Təhsil
proqramlarının (kurikulumların) tətbiqinə dair təlimatların
hazırlanması müzakirə edilib
Sentyabrın 20-də Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzində təhsil
proqramlarının (kurikulumların) tətbiqi ilə
bağlı müvafiq sənədlərin hazırlanması
barədə məsələ müzakirə edilmişdir.
Təlimatlar hansı xarakterdə olmalıdır? Nələri əhatə
etməlidir? Onların üslubu
necə olmalıdır? və s. bu kimi məsələlər
tədbir iştirakçıları tərəfindən ətraflı
müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən
beynəlxalq məsləhətçi Alex (Andru) Crisian
dünyanın müxtəlif ölkələrində
kurikulumların tətbiqi ilə bağlı
yazılmış təlimatlara istinad edərək fikirlərini
nümunələrlə əsaslandırmışdır. Qeyd
etmişdir ki, kurikulumların səmərəli həyata
keçirilməsi üçün təlimatların yazılması
vacibdir. Təlimatlar öz yığcamlığı və
bütün müəllimlər tərəfindən aydın
başa düşülməsi ilə seçilməlidir. Təlimatlar
özündə təhsil proqramlarının
(kurikulumların) əhatə
etdiyi məsələlərin şərhinə yönəldilməlidir.
Onların necə tətbiq olunması, necə idarə
olunması, qiymətləndirilməsi və s. məsələlər
əhatə edilməlidir. Beynəlxalq məsləhətçi
bunlarla yanaşı, təlimatların xarakteri, hansı hissələrdən
ibarət olması, kim tərəfindən koordinə
olunması, yazılması və eləcə də nə vaxt
yazılması məsələlərini də diqqət mərkəzində
saxlamışdır.
Müzakirə zamanı bildirilmişdir
ki, müxtəlif ölkələrin təlimatları nəzərdən
keçirilməli və Azərbaycan Respublikasının təhsil
sisteminə uyğun olanlar seçilib götürülməlidir.
Təlimatların mümkün variantları hazırlanmalı
və onun hansı formada yazılıb, tərtib olunması qərara
alınmalıdır. Alex (Andru) Crisian onu da qeyd etmişdir ki,
noyabr ayında artıq bu məsələ öz həllini
tapmalıdır.
Kurikulum Mərkəzinin direktoru Ənvər
Abbasov tədbirdə çıxış edərək
bildirmişdir ki, Azərbaycan təhsil sistemində təlimatların
hazırlanması sahəsində kifayət qədər təcrübə
vardır. Lakin məktəb kurikulumu üçün tamamilə
yeni formada təlimatların yazılması vacibdir. Bu təlimatlar
ümumi təhsil pilləsinin ayrı-ayrı səviyyələrinə
və ya təhsilin bütün səviyyə və pillələrinə
aid ola bilər. Bunlar təbii ki, irəli sürülən təkliflərdir
və müzakirələr zamanı vahid qərara gəlinməlidir
ki, təlimatlar necə yazılsın. Bununla yanaşı, həmçinin
təlimatların hansı növdə olması da müzakirə
olundu. Onların hazırlanması zamanı ümumi pedaqoji və fənlər üzrə xüsusiyyətlərin
nəzərə alınması xüsusi olaraq qeyd
edildi.
Şəfa KAZIMOVA,
Təhsil Problemləri
İnstitutunun elmi işçisi
Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.10.