Fənn
olimpiadalarının II rayon (şəhər)
mərhələsi keçirilib
Təhsil
Nazirliyinin müvafiq təlimati
məktubuna uyğun olaraq
yanvarın 8-də respublikanın bütün
şəhər və rayonlarında fənn
olimpiadalarının rayon (şəhər) turunun
ikinci mərhələsi keçirilib. Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən aldığımız məlumata
görə, olimpiadaların II şəhər mərhələsində
paytaxtın təhsil ocaqlarında oxuyan
1044 şagird iştirak
edib. Onlar 7 fənn üzrə biliklərini sınayıblar. Əvvəlki
mərhələnin 8500-ə yaxın
iştirakçısı arasından seçilən
şagirdlər Azərbaycan tarixi, Azərbaycan
dili və ədəbiyyat fənləri
üzrə 42 nömrəli, kimya və biologiya fənləri üzrə 258 nömrəli,
fizika, riyaziyyat və
informatika fənləri üzrə isə
158 nömrəli tam orta
məktəblərində yaradılan mərkəzlərdə
olimpiadaya cəlb ediliblər.
IX-XI sinif şagirdləri 3 saat ərzində
Təhsil Nazirliyinin təqdim etdiyi sualları
cavablandırıblar. Cavablar fənn müəllimlərindən
təşkil edilən komissiya tərəfindən gün ərzində
yoxlanılaraq Bakı Şəhəri üzrə Təhsil
İdarəsinə təqdim edilib. Nəticələr
ümumiləşdirildikdən və qaliblərin
siyahısı bəlli olduqdan sonra yanvarın 25-dək Təhsil
Nazirliyinə müvafiq məlumat göndəriləcək.
Fənn olimpiadalarının şəhər
mərhələsində I yeri tutanlar bu ilin martında
keçiriləcək respublika mərhələsində
iştirak hüququ qazanacaqlar.
Məlumat üçün bildirək
ki, olimpiadanın respublika mərhələsində birinci yerə layiq görülən XI sinif
şagirdləri mərkəzləşdirilmiş
buraxılış imtahanlarından azad olunurlar.
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 13 yanvar.- S.1.