"Ən çox sevdiyim idman növü" mövzusunda Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2012-ci ilin iyun ayında Londonda  keçiriləcək  XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən çox sevdiyim idman növü" mövzusunda Respublika rəsm müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,  rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə təşkilini təmin etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.

5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.   

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi"   qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.

7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnaməni çoxaldıb yerlərə göndərsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

23 dekabr 2011-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 6 yanvar.- S.2.