İnşa yazı müsabiqəsi qaliblərinin təltif edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

   

Azərbaycan Respublikası Prezidentinin "Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 19 iyul tarixli, 1642 nömrəli Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin 08.08.2011-ci il tarixli, 1442 nömrəli əmri ilə təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq, ümumtəhsil məktəblərinin şagirdləri arasında Mirzə İbrahimovun əsərləri əsasında keçirilmiş  inşa müsabiqəsində minlərlə məktəbli iştirak etmişdir. Respublikanın bütün rayon şəhərlərindən seçilərək  nazirliyə təqdim olunmuş 115 inşa komissiya vasitəsilə yoxlanılmış qaliblər müəyyənləşdirilmişdir.

Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar respublikanın ümumtəhsil məktəb şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekunlarını nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Aşağıda adları göstərilən şagirdlər I, II  III dərəcəli diplomlarla təltif edilsinlər:

 

I dərəcəli diplomla

 

1. Məmmədli Sona Vüqar qızı  132-134 nömrəli təhsil kompleksinin IX sinif şagirdi

2. Namazova Aytən Əhliman qızı Akademik Zərifə Əliyeva adına məktəbin X sinif şagirdi

3. İbrahimov Ürfan Seyfəddin oğlu Naxçıvan MR Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin XI sinif şagirdi

4. Ənvərli Leyla Natiq qızı  Sumqayıt şəhəri 7 nömrəli tam orta  məktəbin XI sinif şagirdi

5. Talıbova Həmidə Sahib qızı  Kürdəmir rayonu şəhər 3 nömrəli  tam orta məktəbin X sinif şagirdi

6. Qurbanov Nicat Habil oğlu Zaqatala rayonu şəhər 3 nömrəli  tam orta məktəbin X sinif şagirdi

7. Təhməzova İlahə Mirsəfər qızı Cəlilabad rayonu akademik Zərifə  Əliyeva adına şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi

 

II dərəcəli diplomla

 

1. Quliyeva Zəhra Yaşar qızı Heydər Əliyev adına liseyin XI sinif şagirdi

2. Rəfiyeva Fatimə Mahir qızı 6 nömrəli məktəb-liseyin IX sinif şagirdi

3. Zəkiyeva Səadət Etibar qızı  "Zəngi" liseyinin X sinif şagirdi

4. Nağıyeva Leyla Rəfail qızı  Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın IX sinif şagirdi

5. Ağalarov Fərid Mehbala oğlu   S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının X sinif şagirdi

6. İsgəndərova Günel Təhməz qızı Bakı şəhəri 229 nömrəli tam orta məktəbin XI sinif şagirdi

7. Həsənova Əfsanə Təvəkkül qızı Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

8. Abbasbəyli Sevinc Mahir qızı  Şuşa rayonu 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi

9. Əsgərzadə Aydan Afərin qızı  Lənkəran rayonu Səpnəkəran kənd tam orta məktəbinin XI sinif şagirdi

10. Qarayev Murad Nüsrət oğlu  Şəki şəhəri 11 nömrəli tam orta  məktəbin IX sinif şagirdi

.11. Məmmədova Sümayə Gurşad qızı Mingəçevir şəhəri təbiət-riyaziyyat və humanitar  elmlər təmayüllü liseyin XI sinif şagirdi

12. Zeynalova Nərgiz Lətif qızı Tovuz rayonu Aşağı Ayıblı kənd tam orta məktəbinin XI sinif şagirdi

13. Əliyeva Gülnara Əlisafa qızı Şirvan şəhəri 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi

14. Xəlilov Məhəmməd Şahin oğlu Xaçmaz rayonu Z.Əliyeva adına şəhər 8 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi

 

III dərəcəli diplomla

 

1. Əliyev Mahir Tahir oğlu  A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziyanın X sinif şagirdi

2. Kərimova Güllər Alim qızı Bakı şəhəri 53 nömrəli tam orta məktəbin  IX sinif şagirdi

3. Camalzadə Ləman Cümşüd qızı Bakı şəhəri 27 nömrəli tam orta məktəbin IX sinif şagirdi

4. Muradova Nərmin Salman qızı  BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin IX sinif şagirdi

5. Qədimova Aytən Mehdi qızı Naxçıvan MR Ordubad rayonu Vələver kənd tam orta məktəbinin X sinif şagirdi

6. Yusibova Günay Arzu qızı Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksinin IX sinif şagirdi

7. Adıgözəlli Vahidə Cahid qızı  Naftalan şəhəri 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

8. Umarov İlkin Toğrul oğlu Ağdaş rayonu M.Şeyxzadə adına şəhər texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın IX sinif şagirdi

9. İsayeva Pakizə Elman qızı Daşkəsən rayonu şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

10. Verdiyev Elşən Mahal  oğlu Laçın rayonu 37 nömrəli tam orta məktəbin XI sinif şagirdi

11. Fərzəliyeva Bibixanım Tofiq qızı Siyəzən rayonu şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi

12. Rzayeva Ayşən Nazim qızı Saatlı rayonu şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

13. Muxtarova Günay İlfan qızı Qax rayonu şəhər 2 nömrəli məktəb-liseyin IX sinif şagirdi

14. Namazova Səadət Əmiraslan qızı Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin XI sinif şagirdi

15. Novruzova Ülviyyə Rafiq qızı Quba rayonu İkinci Nügədi kənd  1 nömrəli  tam orta məktəbin IX sinif şagirdi

16. Cabbarlı Əli Aslan oğlu Tərtər rayonu  şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

 2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin  "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

16 yanvar 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 20 yanvar.- S.2.