20 Yanvar
faciəsinə həsr olunmuş rəsm sərgisi
açılıb
Yanvarın
19-da T.İsmayılov adına Uşaq - Gənclər
Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm
qalereyasında 20 Yanvar faciəsinin
22-ci ildönümünə
həsr olunmuş rəsm sərgisinin
açılış mərasimi keçirildi.
Təhsil Nazirliyi və Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı
ilə açılmış sərgidə Bakının ümumtəhsil məktəbləri və məktəbdənkənar
təhsil müəssisələri şagirdlərinin o müdhiş gecəyə
həsr etdikləri rəsm əsərləri
nümayiş olunur.
Sərginin
açılış mərasimində iştirak
edən təhsil naziri Misir
Mərdanov 20 Yanvarın tariximizə Vətənimizin
azadlığı və müstəqilliyi uğrunda
mübarizə günü, eyni zamanda
xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil olduğunu xüsusi vurğuladı. Nazir
bildirdi ki, ümummilli
liderimiz Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini
almış, hadisənin əsl mahiyyəti dünyaya
çatdırılmışdır.
Nazir
çıxışında həmçinin
iştirakçılara və məktəblilərə təklif
və tövsiyələrini bildirdi. Sonra məktəblilərin rəsm əsərlərindən
ibarət sərgiyə baxış keçirildi.
Sərgidə yeniyetmə rəssamların 20 Yanvar qanlı faciəsini rəsmlərin dili
ilə əks etdirən 180-dən
artıq əsəri nümayiş olunur. Sərgi
bir həftə davam
edəcək.
S.SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 20 yanvar.- S.3.