TİMS bazasında məlumatlar
müntəzəm yenilənir
2011-2012-cu
dərs ilində şöbə üzrə bir
sıra işlər görülmüşdür.
Belə ki, TİMS məlumat bazasında olan məlumatlar mütəmadi olaraq
dəqiqləşdirilmiş və əlavələr edilmişdir.
IX və
XI sinifləri bitirən şagirdlərə verilmiş
şəhadətnamə və attestatların seriyaları,
nömrələri və fənlər üzrə qiymətləri
bazaya daxil edilmişdir.
2011-2012-ci
tədris ili üçün
tam orta və ümumi orta təhsil pillələri
üzrə mərkəzləşdirilmiş qaydada
keçiriləcək imtahanlarla
bağlı IX və XI sinif şagirdləri
haqqında məlumatlar dəqiqləşdirilərək Monitorinq və qiymətləndirmə
şöbəsinə təqdim edilmişdir.
Təhsil
şöbələri üzrə TİMS məlumat bazası
yenilənmiş və müvafiq məlumatlar
bazaya daxil edilmişdir.
"TİMS-məktəb"
proqramının təkmilləşdirilməsi ilə
bağlı respublikanın bütün təhsil şöbələrinin,
nazirliyin tabeliyində olan
orta ümumtəhsil məktəblərinin,
Bakı şəhərinin bütün
ümumtəhsil məktəblərinin İKT üzrə məsul
şəxslərinə treninq-seminarlar keçirilmişdir və bu
iş mütəmadi
davam etdirilir.
Orta ixtisas
təhsili, məktəbdənkənar təhsil müəssisələri
üzrə verilənlər bazasındakı məlumatlar
yoxlanılmış və bu müəssisələrdə
çalışan kadrlarla bağlı məlumatlar
yenilənmişdir.
Ötən
dərs ilində habelə nazirliyin mərkəzi
aparatının müvafiq şöbələri
TİMS-in mərkəzi bazasına birləşdirilmiş,
onların məlumatlara çıxışları təmin edilmişdir.
Respublikanın
ali təhsil müəssisələrini
2011-2012-ci tədris ilində bitirən məzunların məlumat bazasını yaratmaq
məqsədi ilə proqram təminatının
hazırlanması və məlumatların dəqiqləşdirilməsi
üçün müvafiq
ali təhsil müəssisələrinə
verilməsi, dəqiqləşdirilmiş məlumatlar əsasında ali
məktəbi müvəffəqiyyətlə bitirən məzunlar
haqqında məlumatların məlumat bazasına daxil edilməsi də ötən dərs ilində
görülmüş işlərdəndir.
Orta ixtisas
təhsili müəssisələrini 2011-2012-ci tədris ilində
bitirən məzunların məlumat bazası yaratmaq
məqsədi ilə proqram təminatı
hazırlanmış və məlumatların dəqiqləşdirilməsi
üçün müvafiq
təhsil müəssisələrinə verilmişdir.
Alınmış məlumatlar bazaya daxil edilir.
"İnformatika" fənni üzrə
olimpiadanın müvafiq turlar
üçün
tapşırıqlarının hazırlanması, işlərin
yoxlanılıb qiymətləndirilməsi, respublika
turunun təşkili və keçirilməsinə
köməklik göstərilmişdir.
Tələbələr
arasında proqramlaşdırma üzrə keçirilən
olimpiadaların təşkili və keçirilməsində,
beynəlxalq informatika olimpiadasında Azərbaycanı
təmsil edəcək komandanın
formalaşdırılmasında, onlar üçün təlim-məşqlərin
hazırlanmasında iştirak edilmişdir.
Beynəlxalq
qiymətləndirmə TİMSS və PİRLS layihəsi üçün 2011-2012-ci tədris ilində
4-cü siniflərdə təhsil alan
şagirdlər haqqında (Naxçıvan MR daxil
olmaqla) məlumat hazırlanıb Monitorinq və qiymətləndirmə
şöbəsinə təqdim edilmişdir.
Xarici ölkələrdə təhsil
almış və müəyyən səbəblərdən
təhsilini bitirmədən Azərbaycan
Respublikasına qayıtmış və ümumtəhsil məktəblərində
təhsilini davam etdirən şagirdlər
(hansı məktəbdə və ümumiyyətlə təhsil
alıb-almamaları) haqqında müvafiq
xarici ölkələrin ümumtəhsil məktəblərinin
rəhbərlərinin sorğularına cavab
verilmişdir.
"Məktəb
uşağın dostudur" Proqramı
çərçivəsində YUNİSEF və Valideyn-Müəllim
Assosiasiyası (VMA) ilə birgə respublikanın 51 məktəbində
hazırlanmış sorğu blankları əsasında
məktəbin direktoru, 10 müəllim,
10 şagird, 10 valideyn
arasında sorğu keçirilmiş,
məktəblər üzrə sorğular
ümumiləşdirilmiş və yekun hesabat hazırlanaraq VMA-ya
təqdim edilmişdir.
Şöbə
üzrə 2012-2013-cü dərs ilində təhsil sahəsinin
idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə
edilməsində informasiya sistemləri və
texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi,
TİMS serverinin Vahid
Təhsil Şəbəkəsinə qoşulması və Təhsil
sisteminin informasiyalaşdırılması
Dövlət Proqramı çərçivəsində İntranet şəbəkəsində birləşdirilmiş
məktəblərdən məlumatların on-line
rejimində toplanılması, ali və orta ixtisas təhsili müəssisələrini
bitirən məzunlarla bağlı məlumat bazasının təkmilləşdirilməsi,
TİMS bazasına daxil edilmiş
məlumatların təhlili və aparılmış
araşdırmalar əsasında hesabatların
hazırlanması planlaşdırılıb.
İsmayıl SADIQOV,
Təhsil Nazirliyi
Təhsilin
idarəolunmasının
məlumat
sistemləri şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2012.- 14 sentyabr.- S.13.