"Uşaqlar
və müharibə" mövzusunda respublika rəsm müsabiqəsinin
keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Əsrin
ən böyük faciələrindən biri olan Xocalı
soyqırımından iyirmi il keçir. Öz miqyasına görə
dünya və Azərbaycan tarixinə ən dəhşətli
və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı
haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi
uğrunda vuruşaraq şəhid olmuş insanların xatirəsini
ehtiramla yad etmək, məktəblilərdə vətənə
sədaqət və məhəbbət hissini gücləndirmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri arasında
"Uşaqlar və müharibə" mövzusunda respublika
rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat
komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, şəhər,
rayon təhsil şöbələrinin, idarələrinin
müdirləri müsabiqənin yerlərdə təşkili
ilə əlaqədar lazımi işlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsi (A.İbrahimov)
müsabiqənin yüksək səviyyədə keçirilməsini
təmin etsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq
olunmuş əsasnaməyə uyğun olaraq müsabiqənin
yekun tədbirinin keçirilməsi, qaliblərin
mükafatlandırılması ilə əlaqədar vəsaitin
ayrılması ilə bağlı müvafiq tədbirlərin
görülməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və əsasnamə
ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini
təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və
əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini
təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
19 yanvar 2012-ci il
Azərbaycan.-
2012.- 20 yanvar.- S.2.