Tanınmış vokalistdən
ustad dərsi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti,
əməkdar artist Samir
Cəfərov Naxçıvan Dövlət Universitetində
incəsənət fakültəsinin tələbələri üçün növbəti ustad
dərsi keçmişdir.
Dərsdən
öncə universitetin rektoru,
akademik İsa Həbibbəyli
tanınmış sənətkarı salamlayaraq
Azərbaycan vokal sənətinin, milli operanın müasir inkişaf səviyyəsindən
danışmışdır. 2002-ci ildə Prezident
Heydər Əliyevin xeyir-duası ilə Moskva
şəhərində Qalina Vişnevskaya adına Opera
Mərkəzində təhsil alan, eyni zamanda İtaliya musiqi məktəbindən
də bəhrələnən, bir çox beynəlxalq müsabiqələrdə
Azərbaycanı layiqincə təmsil edən Samir
Cəfərovun yaradıcılığını yüksək
qiymətləndirən rektor onun bugünkü Azərbaycan
vokal sənətində zirvədə
dayandığını vurğulamışdır. Qeyd olunmuşdur ki, Samir Cəfərov Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrında C.Verdinin
"Traviata" operasında Alfred rolunu, "Riqoletto" operasında Duka
rolunu, Ü.Hacıbəylinin "Koroğlu" operasında Koroğlu
rolunu müvəffəqiyyətlə
yaratmış, vokal sənətini uğurla tədris etməkdədir.
İncəsənət
fakültəsinin dekanı, Naxçıvan Muxtar
Respublikasının əməkdar artisti Mübariz Əsgərov
çıxışında Samir Cəfərovun
onun sənət taleyindəki rolundan, belə ustad dərslərinin
keçirilməsinin əhəmiyyətindən
danışmışdır.
Samir Cəfərov
çıxış edərək istedadların üzə
çıxarılmasında, onlara peşəkarlığın
sirlərinin öyrədilməsində, xalqa
tanıdılmasında var qüvvəsini
əsirgəməyəcəyini bildirmişdir.
Sonra tələbələrin
ifasında rəngarəng mahnılar səslənmiş,
tanınmış vokalist onlara
ifaçılıqla bağlı əhəmiyyətli
tövsiyələr vermişdir. Gələcək ifaçılar səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, boğazların və
xırdalıqların yerli-yerində edilməsi, səhnə
mədəniyyəti ilə bağlı zəruri tövsiyələr
almışlar.
Məşhur
müğənninin ifa etdiyi
Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun
ariyası, Tofiq Quliyevin
sevilən bəstələrindən olan
"Qızıl üzük"
mahnısı böyük sevgi
ilə qarşılanmışdır.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2012.- 13 yanvar.- S.4.