Diaqnostik
qiymətləndirmənin əsas mahiyyəti və ədəbiyyat dərslərində ondan istifadə
Azərbaycan
Respublikası müstəqilliyə qovuşduqdan sonra keçən
müddət ərzində ölkəmizdə istər milli
dövlətçilik, istərsə də sosial-iqtisadi və
mədəni quruculuq sahəsində əsaslı islahatlara
başlanılmışdır. Təhsilimizin milli və
ümumbəşəri dəyərlər, demokratik, dünyəvi
prinsiplər əsasında xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına, milli ənənələrinə
uyğun şəkildə formalaşdırılması
prioritetə çevrilmişdir.
Bu baxımdan müstəqil və
ardıcıl inkişaf prinsipləri olan ölkələrdən
biri kimi Azərbaycanda da bu istiqamətdə işlər
aparılır. Cəmiyyətin tələb və
ehtiyaclarına uyğun nəticələrdən ibarət
şəxsiyyətyönümlü təhsil sisteminin
yaradılmasına səy göstərilir. Aparılan kurikulum
islahatlarında təlim nəticələrindən ibarət
yeni məzmunlu, yeni təlim strategiyaları və şagird
naliyyətlərinin qiymətləndirmə sistemi
hazırlanır.
Dünya səviyyəsində qiymətləndirmənin
üç növündən istifadə olunur:
Beynəlxalq; Milli; Məktəbdaxili.
Diaqnostik qiymətləndirmə məktəbdaxili
qiymətləndirmənin üç növündən birinə
aiddir. Bu qiymətləndirmə fənn üzrə təlimin
hər hansı bir mərhələsində şagirdlərin
ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir.
Şəraitə görə təlim məqsədləri və
strategiyalarında çevik dəyişikliklər
aparılmasına imkan yaradır. Bu qiymətləndirmə sayəsində
şagirdlərin maraq dairəsi, dünyagörüşü,
yaşadığı mühit haqqında məlumat almaq
mümkün olur.
İlin əvvəlində, ortasında,
axırında imlalar, inşalar, şifahi cavablar və
yazılı tapşırıqlar, oyunlar, müəllim və
valideynlərlə əməkdaşlıq, söhbət,
davranışın müşahidəsi, müsahibə,
sorğu, rəsm və yazı işlərinin təhlili,
özünüqiymətləndirmənin təhlili, müəllim
və valideynlərdən əldə olunan məlumatların təhlili
sayəsində şagirdin ilkin biliklərinə diaqnoz qoymaq
mümkündür.
Diaqnostik qiymətləndirmə
zamanı aşağıda sadalanan üsul və vasitələrdən
istifadə olunur:
1.Üsullar, vasitələr,
müşahidə - müəllim şagirdlərin fəaliyyətini
müşahidə edərək qiymətləndirir;
2.Müşahidə sxemi - şagirdin təlim
fəaliyyətindən gözlənilən nəticəni əks
etdirən meyarların yazıldığı cədvəl;
3. Müsahibə - şagirdlərin fəaliyyətini
izləmək məqsədilə aparılan şifahi yoxlama;
4. Qeydiyyat vərəqi - şagirdlə
aparılan danışıq zamanı müəllimin diqqət
yetirmək istədiyi məsələlərin
yazıldığı vərəq;
5.Tapşırıqvermə, valideynlərlə
və digər fənn müəllimləri ilə əməkdaşlıq,
söhbət, sorğu vərəqi (şagirdin evdə və
ya məktəbdəki fəaliyyəti ilə bağlı
suallar yazılmış vərəq).
Diaqnostik qiymətləndirmə təlim
prosesindən əvvəl və yeri gəldikcə bəhs və
bölmələrin əvvəlində şagirdin
güclü, zəif cəhətlərini öyrənmək,
onun bilik və bacarıqlarının ilkin səviyyəsini
müəyyən etmək, təlimi planlaşdırmaq məqsədilə
aparılır.
Diaqnostik qiymətləndirmə
üsulları arasında ən əlverişli və müəllimlər
tərəfindən çox istifadə olunan qiymətləndirmə
üsulu müşahidə, qiymətləndirmə vasitəsi
isə müşahidə sxemləridir.
Müəllim şagirdlərin hər
hansı bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək
üçün müəyyən etdiyi meyarlar əsasında
onları müşahidə edir və qeydlərini müşahidə
vərəqinə yazır. Bu qeydlər müəllimə hər
bir şagirdlə onun səviyyəsinə uyğun işləməyə,
zəruri tapşırıqlar verməyə kömək edir.
Yəni, müəllim şagirdin ehtiyaclarını müəyyənləşdirir
və buna uyğun olaraq şagirdlə fərdi yanaşma
prinsipi əsasında işləyir.
Diaqnostik qiymətləndirmənin
müşahidə sxemi şagirdin əsas inkişaf sahələri
üzrə ilkin səviyyəsini müəyyən etmək
üçün istifadə olunur.
1.İdraki (koqnitiv) inkişaf (bilmə,
anlama, tətbiq, təhlil, sintez və dəyərləndirmə
bacarıqları);
2.Şəxsi inkişaf (özü və
başqaları barədə danışmaq, özünə
inamı nümayiş etdirmək, müxtəlif situasiyalarda
öz davranışını idarə etmək
bacarıqları);
3.Sosial-emosional inkişaf (qrupda pozitiv
münasibət qurmaq, ünsiyyətə girmək,
yaxşı-pis hərəkətləri seçmək,
davranışının səbəblərini izah etmək və
məsuliyyətini anlamaq);
4.Hərəki (psixomotor) inkişaf
(tapşırıqları başa düşmək, yerinə
yetirmək, təqlid etmək, tətbiq etmək,
uyğunlaşmaq).
Diaqnostik qiymətləndirmə formativ və summativ qiymətləndirmələr
üçün zəmin rolunu
oynayır. Düzgün diaqnoz
nəticəsində sonrakı fəalliyyətin aspektləri konkret olaraq müəyyənləşir.
Biz hər hansı bir
əsərin tədrisindən öncə Beyin
həmləsi və ya BİBÖ üsulu əsasında şagirdlərin ilkin biliklərinə diaqnoz
qoya bilərik. Yalnız bu yəqinləşmədən sonra fəaliyyətimizin istiqamətini düzgün müəyyənləşdirərək
dərsimizə davam edə bilərik.
Şagirdlərin nəyi bildikləri müəyyənləşdiriləndən
sonra onları artıq təkrar məlumatlarla
yormadan birbaşa onlar üçün yeni olan məlumata keçid alırıq.
Məlihə ƏSƏDOVA,
Bakıdakı R.Nəsirov
adına
111 nömrəli tam orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.10.