20 Yanvar faciəsi tələbə rəssamların gözü ilə

 

Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş  incəsənət fakültəsinin tələbələrinin rəsmlərindən  ibarət sərgi keçirildi.

Tədbirdə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli sərginin müstəqil dövlətçiliyin inkişafına və möhkəmlənməsinə töhfə olduğunu bildirdi. Rektor sərgilənən əsərləri təhlil edərək burada hüzn motivləri ilə yanaşı işıq, gələcəyə inam motivlərinin də olduğunu qeyd etdi. Bunu müasir gəncliyin milli vətənpərvərlik ruhunun, Azərbaycanın işıqlı sabahına inam hissinin yüksək olmasının təzahürü kimi qiymətləndirdi.

İncəsənət fakültəsinin tyutoru  Şəmsiyyə Zalova sərgiləyən əsərlərin çox çeşidliliyindən, üslub müxtəlifliyindən danışdı, gənc rəssamlara uğurlar dilədi.

Sonra sərgiyə ümumi baxış oldu.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 20 yanvar.- S.4.