Tədris
plan və proqramlarının hazırlanması barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
31.10.2011-ci il tarixli
178 ¹-li Qərarı ilə təsdiq edilmiş "İlk
peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nda
göstərilən peşələrin məzmununun müasir dövrə uyğun
dəyişdiyini və bununla əlaqədar
yeni tədris plan və
proqramlarının yenidən
hazırlanmasına ehtiyac
yarandığını nəzərə alaraq
ƏMR EDİRƏM:
1. "İlk
peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı"nda
göstərilən peşələrin yeni
tədris plan və proqramları ilk peşə-ixtisas təhsili müəssisəsində
hazırlansın, müəssisənin pedaqoji
şurasında müzakirə edilsin, Təhsil
Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi və Texniki peşə
təhsili şöbəsi ilə
razılaşdırıldıqdan sonra direktor tərəfindən təsdiq olunsun.
2. Texniki peşə təhsili
şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri
İnstitutu (A.Mehrabov)
yeni tədris plan və
proqramlarının hazırlanmasında və tətbiq
olunmasında ilk peşə-ixtisas təhsili
müəssisələrinə metodiki
kömək göstərsinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Sənətkar"
jurnalında dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 sentyabr 2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 28 sentyabr.- S.4.