Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub

 

Bu günlərdə Gürcüstanda - soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərindəki Ata-Holdinq İdman Sarayında əslən Bolnisi rayonunun Darbaz kəndindən olan Azərbaycan alimi, dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü təşkilatçılığı ilə baş tutan tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq yubilyarı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edib. GAJB-nin sədri, APA-nın Gurcüstan bürosunun rəhbəri Nizami Məmmədzadə tanınmış dilçi türkoloq alim, 80-dən çox elmi elmi-publisistik kitabın, 600-dən çox elmi elmi-publisistik məqalənin, ümumi dilçilik türkoloji məsələlər, Azərbaycan dili Azərbaycan dilinin tədrisi metodikası, dialektologiya, onomastika, antroponimiyanın əsasları eləcə hərbi humanitar elmlər sahəsində müxtəlif dəyərli araşdırmaların müəllifi, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında AAK-in Ekspert Şurasının üzvü AAHDM-nin "Dillər" kafedrasının müdiri olmuş professor Mədəd Çobanovun həyat yaradıcılığı haqqında ətraflı məruzə edib.

Sonra tanınmış yazıçı-müəllim Əli Abbas, Ukrayna Universitetinin Gürcüstan filialının prorektoru, filologiya elmləri doktoru, professor Mahmud Hacıxəlilov, əməkdar jurnalist İlyas Adıgözəlli, qocaman jurnalist, uzun müddət Gürcüstan Dövlət Radiosunun Azərbaycan şöbəsinin rəhbəri işləmiş Emin Mahmudov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə, "Qarapapaqlar" elmi jurnalının baş redaktoru Akif Xansultanlı, AzTU-nun Mətbuat şöbəsinin müdiri, "Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı, yubilyarın tələbələri Leyla Mustafayeva, Rəna Əhmədova, Vaqif Şahverdiyev başqaları çıxış edərək yubilyar haqqında öz səmimi ürək sözlərini soyləyiblər, alimin əsərlərinin müsbət məziyyətlərindən söhbət açıblar, onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər professor Mədəd Çobanovun son illərdə daha məhsuldar çalışdığını, onun nəşr etdirdiyi dərsliklərdən dərs vəsaitlərindən gənc nəslin səmərəli şəkildə istifadə etdiyini bildiriblər.

Sonra şairlərdən Mayqa Mətin, beynəlxalq poeziya müsabiqələri laureatı Nizami Saraclı, "Abdulla Şaiq" mükafatı laureatı Elmira Mahalqızı başqaları yubilyarı təbrik ediblər alimə həsr etdikləri şeirləri oxuyublar.

Görkəmli Azərbaycan alimi Mədəd Çobanov tədbirin sonunda 75 illik yubileyinə gələn qonaqlara, tədbirin təşkilatçılarına bütün iştirakçılara öz dərin təşəkkürünü bildirib.

Tədbirdə Gürcüstan parlamentinin indiki keçmiş deputatları Azər Süleymanov, Hidayət Hüseynov, Ramiz Bəkirov, Gürcüstanda yaşayan fəaliyyət göstərən universitet müəllimləri, ziyalılar, qəzet redaktorları, jurnalistlər, məktəb direktorları, gənclər, Bakıdan, Dmanisidən, Bolnisidən Marneulinin ətraf kəndlərindən gələn qonaqlar iştirak ediblər.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib. Tədbirin sonunda yubilyara hədiyyələr diplomlar təqdim edilib.

 

 

Azərbaycan müəllimi.- 2012.- 21 sentyabr.- S.9.