil müəssisələrində uğurla həyata keçirilən kurikulum layihələrini də
dünya təhsilinə
inteqrasiyanın uğurlu bəhrələri kimi səciyyələndirmək
olar.
Təhsilimizdə olan yeniliklər orta
ixtisas təhsili və
peşə təhsili müəssisələrinə də öz töhfələrini
verməkdədir. Bu gün orta ixtisas məktəblərini, yaxud peşə liseylərini bitirən
oğlan və qızlar
artıq kompüter əsrinin mütəxəssisləri
sayılırlar. Onlar da seçdikləri peşələrin əsl sahiblərinə
çevrilməklə öz
bilik və bacarıqlarını
istənilən ölkədə nümayiş etdirməyə
qadirdirlər. Bütövlükdə bunların hamısı milli təhsilimizdə müstəqillik dövründə
qazanılan uğurlardır ki, buna görə uşaq, yeniyetmə və gənclərlə əzmlə çalışan, təhsil
prosesində yeni
texnologiyaların tətbiqinə ustalıqla nail olan müəllimlərə,
pedaqoqlara öz təşəkkürümü bildirirəm. "Bilik günü" münasibətilə
bütün pedaqoji kollektivləri - müəllimləri, tələbələri,
şagirdləri və elm adamlarımızı ürəkdən
təbrik edir, təhsilimizin inkişafı naminə fəaliyyətlərində hamıya uğurlar diləyirəm.
Təhsilimizə daim diqqət və
qayğı göstərdiklərinə
görə ölkə rəhbəri İlham Əliyevə və
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
xüsusi minnətdarlığımı ifadə edirəm.
Nurlana ƏLİYEVA,
Azərbaycan
Dövlət Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim,
professor
Zaman dövlət və cəmiyyətdə
köklü dəyişikliklər yaradır, bu isə öz
növbəsində müəllim qarşısında qoyulan tələbləri
dəyişir. Azərbaycan təhsilinin
müasir inkişaf mərhələsini kiçik bir zaman
müddətində təhsilimizdə baş verən
böyük dəyişikliklərdə görürük.
Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev
həmişə təhsil sahəsinin inkişafına müstəsna
əhəmiyyət vermiş, bunu dövlət siyasətinin
mühüm tərkib hissəsi kimi dəyərləndirmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin
siyasi kursunu layiqincə davam etdirməsi, Azərbaycan məktəblərinin
zamanın tələblərinə
uyğunlaşdırılması, yeni tədris
ocaqlarının tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi,
təhsilin yüksək inkişafına yönəlmiş
proqram və layihələrin həyata keçirilməsi
dövlət başçımızın təhsilə olan
qayğısını təcəssüm etdirir.
Mən beynəlxalq məsləhətçi
kimi xarici dövlətlərin təhsili ilə yaxından
tanışam. Bu mənə imkan verir ki, respublikamızın təhsilini
xarici dövlətlərin təhsili ilə müqayisə
edim. Bir daha əmin
oluram ki, həqiqətən də bizim təhsil sahəsində
gedən islahatlar inkişaf edən ölkələrdə gedən
islahatları qabaqlayır.
Dövlətimiz tərəfindən həyata
keçirilən onlarla layihələr təhsildə yeni
imkanlar yaradır. Məsələn, yüzlərlə məzunumuz
xarici dövlətlərin ən mötəbər ali təhsil
ocaqlarında təhsillərini
davam etdirirlər. Təkcə bu il Bakı
Avropa Liseyinin 46 məzunundan 17 nəfər xarici ölkələrin
universitetlərinə təhsillərini davam etdirməyə
gedəcək. Bu yolla ixtisaslı kadrların yetişməsi Azərbaycan Respublikasının
gələcəyini təmin etmiş olur.
Təhsildə başlayan irimiqyaslı
islahat addımları müəllimlərin fəaliyyətində
bir sıçrayış yaratdı. Müntəzəm olaraq müəllimlərin maddi
rifahını yüksəltmək naminə atılan
addımlar onları yeni nailiyyətlər
axtarışında olmağa, təhsilin keyfiyyətini
yüksəltməyə ruhlandırdı.
Yeni tədris ilində də
qarşımızda böyük layihələrin həyata
keçirilməsi durur. Mən
müəllim kimi mötəbər, çətin və məsuliyyətli
peşə sahiblərinə cansağlığı, işlərində
uğurlar diləyirəm. Təhsilimizin
rifahı naminə yeni nailiyyətlərə imza
atmalarını arzulayıram. Yeni dərs iliniz mübarək!
Zülfiyyə
VEYSOVA,
Bakı
Avropa Liseyinin direktoru, psixologiya elmləri üzrə fəlsəfə
doktoru, əməkdar müəllim
Son illər ölkəmizdə gedən təhsil
islahatları və bu yeniliklərin uğurlu nəticələri,
təhsilə dövlət tərəfindən böyük
qayğı və diqqətin təcəssümüdür.
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təhsilimizə olan diqqəti,
qayğısı bizi hər yeni dərs ilini daha da uğurlu
başa vurmağa ruhlandırır.
Bu gün nümunəvi məktəblərdən
biri kimi biz də bu qayğını hiss edirik. Biz
göstərilən diqqətin, qayğının
müqabilində daha yüksək nəticələr qazanmaq,
Azərbaycan üçün hərtərəfli ixtisaslı
kadrlar, Vətənə layiqli vətəndaşlar yetişdirmək
niyyətindəyik.
Hər bir insanın həyatda
tutacağı mövqe yetişdiyi ailənin və
aldığı təhsilin özəlliyindən
asılıdır. Ona görə də məktəbin
əsas vəzifəsi mənəviyyatı güclü, insani
və ictimai dəyərlərə önəm verə bilən,
elmi dəyərləndirən, dünyamız
üçün sülhsevər fərdlər yetişdirmək,
şəxsiyyət formalaşdırmaqdır.
lu öndərin siyasətini
uğurla davam etdirən dövlət başçımız
İlham Əliyev də müasir və innovativ təhsil
sisteminin təkmilləşdirilməsi, Azərbaycan təhsilinin
dünya standartlarına cavab verməsini təmin etmək
üçün bir çox layihələrin həyata
keçməsinə şərait yaratmışdır. Həmişə qabaqcıl, öndə gedən təhsil
ocağı olaraq 6 nömrəli məktəb bu inkişaf
prosesində nəinki kənarda qala bilməz, bu layihələrin
həyata keçirilməsinin birincilərindən olmuşdur.
Cənab nazirimiz Misir Mərdanov başda
olmaqla bu şərəfli peşənin
daşıyıcıları olan müəllimləri -
ümumiyyətlə, respublikamızın bütün təhsillə
bağlı olan insanlarını yeni dərs ilinin
başlanması və "Bilik günü" münasibətilə
öncədən təbrik edir və mükəmməl
uğurlarının davamını diləyirəm.
Gülşən
ORUCOVA,
6
nömrəli məktəb-liseyin direktoru
Bu günlər bütün
respublikamızda bayram əhvallı günlərdir.
"Bilik günü" bütün ölkədə
yüksək səviyyədə qeyd olunur. Bu tədbirə hamı ürəklə
hazırlaşır. Çünki bu bayram
gələcəyimizin təminatçısı olan
balalarımızın bayramıdır. Ümummilli
lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir"
müdrik kəlamı hər bir təhsil işçisinin həyat
amalına çevrilmişdir. Hər kəs
bacardığı kimi bu işin öhdəsindən gəlməyə
çalışır. Biz də "Gənc
istedadlar" liseyi olaraq bu məşhur kəlamın
daşıyıcılarından biri kimi öz vəzifələrimizi
başa düşürük və bu yolda var qüvvəmizlə
çalışırıq.
Bu gün ölkəmizdə təhsil sahəsində
mühüm quruculuq işləri gedir, genişmiqyaslı
islahatlar, dövlət proqramları həyata keçirilir ki,
bu da artıq öz bəhrəsini verməkdədir.
Prezident İlham Əliyevin təhsil sisteminə
diqqət və qayğısı sayəsində təhsilin
ayrı-ayrı sahələri üzrə 20-dən artıq
dövlət proqramı təsdiq olunaraq
reallaşdırılmağa başlanmış, Azərbaycan
təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı
tədbirlər həyata keçirilməkdədir. Reallaşan proqramlardan biri də "Xüsusi
istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)"dır. Məhz bu proqramın reallaşması istiqamətində
atılan mühüm addımlardan biri də "Gənc
istedadlar" liseyinin yaradılmasıdır. Liseyimiz artıq 5 ildir ki, fəaliyyət göstərir.
Geridə qalan 5 ildə kifayət qədər
uğurlarımız, nailiyyətlərimiz olmuşdur. Liseyimizin qarşısına qoyduğu əsas vəzifə
gənc istedadları üzə çıxararaq onlara
lazımi şəraiti yaratmaqla müstəqil Azərbaycan cəmiyyətinin
ləyaqətli üzvünü hazırlamaqdır. Məhz
bu səbəbdəndir ki, həyata vəsiqə
aldığı 5 illik müddət ərzində liseyimizin
uğurlarından ən böyüyü bu illər ərzində
liseyi bitirən şagirdlərimizin hamısının
respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinə yüksək balla
qəbul olunmalarıdır. Bu şagirdlərin
arasında Prezident təqaüdçüləri də
vardır.
Bundan başqa, liseyimizin şagirdləri
dünya və respublika səviyyəli olimpiadalarda, bilik
yarışlarında, intellektual yarışlarda yüksək
nailiyyətlər əldə etmişlər. Sözsüz
ki, bütün bu uğurlar bizi çox sevindirir və daha
böyük nailiyyətlər əldə etməyə həvəsləndirir.
Əziz təhsil işçiləri, əziz
həmkarlar! Sizin hər birinizi "Bilik günü"
münasibətilə ürəkdən təbrik edir, bu
ağır və şərəfli yolda hər birinizə
cansağlığı, səbr və bol-bol uğurlar
arzulayıram.Ölkə rəhbərliyinin
qarşımıza qoyduğu vəzifələrin həyata
keçirilməsində var qüvvəmizlə
çalışacağımıza və biz təhsil
işçilərinə olan inamı
doğruldacağımıza əminliklə ümid bəsləyirəm.
Bir daha hər birinizin yeni dərs ilini ürəkdən
təbrik edirəm.
Qasım
HÜSEYNOV,
"Gənc
istedadlar" liseyinin direktoru, professor
Sabah yeni dərs ili
başlayır. Bu hadisə ölkəmizdə
xüsusi önəm kəsb etdiyindən dərs ilinin ilk
gününü "Bilik günü" kimi bayram edirik.
Bu münasibətlə bütün təhsil
işçilərini təbrik edir, həmkarlarıma yeni dərs
ilində uğurlu fəaliyyət və qələbə
sevinci arzulayıram.
Belə bir sevinc hissini mən ötən dərs
ilində yaşamışam: "Ən yaxşı müəllim"
müsabiqəsində qalib gələndə. Bu qələbənin
isə mənim üçün əsas özəlliyi o idi
ki, müsabiqənin III - təqdimat mərhələsində
hörmətli təhsil nazirimiz Misir Mərdanov başda olmaqla
təşkilat komitəsinin bütün üzvləri mənə
ən yüksək -
10 bal vermişdilər. Bu mənim o qədər
də çox olmayan pedaqoji fəaliyyətim dövründə
qazandığım ən böyük qələbədir.
5 il öncə "Ən
yaxşı müəllim" müsabiqəsi keçirilməyə
başlayanda mən dördüncü il idi ki, müəllim
işləyirdim. Hələ onda qarşıma məqsəd
qoymuşdum ki, mən də müsabiqədə iştirak
edim. Bu il arzum gerçəkləşdi.
Buna görə də mən ilk növbədə
ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət
və qayğı göstərən möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlıq
edirəm.
Müəllimə bu qədər önəm
verilən, müəllim adı çox yüksəklərdə
tutulan, təhsilin inkişafı, dünyaya inteqrasiyası məsələlərinə
böyük diqqət və qayğı göstərilən
bir ölkənin vətəndaşı - müəllimi
olduğum üçün fəxr edirəm.
Ölkəmizdə kurikulum
islahatının həyata keçirildiyi son 4 ildə mən də
cəmiyyətdə baş verən yenilikləri dərk
edərək, peşəsini hədsiz dərəcədə
sevən bir müəllim kimi öz işimi müasir tələblərə
uyğun qurmağa çalışmışam və
çalışıram. Bilik,
bacarıq səviyyəmi artırmaq üçün təlim
texnologiyalarının tətbiqi üzrə təşkil
olunan inkişafyönümlü
müxtəlif beynəlxalq kurslarda iştirak etmişəm.
Bu kurslarda öyrəndiklərimi bu gün dərslərimdə
tətbiq edərək dərslərimin şagirdlər
üçün maraqlı, cəlbedici olmasına, tədris prosesində
şagirdlərin fəal iştirakına, tədris
materialı əsasında daha geniş biliklər, sosial vərdişlər qazanmasına nail olmağa səy
göstərirəm.
Yaradıcı fəaliyyətə
marağım və həvəsim pedaqoji sahədə,
kurikulumun tətbiqi işində topladığım təcrübəni
bölüşməyimə təkan vermişdir.
Bu mənada yeni qiymətləndirmə qaydalarının tətbiqi
sahəsində müəllimlər üçün əyani
vəsaitlər hazırlanmasında,
2-ci, 3-cü, 4-cü siniflər üçün Azərbaycan
dili fənni üzrə qiymətləndirmə, 4-cü sinif
üçün Azərbaycan dili fənnindən sinifdənxaric
oxu, Həyat bilgisi fənni üzrə qiymətləndirmə
vəsaitlərində həmmüəllif, 2-ci siniflər
üçün "Gözəl
yazı" hüsnxət vəsaitinin redaktoru, 3-cü siniflər
üçün Azərbaycan dilindən sinifdənxaric oxu və 4-cü
sinif üçün riyaziyyat fənni üzrə qiymətləndirmə
vəsaitinin rəyçisi
olmuşam.
Qarşıdan gələn dərs ilinin
bütün müəllimlər üçün belə
yaddaqalan olmasını, siniflərinin qapılarını yeniliklərə
açaraq daim nailiyyətlər
qazanmalarını arzulayıram.
Sevinc ƏLİYEVA,
Bakıdakı
286 nömrəli
tam orta məktəbin müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.8-10.