Ölümüylə zirvəni
fəth edən igid
İnsan yalnız öz
kimliyini, hansı xalqa,
hansı torpağa məxsus olduğunu,
öz gücünü,
qüdrətini dərk etdiyi halda qəhrəmanlıq,
igidlik nümayiş
etdirə bilər. Belə olan
halda onu seçdiyi yoldan heç kim döndərə bilməz, əgər bu inad onu ölümə doğru aparsa belə. O ki qaldı olümə, ölüm
özü də
bəzən son görüş,
son vida olmur, fiziki ölüm mənəvi ölməzliyə, əbədi
yaşantıya körpü
seçilir. Məhz buna
görə də "vətəni basılmayan igidin xatirəsi
unudulmaz", - deyirlər.
Göyçə
mahalının Basarkeçər
rayonunun Nərimanlı kəndində 5 aprel 1969-cu ildə dünyaya göz açan Şövqiyar Abdullayev də belə qəhrəmanlardandır.
1986-cı ildə doğma kəndi Nərimanlıda
orta məktəbi bitirən bu gənc qəbul
olunduğu Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) yalnız
birinci kursunu qurtara bilib və hərbi
xidmətə çağırılıb. 1989-cu ildə hərbi
xidməti Monqolustanda,
tank qoşunları tərkibində başa vuran Şövqiyar təhsilini yenə də sona
qədər davam etdirə bilməyib. Belə ki,
1992-ci ildə bu vətənpərvər
gənc könüllü olaraq Milli Orduya
yazılıb. O, döyüş
bacarığına və tank mütəxəssisi
olduğuna görə Ağdamdakı tank
briqadasına komandir təyin olunub. Şövqiyarın qəhrəmanlığa
aparan, sonda onu əbədiyyətə qovuşduran döyüş
yolu beləcə
başlayıb... Haqqında qısaca məlumat verdiyimiz
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev haqqında
oxuculara təqdim etdiyimiz
"Şövqiyar" adlı bu kitab rəşadətli
döyüş yolu
keçən igid Vətən oğlunun
göstərdiyi
şücaətlərdən, Papravənd, Pircamal, Aranzəmin, Dranbon
və digər kəndlərin düşmən
tapdağından azad olunması uğrunda gedən
ağır döyüşlərdə düşmənə endirdiyi sarsıdıcı zərbələrdən
bəhs edir. "Zəfər
qalası" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist
Natella Asenanın ürək
ağrısı, eyni zamanda
qürur hissi ilə qələmə
aldığı bu kitab hər bir oxucunu Şövqiyar
itkisi ilə
kövrəltdiyi qədər Şövqiyar
ölməzliyi qədər də
qürrələndirir. Bir daha əmin olursan ki, Şövqiyar kimi, Mübariz kimi, yüzlərlə, minlərlə igid, mərd, cəsur oğulları ilə
öyünən Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağ heç vaxt düşmən
tapdağında qalmayacaq.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 21 sentyabr.- S.11.