Qiymətləndirmə və monitorinq üzrə kadr
hazırlığına başlanıb
2011-2012-ci
dərs ilində şagird nailiyyətlərinin
qiymətləndirilməsi istiqamətində nəzərdə
tutulmuş tədbirlərin həyata
keçirilməsi davam etdirilmişdir.
Belə ki, respublikanın 300 məktəbinin
IV sinif şagirdləri ilə fənn
kurikulumlarını qiymətləndirmək məqsədilə
milli qiymətləndirmə
aparılmışdır. Tədqiqatda 9205 nəfər şagird, 300 nəfər məktəb direktoru, 503 nəfər müəllim, 8974 nəfər
valideyn iştirak etmişdir. Nəticələr təhlil edilmiş və yaxın vaxtlarda
elan olunacaqdır.
PİRLS-2011
və TİMSS-2011 beynəlxalq qiymətləndirmə tədqiqatlarının
ilkin təhlillərinə əsasən,
iştirakçı ölkələr arasında Azərbaycanın
daha yüksək yerlərdə qərarlaşacağına
inanırıq. Hər iki proqram
üzrə beynəlxalq hesabatlar cari ilin dekabrında elan ediləcəkdir.
PİRLS-2011
və TİMSS-2011 Ensiklopediyası üçün
ölkəmizin ümumi təhsil sistemi üzrə məlumatlar Təhsil Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə Beynəlxalq
Assosiasiyasının Məlumatların İdarə Edilməsi
Mərkəzinə (İEA DPC) təqdim edilmişdir.
Bakı
Dövlət Universiteti və Azərbaycan
Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində "Təhsildə
qiymətləndirmə və monitorinq"
ixtisası üzrə kadr
hazırlığına başlanmışdır.
2011-2012-ci
tədris ilində akkreditasiya keçirilməsi
və lisenziya verilməsi nəzərdə
tutulan 57 müəssisədə (ali, orta ixtisas,
ilk peşə-ixtisas və ümumi təhsil) 16008 təhsilalan əhatə
olunmaqla qiymətləndirmə
aparılmış, nəticələr təhlil edilmişdir.
2011-2012-ci
dərs ilinin yekunlarına görə 118 şagird qızıl, 20 şagird
gümüş medala
layiq görülmüşdür.
Təranə
HACIYEVA,
Təhsil
Nazirliyi Monitorinq və
qiymətləndirmə
şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.12.