Bakı Slavyan
Universitetində Şuşa rayon təhsil
işçilərinin konfransı keçirilib
Sentyabrın
11-də Bakı Slavyan Universitetində Şuşa rayon təhsil
işçilərinin konfransı
keçirildi. Konfransda
Təhsil Nazirliyinin, Şuşa
Rayon İcra Hakimiyyətinin,
rayon təhsil şöbəsinin nümayəndələri,
millət vəkilləri və digər qonaqlar
iştirak edirdilər.
Öncə
ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyuldu.
Konfransı
giriş sözü
ilə Şuşa Rayon
İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov
açdı və iştirakçıları salamlayaraq təhsil işçilərini yeni dərs ili münasibətilə
təbrik etdi.
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev rayon məktəblərinin fəaliyyətindən
danışdı və ali məktəblərə
qəbul imtahanlarında ayrı-ayrı məktəblər
üzrə abituriyentlərin göstərdiyi nəticələri
diqqətə çatdırdı. T.Əliyev qeyd
etdi ki, ötən dərs ilində
rayon üzrə tam orta məktəbi bitirən məzunların 45
faizi ali məktəblərə
qəbul olunub.
Bakı
Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Şuşa rayon təhsil
müəssisələri ilə əlaqələrindən söz açdı və BSU-da
oxuyan tələbələrin gələcəkdə
bu məktəblərdə pedaqoji təcrübə keçmələrinin
nəzərdə tutulduğunu qeyd etdi.
Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
qaçqın rayonlarına, o cümlədən
Şuşa rayon təhsil
işçilərinə göstərilən dövlət
qayğısından danışdı.
Təhsil
naziri Misir Mərdanov Şuşa rayon təhsil
işçilərini qarşıdan gələn "Bilik günü"
münasibəti ilə təbrik etdi və
yeni dərs ilində onlara
daha böyük uğurlar arzuladı. Misir
Mərdanov Şuşa rayon
məktəblərində təhsil islahatlarının həyata
keçirilməsi baxımından mühüm
işlər görüldüyünü,
tədris prosesində müasir təlim
metodlarının tətbiq edildiyini nəzərə
çatdırdı. Təhsil müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılmasını ölkə Prezidenti cənab İlham Əliyevin
bu sahəyə olan
diqqət və qayğısının təzahürü kimi səciyyələndirən nazir ölkəmizin sürətli
inkişafı sayəsində daha böyük uğurların
qazanılacağına inamını ifadə etdi.
Sonra Şuşa
rayon təhsil müəssisələrində
çalışan bir qrup
müəllimə Təhsil Nazirliyinin Fəxri
fərmanı və "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi" döş nişanı təqdim olundu və yüksək bal
toplayaraq ali məktəblərə
qəbul olan məzunlara Şuşa
Rayon
İcra Hakimiyyəti tərəfindən mükafatlar verildi.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.3.