"Müəllimlərimə borcluyam!"

 

Uşaq  və yeniyetmələrin istedad və qabiliyyətlərinin aşkara çıxarılması  inkişaf etdirilməsi  bu gün  təhsildə aparılan islahatların prioritet istiqamətlərindən biridir. Təhsil ocaqlarında onların  potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün hər cür şərait yaradılıb. Haqqında söhbət açmaq istədiyim istedadlı  yeniyetmələrdən biri  Atabala Manafzadə Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin IX, Uşaq Musiqi Məktəbinin VII sinif şagirdidir. Azərbaycan  Respublikasının Prezidenti  İlham Əliyev cənablarının  29 mart 2012-ci il tarixdə  imzaladığı "Gənc istedadların  xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə Atabala Manafzadənin adı  Azərbaycanın  gənc istedadlarının "Qızıl kitabı"na  yazılmaqla o, xüsusi aylıq təqaüdə layiq görülüb.

 

Bu yüksək mükafatdan ruhlanan Atabala dərslərini əla oxumaqla bərabər,  musiqi təhsilini də uğurla davam etdirir.

Atabala Manafzadə 1998-ci ildə Bakıda anadan olub. 2005-ci ildə  Xırdalan şəhər  Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin I sinfinə daxil olub.  O, məktəbin  Qara Qarayev adına  Dövlət Kamera  Orkestrinin müşayiəti ilə keçirilən konsertlərdə çıxış edib. 2009-cu ildə "Gənc pianoçuların II  respublika müsabiqəsi"ndə  I dərəcəli, 2010-cu ildə  Polşanın Azərbaycandakı səfirliyi  Azərbaycan Respublikası Mədəniyyət Turizm  Nazirliyi tərəfindən  təşkil olunan  "Uşaq Gənclər üçün  F.Şopen müsabiqəsi"ndə II dərəcəli diplomlara layiq görülüb. 2011-ci ildə Vladimir  Spivakov  xeyriyyə fondunun  keçirdiyi  "Moskva dostları qarşılayır" adlı VIII beynəlxalq festivala   dəvət alıb ölkəmizi yüksək səviyyədə  təmsil edib.  Həmin il  Üzeyir Hacıbəyli adına  BMA-nın Macarıstanın Azərbaycandakı  səfirliyinin birgə təşkil etdiyi  F. Listin 200 illiyinə həsr olunmuş  gənc pianoçuların festivalında uğurlu çıxışına,  Şirvan şəhərində  Azərbaycan Respublikası Mədəniyyət  Turizm Nazirliyi tərəfindən  keçirilən  "İstedadlı uşaqlar" respublika müsabiqəsində  fəal iştirakına görə diplomlarla  mükafatlandırılıb. Belqrad şəhərində  IX " Davorin Jenko" beynəlxalq müsabiqəsində  ilk dəfə olaraq  iki yaş kateqoriyasında  yarışaraq  I dərəcəli mükafat Fəxri laureat adı qazanıb. Türkiyənin İstanbul   şəhərində keçirilən  VII "Pera Piano" beynəlxalq müsabiqəsində Atabala I dərəcəli diplom həm A.Skryabinin əsərinin ən yaxşı ifaçısı nominasiyasının qalibi adına  layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Bakı şəhər Musiqi Məktəbləri Direktorlar Şurasının təşkil etdiyi  konsertlərin fəal iştirakçısı olan Atabala Manafzadə deyir ki, beynəlxalq müsabiqələrdə iştirak etmək onun çoxdankı arzusu olub.  Mədəniyyət Turizm Nazirliyinin bu müsabiqəyə  onu  göndərmək istədiyini biləndə sevincinin hədd-hüdudu olmayıb.  Amma bu səfərin məsuliyyətini dərindən dərk edib.Ona görə   öz üzərində çox çalışıb. Serbiyada keçirilən müsabiqədə Y.Haydnın, V.A.Motsartın, F.Listin, R.Şumanın, Qara Qarayevin, Türkiyədə isə  K.Çerni, İ.S.Bax, A.Skryabin, Ü.C.Erkinin əsərlərini ifa edib.

- Mən qazandığım bütün uğurlara görə  üzərimdə əməkləri olan  müəllimlərimə, məni müsabiqələrə hazırlayan Kamilla Əmirovaya  təşəkkür edirəm. Ən başlıcası ölkə rəhbərinə   onun xanımına istedadlı gənc yeniyetmələrə göstərdikləri diqqət qayğıya görə minnətdarlığımı bildirirəm.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 21 sentyabr.- S.11.