İnteqrativlik
ədəbiyyat fənn kurikulumunun əsas
prinsipidir
Bu
gün
ölkəmizdə istər milli
dövlətçilik, istərsə də sosial-iqtisadi
və mədəni quruculuq sahəsində
əsaslı islahatlar gedir.
Təhsilimizin milli və
ümumbəşəri dəyərlər, demokratik,
dünyəvi prinsiplər əsasında xalqımızın,
millətimizin tarixinə, mənəviyyatına, milli ənənələrinə uyğun şəkildə
formalaşdırılması əsas məqsədə çevrilmişdir.
Ölkəmizdə sivil, dünyəvi
dövlət quruculuğunun əsas şərti
milli təhsilimizin necə
qurulacağı, təhsil sistemimizin necə
idarə olunacağından asılıdır. Bu baxımdan hazırda
ölkəmizin dövlət təhsil sistemində
aparıcı istiqamətlərin, strateji
məqsədlərin, gözlənilən nəticələrin
düzgün müəyyənləşdirilməsi,
aparılan təhsil islahatının konseptual
istiqamətlərinin dəqiqləşdirilməsi vacibdir. Çünki
aydın milli təhsil, tərbiyə
konsepsiyası olmadan təhsilimizin beynəlxalq
standartlara uyğunlaşması, dünya təhsil sisteminə inteqrasiyası mümkün deyildir.
Bu baxımdan müstəqil
və ardıcıl inkişaf prinsipləri
olan ölkələrdən biri kimi Azərbaycanda da bu istiqamətdə
işlər aparılır. Cəmiyyətin tələb və
ehtiyaclarına uyğun nəticələrdən
ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılmasına səy göstərilir.
Aparılan kurikulum islahatlarında təlim
nəticələrindən ibarət yeni məzmunlu,
yeni təlim strategiyaları və şagird nailiyyətlərinin qiymətləndirmə
sistemi hazırlanır.
Müasir tələblərə cavab verən kurikulumlar bir çox cəhətlərinə
görə ənənəvi təhsil proqramlarından fərqlənir.
Məsələn, ənənəvi təhsil proqramı: Bilikyönümlüdür, müəllimyönümlüdür, fənyönümlüdür,
təklifyönümlüdür, fəndaxili və fənlərarası
əlaqə məqsədyönlü və sistemli
xarakter daşımır, bəzi fənlər
üzrə qiymət normaları müəyyən edilib.
Müasir kurikulum:
Şəxsiyyətyönümlüdür, şagirdyönümlüdür,
nəticəyönümlüdür, tələbyönümlüdür,
inteqrativlik əsas prinsip
kimi qəbul olunub,
qiymətləndirmə standartları və mexanizmləri
müəyyən edilib
Müqayisəli
cədvəli müşahidə edərkən bir
məqam diqqəti cəlb edir. Təhsilin
digər komponentləri arasındakı fərq kəskin surətdə
dəyişsə də, fəndaxili və fənlərarası
əlaqənin müasir kurikulumdakı
ifadəsi və yeri dəyişmir. Sadəcə
olaraq ənənəvi təhsildə fəndaxili
və fənlərarası əlaqənin məqsədyönlü
və sistemli xarakter
daşımaması müasir kurikulumlarda isə inteqrativliyin
əsas prinsip kimi qəbul
olunması qeyd olunur.
Pedaqoji mətbuat və metodiki vəsaitlər inteqrativliyi
təhsilin məzmun komponentlərinin bir-biri
ilə və həyatla sistemli şəkildə
əlaqələndirilməsi kimi
açıqlayır. Bu anlayışa
verilən tərif həqiqətən də əhatəlidir.
İnteqrativ təlim mühüm pedaqoji problem kimi müasir
dünyagörüşlü, fəal,
yaradıcı, problemlərin həlli və müstəqil qərarlar
qəbul etmək üçün zəruri
təhsil səviyyəsinə və bacarıqlara malik şəxsiyyət
formalaşdırılması vəzifəsinin ön
plana çıxdığı
hazırkı dövrdə
xüsusi aktuallıq kəsb edir. Bu problemin
tədqiqi və həlli təkcə fənlərin tədrisinin
elmi, nəzəri əsaslarının
inkişafı üçün deyil, müəllimlərin praktik
fəaliyyəti üçün də böyük əhəmiyyət kəsb edir.
"Ümumi təhsil pilləsində dövlət
standartları və proqramları (Milli Kurikulumu)" sənədi və onun əsasında hazırlanmış fənn
kurikulumları fənlərin əlaqələrinin geniş tətbiqini
nəzərdə tutur.
Əvvəllər
şagirdlərdən əzbərləmək tələb olunurdu. Nəticədə isə şagirdlər
həyatda onlara lazım olmayan
məlumatları öyrənməli olurdular.
Bu səbəbdən də onlar çox vaxt cəmiyyətdə və məişətdə
baş verən proseslərdən baş çıxara bilmirdilər. İnteqrativ kurikulum isə
fənn sahələrinin kombinasiyasını özündə
əks etdirməklə şagirdi obyektə
deyil, subyektə çevirir.
Burada təhsilin məqsədinə
faktları öyrənmək və bilmək deyil,
həm də əldə olunmuş bilik və bacarıqlardan müxtəlif situasiyalarda istifadə etmək,
araşdırmaları təkmilləşdirmək daxildir. Belə kurikulum
şagirdlərə öyrənmə zamanı müxtəlif
fənlər arasında bilik və konsepsiya səviyyəsində dəyərli əlaqələr
yaratmaqda köməklik göstərir.
Bu yanaşmaya
görə şagird məktəbdə tədris olunan
fənlər vasitəsi ilə müxtəlif sahələr
üzrə seçilmiş məzmunu
öyrənməli və tətbiq etməyi
bacarmalıdır. İnteqrativ kurikulumlar aşağıdakı səciyyəvi
xüsusiyyətlərə malikdir:
- təlimin fəal cəlbedici və
əyləncəli olması;
- çoxlu hissələrə
bölünməməsi;
- məzmunun sadə, əhatəli və
anlaşıqlı olması;
- fənlərinin sayının çox olmaması (iki, üç və dörd
fənn);
- eyni
konsepsiyanın iki müxtəlif fəndə
öyrənilməsi;
- təlimin müxtəlif mərhələlərinin
əlaqələndirilməsi.
Nəzərə
almaq lazımdır ki,
tədris olunan fənlər məzmun
etibarilə yüksək dərəcədə inteqrativdir. Çünki
hər növbəti mövzu müəyyən
dərəcədə əvvəlki ilə
bağlıdır. Tədris olunan mövzular öz mahiyyyəti,
təbiəti etibarilə inteqrativ səciyyə
daşıyır. Lakin bu
inteqrativlik yalnız fənnin məzmun
komponentləri arasında gözlənilməməlidir. Fənlər
həm də həyatla inteqrasiya olunmuş şəkildə tədris
olunmalıdır. Şagird elmi bilikləri sistemli, əlaqəli
şəkildə mənimsəməli, onun
şüurunda həyatın tam, dolğun mənzərəsi
yaradılmalıdır.
Ədəbiyyat
fənni öz-özlüyündə sinkretik
fənn olduğundan bu
fənnin geniş inteqrasiya
imkanlarının mövcudluğu təəccüb
doğurmur. Bu fənn
kurikulumunda inteqrativlik
fəndaxili əlaqələr (üfiqi inteqrasiya), fənlərarası əlaqələr
(şaquli inteqrasiya)
şəklində həyata keçirilir.
Bu inteqrativlik məzmun
xətləri üzrə əsas və alt-standartlar
arasında (bilik və bacarıqlar
sistemində) reallaşdırılır. Ayrı-ayrı fənn
kurikulumlarının məzmun xətləri üzrə əsas
və alt-standartlarının müqayisəsindən aydın olur ki, ədəbiyyat ana dili, informatika,
tarix, xarici dil, və s. fənlərlə
fənlərarası əlaqəyə girə bilir.
Bu isə dərsdə səmərəni
artırır, şagirdin maraq
və tələbatlarını ödəyir.
Peşəkar
müəllim bir dərsdə bənzər
komponentlərə malik olan
bir neçə
fənnin standartlarını, mövzularını əlaqələndirə
bilər. Bu, müəllimə vaxta qənaət etməyə, az vaxt ərzində çox material mənimsətməyə
imkan yaradır.
Kifayət ƏLİYEVA,
S.C.Pişəvəri
adına Humanitar
Fənlər
Gimnaziyasının dil-ədəbiyyat
müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.10.