Azərbaycan Müəllimlər İnstitutunda "Bilik günü"
Sentyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda
"Bilik günü"
və 2012-2013-cü tədris
ilinin başlanması
münasibətilə tədbir
keçirildi. Tədbirdən əvvəl
AMİ-nin professor-müəllim
heyəti, qonaqlar və tələbələr
institutun Heydər Əliyev Mərkəzini ziyarət etdilər və
ulu öndərin büstü önünə
əklil qoydular.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış
edərək yeni dərs ilinin başlanmasının mühüm
ictimai-siyasi hadisə və hər bir ailənin həyatında əlamətdar
mərhələ olduğunu
bildirdi. Rektor təməli ulu
öndərimiz Heydər
Əliyev tərəfindən
qoyulan təhsil, gənclər siyasətinin
Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğuladı.
Professor A.Naxçıvanlı
Azərbaycan Müəllimlər
İnstitutunun professor-müəllim
heyətinin və müasir standartlara cavab verən tədris korpusunun, yataqxana binasının yeni dərs ilində tələbələri
qarşılamağa tam hazır
olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırdı. 2012-ci ildə AMİ və onun filiallarına ümumilikdə 1788 tələbə
qəbul olunmuşdur.
Rektor "Bilik günü" münasibətilə
bütün müəllim
həmkarlarını, tələbələri
təbrik etdi, onlara uğurlar, sürətlə inkişaf
edən dövlətimiz,
millətimiz adına gözəl nailiyyətlər
əldə etməyi arzuladı.
Dövlət himni səsləndirildikdən
sonra institutun təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müdiri,
professor Ramiz Məmmədzadə
çıxış edərək
müəllim və tələbələri təbrik
etdi, onlara şərəfli müəllim
peşəsinə yiyələnməyin
əhəmiyyətindən söz açdı. Bu gün cəmiyyətdə
vətənpərvər, savadlı
gənclərin yetişdirilməsində
müəllimlərin üzərinə
düşən böyük
vəzifələr haqqında
danışdı, tələbələrə
öz tövsiyələrini
çatdırdı.
Daha sonra tədbirdə
çıxış edən
məzunlar, yüksək
balla instituta qəbul olmuş birinci kurs tələbələri
və valideynlər öz sevinclərini bölüşdülər, yüksək
təhsil almaq üçün yaradılan
şəraitə görə
institutun rəhbərliyinə
minnətdarlıqlarını bildirdilər.
Sonda yüksək balla instituta qəbul olmuş bir qrup gəncə
tələbə bileti
təqdim edildi.
Azərbaycan müəllimi.- 2012.- 21 sentyabr.- S.7.