İKT təhsil üçün effektiv
vasitədir
Azərbaycan
Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın həyata keçirilməsi nəticəsində
ölkədə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş və informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan Milli Təhsil
Modelinin formalaşması istiqamətində
müsbət nəticələr əldə edilmişdir.
Dövlət
Proqramı çərçivəsində
yaradılmış Məlumat və Resurs
Mərkəzi Azərbaycan Təhsil Şəbəkəsinə
(ATŞ) "giriş və
çıxış nöqtəsi" olmaqla
yanaşı, həmçinin təhsilə aid
informasiya resurslarının
toplandığı və texniki təhlükəsizliyi
qorunduğu yerdir. Eyni zamanda, Məlumat və Resurs
Mərkəzində tətbiq olunan "Vebsens" xüsusi filtrasiya proqramı məktəblərə
verilən İnternetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni
yerinə yetirir.
Hazırda
təhsil müəssisələrinin kompüterləşməsinə
də xüsusi diqqət verilir.
4522 ümumtəhsil məktəbinin 83 faizi,
110 texniki peşə təhsili müəssisəsinin
84 faizi və 56 dövlət orta ixtisas təhsili müəssisəsi
kompüter avadanlığı ilə təmin
olunmuşdur.
Dövlət
Proqramı çərçivəsində təhsil müəssisələrinə
33700 ədəd stolüstü kompüter, 3000 ədəd
noutbuk, 3000 ədəd proyektor
verilmiş və təhsil müəssisələri
"Mimio", "Promethean"
və "Smart" şirkətlərinin
istehsalı olan 300-ə yaxın interaktiv lövhə ilə təchiz edilmişdir.
Təhsil
müəssisələrində yerləşən kompüter avadanlıqları 32000
lisenziyalı proqram (MS Windows,
MS Word) və 15000 ədəd kompüter lisenziyalı antivirus
paketi ilə təmin olunmuşdur.
Hazırda
1200 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə
(ATŞ) qoşulmuşdur. Şəbəkə
çərçivəsində məktəblərin
genişzolaqlı İnternetə çıxışı təmin
olunmuş, onlar
arasında çoxnöqtəli (multipoint)
videokonfransların keçirilmə imkanı
yaradılmışdır.
Milli Təhsil Modelinin
formalaşdırılması istiqamətində Dövlət
Proqramı çərçivəsində 2008-ci ildən
reallaşdırılmasına başlanmış "Elektron məktəb" pilot
layihəsi də tətbiq edilməkdədir.
Dövlət
Proqramına uyğun həyata keçirilən
"1 şagird - 1 kompüter"
layihəsi çərçivəsində 15 pilot
məktəbin iki mindən çox şagirdinə netbuk
və filtrasiya sistemini
dəstəkləyən simsiz İnternet üçün
USB tipli modem verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant
təhsilinin inkişafı ilə əlaqədar Distant tədris mərkəzi və www.mesafedenmekteb.edu.az təhsil portalı
yaradılmışdır.
"Elektron məktəb" layihəsinə qoşulmuş təhsil müəssisələrində
qiymətləndirmə, məzmunun və tədris prosesinin idarə edilməsinə yönəlmiş
Elektron Dərslər İdarəetmə
Proqramı, İnteraktiv Dərslər və
Məktəb İdarəetmə Proqram təminatı
tətbiq edilir.
Dövlət
Proqramı çərçivəsində elektron dərslərin hazırlanması prosesi başlanmışdır. Hazırda Milli Təhsil Portalında (www.edu.az)
6 fənn üzrə 80 dərs mövcuddur.
Bunlara fizika, kimya, biologiya, ədəbiyyat,
musiqi və riyaziyyat üçün hazırlanmış dərslər
və əlavə tədris resursları daxildir.
Dövlət
Proqramı çərçivəsində Intel
SKOOOL elektron dərs platformasının Azərbaycan
tədris sisteminə uyğunlaşdırılması (400 elektron dərs, www.skoool.az
portalının adaptasiyası) həyata keçirilmiş
və "Young Digital
Planet" şirkətinin "Universal Kurikulum"
platforması üzrə elektron dərslər
(40 elektron dərs-müəllim versiyası, 40 elektron dərs-şagird versiyası)
hazırlanmışdır.
Elektron təhsil
texnologiyalarının tətbiqi üzrə interaktiv
platforması olan Milli
Təhsil Portalı (www.edu.az)
yaradılmışdır.
Dövlət
Proqramı çərçivəsində həyata
keçirilən tədbirləri izləmək məqsədi
ilə www.ict.edu.az İnternet
saytı istifadəyə verilmişdir. Fləş texnologiyaları əsasında
qurulan interaktiv "Məktəb
xəritəsi" proqramı artıq Bakı şəhərində
fəaliyyətə başlamış və şəhərin
təhsil müəssisələri burada öz əksini tapmışdır.
Azərbaycan
müəllimləri üçün korporativ üslublu @teacher.edu.az elektron poçt xidməti yaradılmışdır.
Artıq qeydiyyatdan keçmiş
müəllimlərin sayı 2000 nəfərə
çatmışdır.
Şəbəkə
üzərindən video
texnologiyalarının tətbiqini genişləndirmək məqsədi
ilə video.edu.az
portalı da
yaradılmışdır. Portala müxtəlif
fənlərə aid dərslər yerləşdirilmişdir
və bu iş davam etdirilməkdədir.
Təhsil
sahəsinin idarə olunması və tənzimlənməsində
vahid informasiya strukturunun yaradılması istiqamətində
fəaliyyətlər həyata keçirilmişdir.
Belə ki, Təhsil Nazirliyində sənədlərin
idarə olunması məqsədi ilə "Elektron
sənəd dövriyyəsi" və "Elektron
imza" proqramları tətbiq olunmuşdur.
Hazırda Təhsilin İdarəolunmasının Məlumat
Sistemlərinin (TİMS) bazasının tam
və ətraflı təsviri yaradılmış və Milli Təhsil Məlumat Bazası (MTMB) ilə
məlumat mübadiləsi təmin olunmuşdur.
Məktəb İdarəetmə Proqramı (MİP), GSM modul proqram təminatı, Milli
Təhsil Göstəriciləri (MTG) proqramı istifadəyə
verilmişdir.
Dövlət
Proqramının tətbiqi müddətində ümumtəhsil
məktəblərində 102623 nəfər müəllim informasiya və kommunikasiya
texnologiyalarına dair xüsusi
hazırlıq kurslarından keçmişdir
ki, bu da
pedaqoji kadrların 63%-ni təşkil edir. Həmçinin təhsil müəssisələrinin
12500 nəfər inzibati-idarəetmə heyəti və 1200 nəfər
laborant İKT savadlılığı
üzrə təlimlərdə iştirak
etmişdir. Dövlət ali
məktəblərinin 12367 professor-müəllim heyətindən 1270 nəfəri (10%), orta ixtisas təhsili müəssisələrinin
508 müəllimi İKT-yə dair təlimlərdən
keçmişdir.
"Mədəd"
və "Microsoft Azərbaycan" təşkilatlarının
təşəbbüsü və maliyyə dəstəyi ilə
"Həmkara dəstək" proqramı həyata keçirilir. Proqram
çərçivəsində 831 müəllim xüsusi təlimdən keçmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan pedaqoji heyətinin
İKT sahəsində savadlılığının
artması Microsoft korporasiyasının təşkilatçılığı
ilə keçirilən innovativ müəllimlər
müsabiqəsindəki beynəlxalq uğurları ilə sübut olunur. Belə ki, 2011 və 2012-ci illərdə müsabiqənin
ölkə üzrə qalibləri Avropa forumunda da yaxşı nəticələr
göstərərək qitəni ümumdünya
forumunda təmsil etmək hüququ
qazanmışlar.
Təhsil
sisteminin
informasiyalaşdırılması üzrə görülən
fəaliyyətlərin normativ-hüquqi
bazasının yaradılması və təkmilləşdirilməsi
məqsədi ilə bir sıra vacib hüquqi sənədlər
hazırlanmış və qəbul edilmişdir.
Yeni tədris ilində
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində nəzərdə
tutulmuş tədbirlər planı üzrə
işlərin yekunlaşdırılması
planlaşdırılır.
Yeni tədris ilində kadr potensialı hazırlığı istiqamətində
13890 inzibati-idarəetmə və pedaqoji
heyətin İKT üzrə savadlılığının
artırılmasına yönəldilmiş kompleks
tədbirlərin həyata keçirilməsi, eyni
zamanda Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin
250 nəfər pedaqoji heyətinin təhsil
portalından istifadə üzrə
savadlılığının artırılması, 150 nəfər
pedaqoji heyət üçün
"1 şagird-1 kompüter", 531 nəfər
pedaqoji heyət üçün
"Həmkara dəstək", 200 nəfər pedaqoji heyət üçün
"Fənlər üzrə elektron təhsil
resurslarının hazırlanması"
layihələrinin həyata keçirilməsi, rayon (şəhər) təhsil şöbələrinin,
orta ümumtəhsil məktəblərinin
seçilmiş 2000 nəfər texniki heyəti üçün
Məlumat Toplama Mərkəzindən
istifadə üzrə təlimlərin keçirilməsi nəzərdə
tutulur.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant
təhsilinin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və texniki vəsaitlərdən istifadəyə dair müəllimlər, şagirdlər və
valideynlər üçün 250 ədəd metodik vəsait
hazırlanmışdır.
2012-ci ilin sonunadək təhsil müəssisələrinə
1500 ədəd stolüstü kompüter, 400 ədəd noutbuk
və 400 ədəd proyektor veriləcəkdir.
Azərbaycan
Təhsil Şəbəkəsinə qoşulmuş
təhsil müəssisələrinin ümumi
sayının 1700-ə çatdırılması nəzərdə
tutulmuşdur.
"Elektron məktəb" layihəsi üzrə
təhsil müəssisələrinin sayı 50-yə çatdırılacaqdır.
1 şagird - 1 kompüter"
layihəsi üzrə 2012-ci ilin sonunadək
məktəblərə əlavə 200 netbuk
veriləcəkdir.
Distant tədris üzrə də
fəaliyyətimizi davam etdirəcəyik.
Yeni tədris ilində bu
layihəyə əlavə 30 şagird də
cəlb olunacaqdır.
Əsas
yeniliklərdən isə təhsil üçün
video texnologiyalara daha artıq diqqət veriləcəyini, o cümlədən interaktiv
Təhsil TV layihəsini qeyd edə bilərik.
Həmçinin elektron tədris
resurslarının da sayının
artırılmasına diqqət yetiriləcəkdir.
Samir
MƏMMƏDOV,
Təhsil Nazirliyi Təhsil
Sisteminin
İnformasiyalaşdırılması
İdarəsinin rəisi
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.13.