Xəttatlığa həsr
olunmuş seminar
Qafqaz Universiteti
Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət
göstərən sənət kurslarında "Türk sənətləri
haqqında bilgilər" mövzusunda
silsilə seminarlara start
verilib. Bu günlərdə keçirilən ilk
seminarın mövzusu
"Ebru və hüsnxət"
adlanırdı. Universitetin dövlət və
bələdiyyə idarəetməsi bölməsinin "Xüsusi istedadlar" qrupu ebru və hüsnxət
sənəti haqqında iştirakçılara geniş məlumat verdilər.
Ebru kursunun müəllimi Təranə Məmmədova
bu sənətin
tarixi, inkişaf
mərhələsi, ebru növləri və onun tətbiq
olunduğu
yerlərlə bağlı geniş
açıqlama verdi. Qədim ebru sənəti ustalarından Hatib
Mehmet Əfəndi, Şebek
Mehmet Əfəndi, Hikmət Barutçugil, Fuat Başar haqqında danışdı.Tələbələr
ebru sənəti ilə praktik
məşğul olaraq eyni zamanda iki ibrətamiz hekayə dinlədilər.
Hüsnxət sənətinin təməli, tarixi, inkişaf mərhələləri,
hüsnxət üslubları: kufi
yazı, sülüs yazı, nəsih
yazı, muhakkak yazı, rika
yazı, tevki yazı, talik
yazı çeşidləri
haqqında dosent
Arzu Məmmədova geniş
məlumat verdi.
Hüsnxət
üçün istifadə edilən materiallar: kağız, qələm və
mürəkkəbin necə hazırlanması qaydaları izah edildi. Hüsnxət sənətinin Osmanlı dövləti
zamanında daha
da inkişaf etməsi
və məşhur xəttatlar haqqında məlumatlar tələbələrin
böyük marağına səbəb oldu.
Günümüzün istedadlı
xəttatlarından Ali Alparslan, Həsən
Çələbi, Hüseyin Kutlu, Fuat Başar
və bu ustadların yetişdirdiyi
xəttatların bu bənzərsiz sənəti
yeni zirvələrə qaldıran əsərləri
videoslaydlarla göstərildi.
Hüsnxət
sənətinin istifadə edildiyi yerlər,
memarlıq abidələri, daxili tərtibatda
istifadəsi haqqında videokadrların nümayişi
ilə müşayiət olunan məlumat verildi.
Xarici ölkələrdə təşkil
olunan xətt sənəti
yarışmalarında müxtəlif yazı çeşidlərində mükafata layiq görülmüş
xətt yazıları göstərildi, bu
sənətlə məşğul olan xəttatların nə qədər səbrli, təmkinli
və diqqətli olmaları, öz
işinə
hörmətlə yanaşmaları önə çəkildi.
Seminar
tələbələrə sənətlə gözəlləşən
sevgi dolu bir həyat yaşamaları arzusuyla başa
çatdı.
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 13 yanvar.- S.8.