Bakı Modern
Məktəbinin açılış mərasimi keçirilib
Sentyabrın
17-də paytaxtın Nərimanov rayonunda
Bakı Modern Məktəbinin
açılmasına həsr olunmuş mərasim
keçirilmişdir.
Mərasimdə
təhsil naziri Misir Mərdanov,
ABŞ-ın Harvard Universitetinin
beynəlxalq layihələr üzrə prezidenti,
professor Farhud Kaffi, Kaliforniya Universitetinin professoru, doktor Tamar Endryus
və digər rəsmi şəxslər iştirak
etmişlər.
Nərimanov
Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev
yeni dərs ili ərəfəsində
daha iki məktəbin
əsaslı təmir və yenidənqurmadan sonra
istifadəyə verildiyini bildirərək
rayon təhsil müəssisələrinin
yüksək nəticələr əldə etdiyini
vurğulamışdır.
Təhsil
naziri Misir Mərdanov
ölkəmizdə təhsilin inkişafına dövlətin
diqqət və qayğısının nəticəsi olaraq 160-dan çox yeni məktəbin inşa
edildiyini, bir çox təhsil müəssisəsində əsaslı
təmir və yenidənqurma işlərinin
aparıldığını qeyd etmişdir.
Bakı
Modern Məktəbinin də paytaxtın təhsil
sistemində özünəməxsus yer
tutacağına əminliyini bildirən nazir
müəssisənin şagird və
müəllim kollektivinə yeni dərs
ilində uğurlar arzulamışdır.
Məktəbin
direktoru Gülnarə Əfəndiyevanın
verdiyi məlumata görə, məktəbin
I-X siniflərinə 305 şagird qəbul edilmişdir. Azərbaycan və rus bölmələri ilə yanaşı,
1-ci siniflər üçün ingilis bölməsi də
açılmışdır.
Tədris
prosesinin ənənəvi deyil,
fəal təlim metodlarına uyğun
qurulacağı müəssisədə ingilis
dilinin tədrisinə ayrılan
saatların sayı həftə ərzində 5-ə
çatacaqdır. Həmçinin informatika
fənninin həftədə 3 saat tədrisi
nəzərdə tutulur.
Burada tədris Harvard Universitetinin proqramlarına
əsasən təşkil
olunacaqdır. Dərsdən sonra şagirdlərin
rəsm, musiqi, rəqs, üzgüçülük
dərnəklərində məşğul
olması üçün
hərtərəfli şərait
vardır. Bakı Modern Məktəbində 8-ci sinifdən
etibarən şagirdlərin
sürücülük kurslarında
iştirakı da planlaşdırılır ki,
bu məqsədlə xüsusi otaq yaradılmışdır. Qiymətləndirmənin 50 ballıq cədvəllə
aparılacağı məktəbdə
hər bir şagirdin inkişaf kartı vasitəsilə fənlər üzrə əldə etdiyi nəticələri izləmək
mümkün olacaqdır.
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.4.