Ötən il 64 təhsil müəssisəsinin akkreditasiyası keçirilib

 

Ötən tədris ilində şöbənin fəaliyyəti üçün zəruri olan sənədlər, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin akkreditasiyası qrafiki hazırlanmış və təsdiq edilmiş, lisenziya müddəti başa çatmış özəl ali, ümumi və məktəbəqədər təhsil müəssisələrinin lisenziya müddətinin uzadılması məsələlərinə, lisenziya almaq üçün müraciət etmiş özəl məktəb və məktəbəqədər təhsil müəssisələrinin müraciətlərinə baxılmış, qrafik üzrə təhsil müəssisələrinin akkreditasiyası keçirilmişdir. Şöbənin əməkdaşları xarici ölkələrdə təhsilin keyfiyyətinə təminat və akkreditasiya məsələləri ilə bağlı keçirilmiş seminarlarda iştirak etmiş, qeyri-qanuni fəaliyyət göstərən özəl təhsil müəssisələrinin müəyyənləşdirilməsi məqsədilə reydlər keçirmişlər.

Ötən tədris ili ərzində ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və bu müəssisələrin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarların layihələri əvvəlcə Təhsil Nazirliyinin müvafiq şöbələri, Dünya Bankı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Valideyn-Müəllim Assosiasiyasının nümayəndələrinin iştirakı ilə, sonra isə nazirliyin akkreditasiya şurasının iclasında müzakirə olunmuş, irad və təkliflər nəzərə alınmaqla təkmilləşdirilmiş və müvafiq əlavə və düzəlişlərlə təsdiq edilmişdir. Həmin sənədlər bunlardır:

* Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar (ali, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələri üçün).

* Təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar (ali, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələri üçün).

* Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar.

* Ümumi təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar.

Təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılması ilə əlaqədar xeyli   görülmüşdür. Belə ki, 15 ali təhsil (6 özəl, 9 dövlət ali təhsil müəssisəsi), 18 orta ixtisas təhsili, 24 ilk peşə-ixtisas təhsili (14 peşə liseyi, 10 peşə məktəbi) müəssisəsinin, 7 ümumtəhsil məktəbinin akkreditasiyası keçirilmiş, 4 məktəbin akkreditasiyası isə onlarda təmir işlərinin aparılması səbəbindən başqa vaxta keçirilmişdir.

4 dövlət və 1 özəl ali təhsil müəssisəsinin, 2 orta ixtisas və 16 ilk peşə-ixtisas təhsili müəssisəsinin akkreditasiyasının nəticələri Akkreditasiya şurasında yaxın vaxtlarda müzakirə olunacaqdır.

2011-2012-ci tədris ilində 8 məktəbəqədər təhsil müəssisəsinə, 3 ümumi təhsil müəssisəsinə və 2 ali təhsil müəssisəsinə lisenziya verilmiş, 1 özəl ümumi təhsil müəssisəsinin və 2 ali təhsil müəssisəsinin lisenziyasının fəaliyyət müddəti uzadılmışdır. Sənədləri qaydasında olmayanya standartların tələblərinə cavab verməyən müəssisələrə lisenziya verilməsindən imtina edilmişdir.

Lisenziya almaqdan ötrü təsisçilərin Təhsil Nazirliyinə müraciətlərinin araşdırılması üçün nazirliyin müvafiq əmrləri ilə neytral şəxslərdən ibarət ekspert qrupları yaradılmışdır. Ekspert qrupları həmin müəssisələrin maddi-texniki bazasına baxış keçirmiş, onların kadr və tədris-metodik təminatını araşdırmış və nəticələri barədə arayışlar hazırlamışdır. Arayışlar nazirliyin Lisenziya komissiyasının iclaslarında müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul edilmişdir.

2012-ci ildə şöbəyə müxtəlif məsələlər üzrə 153 ərizə və müraciət daxil olmuşdur. Bu müraciətlər araşdırılmış və onların nəticələri barədə ərizəçilərə vaxtında cavab verilmişdir.

Növbəti tədris ilində də Akkreditasiya şöbəsi öz fəaliyyətini bu istiqamətlər üzrə davam etdirəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri" və 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyası üçün müəyyənləşdirilmiş meyarlara əlavə və dəyişikliklər edilməsi, məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası üçün meyarların hazırlanması nəzərdə tutulmuşdur.

 

 

Həbib ZƏRBƏLİYEV,

Təhsil Nazirliyi Akkreditasiya

şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2012.- 14 sentyabr.- S.12.