Dərslik
siyasəti
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat
şöbəsi 2012-ci ildə öz işini təsdiq
olunmuş iş planına müvafiq olaraq dərslik və dərslik
komplektlərinin hazırlanması və qiymətləndirilməsinin
təşkili, bölgüsü və yerlərə
çatdırılması, ali və orta ixtisas təhsili
müəssisələrindən daxil olmuş tədris ədəbiyyatının
təsdiqi, ümumtəhsil məktəb kitabxanaları
fondlarının dərslik və əlavə oxu vəsaitləri
ilə təminatı, ərizə və məktubların
icrası, vətəndaşların qəbulu istiqamətlərində
qurmuşdur.
Beləliklə, 2012/2013-cü tədris
ilinə ümumtəhsil məktəblərinin I-III və V-XI
sinifləri üçün 194 adda, 4018990 nüsxə dərslik
və müəllim üçün metodik vəsaitin nəşri
və çapı nəzərdə tutulmuşdu.
Bunlardan əvvəlki illərdə Milli
Kurikulum əsasında hazırlanmış II-III siniflər və
mövcud fənn proqramları əsasında
hazırlanmış VI-XI siniflər üzrə 114 adda dərslik
ümumtəhsil məktəb müəllimlərindən ibarət
işçi qrupları tərəfindən baxılaraq rəy
və təkliflər nəzərə alınmaqla işlənilmişdir.
Həmin dərsliklər tələbata uyğun olaraq və
mövcud şagird kontingentinin 30%-i həcmində, yəni
1936250 nüsxə tirajla çap edilmiş, 2012-ci ilin iyun-iyul
aylarında yerlərə
çatdırılmışdır.
I və V siniflər üçün isə
Milli Kurikulum əsasında 80 adda dərslik və müəllim
üçün metodik vəsaitin mövcud qanunvericiliyə əsasən
tender yolu ilə hazırlanması və çapı nəzərdə
tutulmuşdur. Bu məqsədlə 16 sentyabr 2011-ci il tarixdə
dövri mətbuatda tender elanı dərc edilmiş, eləcə
də Təhsil, Maliyyə və İqtisadi İnkişaf
nazirliklərinin nümayəndələrindən ibarət
Tender komissiyası formalaşdırılmışdır.
Tender komissiyası tenderin "Əsas şərtlər
toplusu"nu hazırlayaraq təsdiq etmiş və tenderdə
iştirak üçün müraciət edən nəşriyyat-poliqrafiya
müəssisələrinə təqdim etmişdir.
Dərslik və nəşriyyat
şöbəsi 2012-ci ilin ilk rübü ərzində dərslik
hazırlığı ilə məşğul olan nəşriyyat-poliqrafiya
müəssisələri və dərslik müəllifləri
ilə görüşlər təşkil etmiş, həmin
görüşlərdə dərsliklərin
hazırlanması prinsipləri, yeni fənn kurikulumları
haqqında məlumatlar səsləndirilmiş, tenderin "Əsas
şərtlər toplusu" və "Dərsliklərin qiymətləndirilməsi
meyarları" müzakirə edilmiş, naşir və
müəlliflərin irad və təklifləri nəzərə
alınaraq hər iki sənəddə yeni dəyişikliklər
aparılmışdır. Bu dəyişikliklər barədə
nəşriyyat-poliqrafiya müəssisələri dərhal məlumatlandırılmışdır.
Hazırlanmış və Tender
komissiyasına təqdim edilmiş dərslik və müəllim
üçün metodik vəsaitlərin maket və modelləri
(tender təklifləri) komissiyanın 02 may 2012-ci il tarixdə
Təhsil Nazirliyində keçirilən iclasında
açılaraq kodlaşdırılmış və qiymətləndirilmək
üçün Dərslikləri Qiymətləndirmə
Şurasına təhvil verilmişdir.
Dərslik komplektlərinin qiymətləndirilməsi
məqsədilə Dərslikləri Qiymətləndirmə
Şurası sədrinin təqdimatına əsasən Təhsil
Nazirliyinin müvafiq əmri ilə Bakı və Sumqayıt
şəhərlərinin əsasən əməkdar müəllimlərindən,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qaliblərindən ibarət ekspert komissiyası
yaradılmışdır. Təqdim edilən dərslik
komplektlərinə əsasən ayrı-ayrı fənlər
üzrə də ekspert qrupları təşkil edilmiş və
onlar üçün normal iş şəraiti
yaradılmışdır. Bundan əlavə, Türkiyə
Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunun
üç nəfər əməkdaşı 2012-ci ilin 06-13
may tarixlərində Bakıya dəvət edilmiş, dərslik
komplektlərinin qiymətləndirilməsi prosesində ekspertlərə
rəy və məsləhətləri ilə köməklik
göstərmişlər.
Beləliklə, ekspert qrupları tərəfindən
dərslik və müəllim üçün metodik vəsaitlərin
maket və modelləri Milli Kurikulumun tələblərinə
və "Dərsliklərin qiymətləndirilməsi
meyarları"na əsasən qiymətləndirilmiş, hər
bir dərslik komplektinə dair rəylər
hazırlanmışdır.
Qiymətləndirmənin nəticələrinə
ekspertlərin iştirakı ilə Dərslikləri Qiymətləndirmə
Şurasının iclaslarında baxılmış, hər
bir dərslik komplekti ayrı-ayrılıqda şura üzvləri
ilə müzakirə edilmiş və nəticələr təsdiq
edilmişdir. Təsdiq olunmuş nəticələr və rəylər
dərslik və müəllim üçün metodik vəsaitlərin
maket və modelləri ilə birlikdə Təhsil Nazirliyinə
təqdim olunmuşdur.
Qiymətləndirmənin nəticələrinə
əsasən müəyyən edilmiş keçid
balını toplayan dərslik və müəllim üçün
metodik vəsaitlər Dərslikləri Qiymətləndirmə
Şurasının rəy və təklifləri əsasında
təkmilləşdirilmiş, çapa
hazırlanmışdır. Həmçinin həmin dərslik
komplektləri Təhsil Nazirliyinin əmri ilə təsdiq
edilmiş və onlara qrif verilmişdir.
Beləliklə,
I və V siniflər üçün 74 adda, 2073450 nüsxə dərslik və müəllim
üçün metodik
vəsaitin mövcud şagird
kontingentinin 105%-i həcmində
çapı üçün müvafiq nəşriyyat-poliqrafiya müəssisələri
ilə satınalma müqavilələri
bağlanılmışdır.
Artıq
I və V siniflər üçün dərslik
və müəllim üçün metodik vəsaitlər də respublikanın
ümumtəhsil məktəblərinə
çatdırılmışdır.
Bundan əlavə, Azərbaycan
və Gürcüstan hökumətlərinin
birgə razılığına əsasən, ötən illərdə
olduğu kimi, bu il də
Gürcüstanın Azərbaycandilli məktəblərinə
şagirdlərin sayına müvafiq
"Azərbaycan dili" və "Ədəbiyyat"
dərsliklərinin verilməsi üçün
tədbirlər görülür.
Həmçinin
"Azərbaycan dili", "Ədəbiyyat",
"Azərbaycan tarixi", "Coğrafiya" dərsliklərinin
Dağıstanın təlim Azərbaycan dilində olan məktəblərinə və digər xarici ölkələrdəki "Bazar günü" məktəblərinə
verilməsi də nəzərdə tutulur.
2012-ci
ilin ötən 8 ayı ərzində dərslik
və nəşriyyat şöbəsi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən
daxil olmuş 1500-dək
proqram, dərslik, dərs vəsaiti və
metodik vəsaitin əlyazması Təhsil
Nazirliyinin Elmi-Metodik
Şurasının müvafiq bölmələrinə
müzakirəyə
göndərilmişdir. Həmin müzakirələrdən
sonra çapı məsləhət
görülən və ya tövsiyə
edilən 1430-dan çox əlyazması mövcud qaydalara uyğun olaraq sənədləşdirilmiş,
rəhbərliyə təqdim olunaraq təsdiq
edilmiş, onlara Təhsil
Nazirliyinin əmri ilə nəşr hüququ (qrifi) verilmişdir.
Dərslik
və nəşriyyat şöbəsi ümumtəhsil məktəb
kitabxanaları fondlarının dərslik və əlavə oxu vəsaitləri ilə təminatı sahəsində
də tədbirlər həyata keçirmiş,
Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti ("Yeni tədris
materiallarının hazırlanması və məktəb
kitabxanalarının müasirləşdirilməsi",
2009-2014-cü illər) çərçivəsində 2012-ci
ilin əvvəlində 500 məktəbin kitabxana fondu 1098 adda 549000 nüsxə təlim və oxu materialı ilə təchiz edilmişdir.
2012-ci
ilin ötən 8 ayı ərzində dərslik
və nəşriyyat şöbəsinə daxil
olmuş məktub və ərizələr
məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılmış, lazımi tədbirlər
görülmüş və müvafiq olaraq cavablandırılmışdır.
Faiq
ŞAHBAZLI,
Təhsil
Nazirliyi Dərslik və
nəşriyyat
şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.13.