"Elektron
məktəb" layihəsinə cəlb olunan təhsil müəssisələrinin
sayı 40-a çatıb
2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının
tətbiqinin genişləndirilməsi
və İKT infrastrukturunun
inkişaf etdirilməsi
istiqamətində həyata
keçirilmiş tədbirlər
çərçivəsində "Elektron məktəb" layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı
40-a çatdırılıb.
"Bir şagird - bir kompüter" layihəsi
çərçivəsində 2000 nəfər şagirdə
netbuk verilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
Distant Təhsil Mərkəzi
yaradılıb və
müəllim, şagird
və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az təhsil portalı istifadəyə verilib.
Daha 500 təhsil müəssisəsi
Azərbaycan Təhsil
Şəbəkəsinə (İntranet və İnternet) qoşulub.
Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə
(İntranet və İnternet) qoşulmuş
məktəblərin sayı
1200-ə çatdırılıb.
1300 nəfər pedaqoji işçi
İKT-nin tədrisdə
tətbiqi sahəsində
təlimlərdən keçirilib.
Bununla da "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində
təlimlərdən keçən
pedaqoji işçilərin
ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.1.