ADU-da I kurs tələbələri
ilə görüş keçirilib
Sentyabrın
15-də Azərbaycan Dillər Universitetində "Bilik günü"
münasibətilə rektor,
millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri
ilə görüşdü. ADU-nun akt zalında keçirilən
görüş Azərbaycanın Dövlət himninin səslənməsi
ilə başladı. Sonra rektor Səməd Seyidov "Bilik
günü" münasibətilə professor-müəllim
heyətini, tələbələri təbrik etdi. Azərbaycanın
təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan
Dillər Universitetinə daxil olan tələbələrə
uğurlar arzuladı. ADU tələbələrinin Azərbaycanın
bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə
çalışacaqlarını dedi. Rektor rəhbərlik
etdiyi ali təhsil ocağında fəaliyyət göstərən
fakültə və mərkəzlər haqqında məlumat
verdi. Dövlət başçısı tərəfindən
təhsilə, gəncliyə xüsusi qayğı göstərildiyini
deyən S.Seyidov bildirdi ki,
dövlətin təhsilə diqqət və
qayğısı bu sahənin
dünya səviyyəsinə yüksəlməsinə imkan
verib. O, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
dövlət başçısı
İlham Əliyevin təhsilə, təhsil
işçilərinə diqqət və
qayğısının, səmərəli fəaliyyət
üçün yaratdığı əlverişli şərait
və imkanların
ardıcıl və müntəzəm xarakter
daşıdığını vurğuladı.
Rektor Cənubi
Qafqazda ən böyük İnformasiya Resurs Kompleksinin ADU-da fəaliyyət
göstərdiyinə və kompleksdə tələbələrin
təhsili üçün bütün şəraitin
yaradıldığına diqqət çəkdi. Yeni tədris
ilində ADU-da bir neçə yeni ixtisasın da
açıldığını deyən S.Seyidov ilk dəfə
olaraq universitetdə çinşünaslıq və
jurnalistika ixtisası üzrə tələbə qəbulu həyata
keçirildiyini bildirildi. Bu
yaxınlarda universitetdə Çin Mərkəzinin fəaliyyət
göstərəcəyi də
bildirildi. Boloniya prosesi
haqqında danışan rektor
bir çox tələbələrin öz təhsillərini
xarici ölkələrin ali təhsil müəssisələrində
davam etdirdiklərini nəzərə çatdırdı. Hər
bir tələbənin öz qarşısına məqsəd
qoymasının vacibliyindən danışan rektor bununla
yanaşı, əsl vətəndaş olmağın
vacibliyini vurğuladı: "Sizdən bir məsələ tələb
olunur: Oxumaq, təhsil almaq və öz vətəndaş
mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox
çətinlikləri var. Bu çətinliyi dəf edən
şəxs gələcəkdə yüksək tribunalardan
çıxış edəcək və onu hər yerdə
dinləyəcəklər. Mənəvi dəyərləri
qorumaqla, yüksək savada malik olmaqla işğal altında
qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın
bayrağını qaldırmalıyıq". Təhsillə
elmin yanaşı addımladığını diqqətə
çatdıran rektor S.Seyidov tələbələri universitetin ictimai həyatında fəal
olmağa çağırdı.
ADU-nun
məzunu, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının sədri
(ATGTİ) Şahin İsmayılov isə
çıxışında universitetdə gənclərə olan diqqət və qayğıdan danışdı və rəhbərliyə öz təşəkkürünü
bildirdi.Qeyd edildi ki, yeni tədris
ilində ən gənc tələbə
ADU-da təhsil alacaq. Universitetin 1 saylı ingilis dili fakültəsinə
qəbul olan Ulduz Salahlının 15 yaşı var.
Sonra
665 balla ADU-nun filologiya fakültəsinə
qəbul olan Sevil
Süleymanova
çıxış edərək tələbə
yoldaşlarına uğurlar arzuladı və yaradılan şəraitə
görə universitet rəhbərliyinə minnətdarlığını
bildirdi.
Valideynlər
adından danışan 2 saylı ingilis dili fakültəsinə
635 balla qəbul olan Səbunə Hüseynovanın atası Rəfqan
Hüseynov isə övladının ADU-ya daxil olmasından
şərəf hissi keçirdiyini dilə gətirdi. Əmin
olduğunu bildirdi ki, gənclər öz təhsillərini başa
vuraraq Azərbaycana layiqli vətədaş kimi xidmət edəcəklər.
Sonra yüksək balla universitetə
daxil olmuş gənclərə tələbə biletləri və
qiymət kitabçaları təqdim edildi.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.6.