Şəxsiyyətin
formalaşmasında fəal
təlim metodlarının rolu
İnsan fərd kimi
dünyaya gəlir, şəxsiyyət kimi formalaşır. Şəxsiyyətin formalaşması uşagın özünü dərk
edib, "mən" kəlməsini
işlətməsindən başlayır. Bu proses ilk ailə tərbiyəsindən
insanın ömrünün sonuna kimi davam edir. Uşaqlar hələ
kiçık yaşlarından ətraf aləmi dərk
etməyə çalışırlar. Gördükləri hər
bir
şeylə maraqlanır, böyüklərə çoxlu suallar verməklə
biliklərini artırırlar. Bagça dövründə saymağı,
sadə hesablamaları, müxtəlif
şeir və oyunları öyrənirlər. Bağça
yoldaşları ilə ünsiyyət qurub kollektivə uyğunlaşırlar. Onlar məktəb həyatına hazırlaşırlar. Məktəb dövründə onların
şəxsiyyət kimi formalaşma
prosesinə müəllimlər nəzarət edirlər. Bu prosesdə
dərsliklərin, dərs vəsaitlərinin, dərs metodlarının rolu əvəzsizdir. Fəal təlim
metodlarının da xüsusi
yeri vardır. Ona görə də
fəal təlim metodları şəxsiyyətyönümlü metod adlanır. Bu metodların üstünlüyü ondadır
ki, dərs
prosesində hər bir şagird şəxsiyyət kimi götürülür,
onların hər birinin fikrinə
hörmətlə
yanaşılır. Bu fikirlər
yanlış olsalar belə, hər
bir şagird təklif vermək,
müzakirələrdə iştirak
etmək, müəllimin fikri ilə razılaşmamaq iqtidarında olur. Müəllim
tərəfindən qoyulmuş motivasiya və tədqiqat sualları şagirdlərə bilikləri sərbəst əldə etməyi,
yəni öyrənməyi öyrədir. Qruplarla iş prosesində isə müəllim
şagirdlərə əməkdaşlıgı, fikirləri
bölüşməyi, təkliflər verməyi,
analiz
etməyi və yekunda bir nəticəyə gəlməyi öyrədir. Bu isə şagirdlərdə
özünə inam formalaşdırır. Bu da şəxsiyyət üçün vacib keyfiyyətlərdəndir.
Beləliklə, məktəb dövründə mərhələlərlə formalaşmış keyfiyyətlər insanın bütün həyatında
böyük rol
oynayır. İnsan hər hansı bir situasiyadan
çıxmaq üçün
yollar
axtararkən müxtəlif
variantlar irəli sürür,
hər bir variant üzrə araşdırma
aparır və ən optimal variantı
seçir. Belə olduqda isə
səhvetmə ehtimalı
azalır. Hadisələri qabaqcadan
proqnozlaşdırmağı öyrənir. Görəcəyi
işin nəticəsini əvvəlcədən
müəyyən edə bilir. İş yerində iş
yoldaşları ilə
yaxşı ünsiyyət qurmağı, ətrafında insanlar
toplamağı, liderlik etməyi bacarır. Müəllim fasilitasiyası ilə əldə
etdikləri idraki, emosional, psixomotor fəaliyyəti gələcəkdə şagirdin cəmiyyətdə seçilən
bir şəxsə çevrilməsinə yardımçı olur.
Daim kreativ
düşüncə tərzinə malik olur. Cəmiyyətdə gedən
proseslərə biganə
qalmır, bu
proseslərin iştirakçısı olur.
Öz şəxsi fikri
və şəxsi mövqeyi olan bir insan
kimi tanınır.
Bu
gün cəmiyyətimizdə belə
şəxslərə daha çox ehtiyac var. Bu məsələ dövlətimiz tərəfindən
də daim diqqət mərkəzində
saxlanılır. Neftdən gələn gəlirləri insan kapitalına çevirmək Prezidentimizin əsas
siyasətlərindən biridir. Bu işdə isə ilkin
vəzifə müəllimlərimizin üzərinə düşür. Çünki
hər bir tanınmış şəxsin
yolunun başlanğıcı məktəbdir.
Son dövrlərdə məktəblərə
göstərilən diqqət və
dövlət qayğısı bunu
deməyə əsas verir. Azərbaycan gəncləri yaxın
zamanlarda öz bilik və bacarıqları ilə dünyada sözlərini deyəcək və
təhsil sahəsində daha da böyük uğurlara imza atacaqlar. Müəllimlərimiz isə onlara yaradılmış müasir
şəraitdən yararlanaraq
qarşılarına qoyulan məqsədlərinə
nail olacaqlar. Çünki hər bir bilikli, savadlı gənc Azərbaycanın
kapitalıdır. Bu kapitalı daim artırmaq da hər bir Azərbaycan vətəndaşının
borcudur.
Akif ŞİRİNOV,
Bakıdakı 49 nömrəli
"İntellekt"
məktəb-liseyin
riyaziyyat müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.9.