Təhsil
Nazirliyində görüş
Sentyabrın 20-də Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) baş katibinin müavini Abdul
Moiz Buxari ilə görüşüb
Azərbaycanın İslam Əməkdaşlıq
Təşkilatı ilə qarşılıqlı əlaqələrində
təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb
etdiyini söyləyən nazir, həmçinin İSESKO ilə
səmərəli əməkdaşlığın təşəkkül
tapdığını nəzərə çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatının
baş katibi Ekmələddin İhsanoğlu ilə
görüşlərini xatırlayan təhsil naziri islam
ölkələrinin münasibətlərinin daha da möhkəmlənməsində
İƏT-in müstəsna rol oynadığını
bildirib.
İslam ölkələrinin mövcud əməkdaşlığının
real potensiala cavab vermədiyini qeyd edən Misir Mərdanov birgə
beynəlxalq konfrans və simpoziumların təşkilinin
mümkünlüyü məsələsinə toxunub. Nazir
bildirib ki, ali təhsil müəssisələri, elm
adamları arasında əməkdaşlığın
genişləndirilməsi sayəsində İƏT-ə
üzv ölkələrdə elmi-texniki tərəqqini,
universitetlərin nüfuzunun yüksəlməsini,
elmi-intellektual potensialın inkişafını təmin etmək
olar. Bu baxımdan İƏT-ə üzv ölkələrin
ali məktəblərinin reytinq sıralamasının
aparılması işinin təşkili məsələsinə
toxunan təhsil naziri yalnız sağlam rəqabət
mühitində dünya səviyyəli ali məktəblər
yaratmağın mümkün olduğunu vurğulayıb.
Səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova təşəkkürünü bildirən
İslam Əməkdaşlıq Təşkilatı baş
katibinin müavini Abdul Moiz Buxari İƏT-ə üzv ölkələr
arasındakı əlaqələrdə elm və təhsil sahəsində
əməkdaşlığın əhəmiyyətinə
toxunub. İƏT-in fəaliyyət istiqamətləri və nəzərdə
tutulmuş strateji proqramları barədə məlumat verən
qonaq islam ölkələrində elm, təhsil sahəsinə
ayrılan vəsaitlərin həcmini əks etdirən göstəriciləri
nəzərə çatdırıb.
İƏT-ə üzv olan zəif
inkişaf etmiş ölkələrdən tələbələrin
təqaüdlər hesabına daha inkişaf etmiş islam
ölkələrində təhsil alması üçün
atılan addımlardan söhbət açan Abdul Moiz Buxari bu
baxımdan da Azərbaycanla əməkdaşlıqda
maraqlı olduqlarını vurğulayıb. Qonaq İƏT-in
nəzərdə tutduğu layihələrin uğurla nəticələnməsində
Azərbaycanın özünəməxsus rolunu xüsusi qeyd
edib və gələcək əlaqələrin
inkişafına əmin olduğunu bildirib.
Ölkəmizin İƏT çərçivəsində
əməkdaşlıqda hər zaman fəal olduğunu önə
çəkən Misir Mərdanov perspektiv layihələrin Azərbaycanda
rəğbətlə qarşılanacağına
inamını ifadə edib. Həmçinin nazir Azərbaycanın
elm və təhsil sahəsində əlaqələrin
inkişafına xüsusi önəm verdiyini nəzərə
çatdıraraq digər ölkələrlə
qarşılıqlı təcrübə mübadiləsinə
maraq göstərdiyini vurğulayıb.
Daha sonra görüşdə
qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.4.