"Sabahın alimləri"
II Respublika müsabiqəsinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Bakı
və Sumqayıt şəhərlərində fəaliyyət
göstərən ümumi təhsil müəssisələrinin
IX-XI sinif şagirdləri tərəfindən yerinə
yetirilmiş tədqiqat layihələrinə baxış
keçirmək və ciddi tədqiqat nəticələri əldə
etmiş Azərbaycan məktəblilərinin seçilib
İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin
etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. 2013-cü il 8-9 fevral tarixlərində
Bakı şəhərində İntel İSEF - Beynəlxalq
Elm və Mühəndislik Sərgisi çərçivəsində
"Sabahın alimləri" II Respublika müsabiqəsi
keçirilsin.
2. Nəzərə
alınsın ki, "Sabahın alimləri" II Respublika
müsabiqəsi Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyinin və "Mədəd" təşkilatının
birgə təşkilatçılığı ilə həyata
keçirilir.
3. Ümumi təhsil müəssisələrinin
direktorlarına tapşırılsın:
3.1.
"Kiçik Akademiyalar"ın fəaliyyətini gücləndirmək
istiqamətində konkret tədbirlər görülsün;
3.2. Ali
təhsil müəssisələrinin alimləri ilə əlaqələrin
möhkəmləndirilməsi təmin edilsin;
3.3. Bir
ay müddətində şagirdlərin tədqiqat
mövzularının və elmi rəhbərlərinin müəyyənləşdirilməsi
və sabahinalimleri.edu.az saytında online rejimində qeydiyyatdan
keçirilməsi təmin edilsin.
4. Müsabiqəyə elmi dəstəyin
verilməsi Bakı Dövlət Universitetinə (A.Məhərrəmov),
Sumqayıt Dövlət Universitetinə (N.Qəhrəmanov) və
Qafqaz Universitetinə (Ahmet Saniç) tövsiyə edilsin.
5. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinə (N.Rzaquliyeva) və
Sumqayıt Şəhər Təhsil Şöbəsinə
(V.Bağırov) müsabiqənin təşkili ilə
bağlı məsələlərin həllində ümumi təhsil
müəssisələrinə köməklik göstərilməsi
tapşırılsın.
6. Təhsil Nazirliyinin Elm
şöbəsinin müdiri, müsabiqənin direktoru
G.Hüseynovaya tapşırılsın:
6.1.
Müsabiqənin yüksək səviyyədə keçirilməsini
təmin etsin;
6.2.
Müsabiqənin Təlim Akademiyasının təşkilini və
treninqlərin keçirilməsini
təmin etsin;
6.3.
Müsabiqənin Münsiflər Heyətinin tərkibi
haqqında təkliflər hazırlayıb təsdiqə təqdim
etsin:
6.4. Əmrin
"Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
7. Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov)
müsabiqəyə texniki dəstəyin (müvafiq elektron
xidmətlərin) göstərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və
nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
9. Ümumi şöbə
(X.Fərəcov) əmrin çoxaldılıb yerlərə
göndərilməsini təşkil etsin.
10. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
12
sentyabr 2012-ci il
Azərbaycan müəllimi.- 2012.-
21 sentyabr.- S.4.