Şamil
Ağababa oğlu
Qasımlı
Azərbaycanın
elm və təhsil ictimaiyyətinə
ağır itki üz
vermişdir. Respublikamızın
tanınmış alimi, fəlsəfə
elmləri doktoru, əməkdar müəllim,
Azərbaycan Müəllimlər İnstitutunun
tədris işləri üzrə prorektoru,
professor Şamil Ağababa oğlu
Qasımlı 2012-ci il sentyabrın 16-da 71
yaşında vəfat etmişdir.
Şamil Qasımlı 1941-ci il sentyabrın 16-da Sabirabad rayonunda anadan olmuşdur. 1949-cu ildə Sabirabad
rayon rus orta məktəbinə daxil olmuş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. O, 1960-cı ildə M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutuna qəbul olunmuş, 1965-ci ildə həmin institutun rus dili və
ədəbiyyatı fakültəsini
bitirmişdir.
Gənc mütəxəssis Şamil Qasımlı institutu bitirdikdən sonra qısa müddət Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsi aparatında
təlimatçı və
Abşeron rayonunun məktəblərində rus
dili müəllimi vəzifələrində işləmişdir.
Professor Şamil Qasımlı 1966-cı ildə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
əmək fəaliyyətini
davam etdirmişdir.
O, 1991-ci ilə qədər
həmin institutda müxtəlif vəzifələrdə
çalışmışdır. 1969-1971-ci illərdə prorektorun və rektorun köməkçisi,
müəllim və baş müəllim vəzifələrində işləmiş,
1975-ci ildən dosent vəzifəsini tutmuş və doktorluq dissertasiyasını başa
çatdırmaq məqsədilə
baş elmi işçi vəzifəsinə
köçürülmüşdür.
O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik,
1989-cu ildə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə
etmişdir.
İstedadlı alim Şamil Qasımlı M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində
müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda fəlsəfə
kafedrasının dosenti,
1991-ci ildə həmin
kafedranın professoru vəzifəsinə seçilmişdir.
Hələ gənc yaşlarından
kollektivin etibarını
qazanmış Şamil
Qasımlı ictimai həyatda da fəal iştirak edərək institutun partiya komitəsi katibinin müavini, həmkarlar komitəsinin, xalq nəzarəti komitəsinin sədri vəzifələrində işləmişdir.
Bir neçə
monoqrafiya və müxtəlif kitabların,
80-dən artıq elmi
əsərin müəllifi
olan professor Şamil Qasımlının əsas
tədqiqat sahələri
şəxsiyyətin sosiallaşması,
formalaşması və
hərtərəfli inkişafı,
cəmiyyətin tərəqqisində
insan amili, insanın mahiyyəti, mövcudluğu və müasir cəmiyyətdə
inkişaf meyilləri,
Azərbaycanda kadr hazırlanmasının aktual
problemləri və s.
olmuşdur.
Professor Şamil Qasımlı 1991-ci ildə
Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun professoru vəzifəsində
çalışmağa başlamışdır.
1999-cu ildən 2005-ci ilədək Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
dekan, 2005-ci ildən ömrünün sonunadək
isə Azərbaycan Müəllimlər İnstitutunda
tədris işləri
üzrə prorektor vəzifələrində işləmişdir.
Son illərdə
professor Ş.A.Qasımlı
bir neçə beynəlxalq, regional və
respublika elmi konfrans və simpoziumlarında olduqca maraqlı problemlər üzrə çıxış
və məruzələr
etmiş, onun Türkiyə, Moskva və Bakıda yeni düşüncə tərzinə əsaslanan və mövcud reallığı əks etdirən maraqlı əsərləri çap
olunmuşdur.
Şamil müəllim öz intellektual
potensialı, yüksək mədəniyyəti və mənəvi
keyfiyyətləri ilə tanınırdı. Nəinki
yaxınları, dostları,
iş yoldaşları,
hətta bircə dəfə onunla ünsiyyətdə olanlar
da Şamil müəllimin yüksək
mədəniyyətinə, intellektual potensialına, sağlam düşüncəsinə
hörmətlə yanaşırdılar,
onun bu keyfiyyətlərini
yüksək qiymətləndirirdilər.
O, insanları sevirdi, gənclərə böyük
məhəbbət bəsləyirdi,
ağıllı, bilikli,
bacarıqlı və
vicdanlı adamları
dəyərləndirirdi.
Şamil Qasımlı qayğıkeş və nümunəvi ailə başçısı idi.
Vətənpərvər ruhda böyütdüyü
övladlarının yüksək
ixtisaslı mütəxəssis
kimi yetişməsinə
çalışırdı.
Professor Şamil Qasımlını tanıyanlar
onun çoxillik elmi və pedaqoji
fəaliyyətini və
təşkilatçılıq qabiliyyətini yüksək
qiymətləndirirdilər.
O, 2009-cu ildə "Əməkdar
müəllim" fəxri
adına layiq görülmüşdü.
Görkəmli alim, sevimli
müəllim, böyük
insan, mənəvi bütövlüyünə daima
sadiq olmuş Şamil Ağababa oğlu Qasımlının
əziz xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər
İnstitutu
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.4.