Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə
təhsil müəssisələrində
keçiriləcək tədbirlər
haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan xalqının şanlı
oğlu, qüdrətli
dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin 2012-ci il mayın 10-da anadan olmasının 89-cu ildönümü tamam olur.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli
həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə
şanlı səhifələr
yazmış qədim
bir xalqın simvolu səviyyəsinə
yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan
vətəndaşının qəlbində Ulu Öndərin ölməz
işıqlı obrazı
yaşayır.
Xilaskarlıq missiyası Ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin
birmənalı olaraq əsasını təşkil
etmişdir. Heyrətamiz idarəçilik
istedadına, mətin
iradəyə və misilsiz əzmkarlığa
malik Ulu Öndər Azərbaycanda
siyasi hakimiyyətə
ilk gəlişində ölkəmizi
tənəzzül burulğanından
çıxararaq "imzalar
içində imzası
olmayan", hətta keçmiş SSRİ məkanında
belə yaxşı tanınmayan respublikamızı
qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə
yüksəldə bilmişdir.
1982-87-ci illərdə fövqəldövlət
olan keçmiş
SSRİ-nin rəhbərlərindən
biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət
edən Ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtə olunası işgüzarlığı
ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış,
Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış
siyasi liderlərinin və kütləvi informasiya vasitələrinin
daim diqqət mərkəzində olmuşdur.
Ötən əsrin 90-cı illərinin
əvvəlində naşı
və səriştəsiz
rəhbərliyin nəticəsi
olaraq Azərbaycanda yaranmış siyasi başıpozuqluq, iqtisadi və sosial böhran, vətəndaş
müharibəsi və
dövlət müstəqilliyinin
itirilməsi təhlükəsi
yenə də müdrik və yenilməz şəxsiyyət
Heydər Əliyevin
1993-cü il iyunun 15-də
ölkəmizdə siyasi hakimiyyətə
ikinci dəfə qayıdışı ilə
aradan qaldırıldı,
dövlət çevrilişlərinin
qarşısı alındı
və Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu.
Bu gün ölkəmizin hüdudlarında
dillər əzbəri
olan "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir" ifadəsi
dövrün reallığını
əks etdirən danılmaz həyat həqiqətidir. Dövlət müstəqilliyimizin
qorunub saxlanmasında,
dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, iqtisadi, sosial və mədəni sahələrdə inkişafın
təmin edilməsində,
milli mənəvi dəyərlərin dirçəlişində,
azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində ölçüyəgəlməz
xidmətləri Ulu Öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin
inkişafı, təhsil
işçilərinə müntəzəm
diqqət və qayğı Ümummilli liderimizin ciddi önəm verdiyi prioritet istiqamətlərdən
biri olmuşdur.
Təhsili millətin gələcəyi adlandıran
Ulu Öndər ölkəmizdə təhsil
islahatlarının aparılmasını
ciddi vəzifə kimi qarşıya qoymaqla 1999-cu il iyunun 15-də "Azərbaycanın
təhsil sahəsində
islahat Proqramı"nı
təsdiq etmiş, islahatyönümlü tədbirlərin
Dünya Bankının
Beynəlxalq İnkişaf Assosiasiyası ilə birgə həyata keçirilməsinin təşəbbüskarı
olmuş və beləliklə də ölkə təhsilinin qabaqcıl dövlətlərin
təhsil sistemlərinə
inteqrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaratmışdır.
Böyük azərbaycanlı, dünya
azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs
əmanət qoyduğu
müstəqil Azərbaycan
onun ölməz ideyalarının işığında
ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla
addımlayır. 2003-cü ildən bu günədək
Azərbaycanın ictimai-siyasi,
sosial-iqtisadi sahələrdə
əldə etdiyi möhtəşəm uğurlar
Heydər Əliyev ideallarına, Ulu Öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür.
Ümummilli lider Heydər
Əliyevin əzəmətli
şəxsiyyəti, Ulu
rəhbərin Azərbaycana,
doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün
parlaq nümunə, tərbiyə məktəbidir.
Təhsil işçiləri, bütövlükdə pedaqoji
ictimaiyyət böyüməkdə
olan indiki gənc nəslin hər bir nümayəndəsinin
dahi Heydər Əliyev nümunəsində
tərbiyə olunmasına
Vətən və xalq qarşısında ən başlıca vəzifə kimi münasibət bəsləməli,
bu işin yerinə yetirilməsində
yüksək qətiyyət
və əzmkarlıq
göstərməlidirlər.
Qeyd olunanları
nəzərə alaraq
ƏMR
EDİRƏM:
1.
Naxçıvan MR Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi,
Gəncə Şəhər
Təhsil İdarəsi,
rayon (şəhər) təhsil
şöbələri, texniki
peşə, ali və orta ixtisas
təhsili müəssisələrinin,
Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin
rəhbərləri 2012-ci il fevral ayından başlayaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
münasibətilə xüsusi
tədbirlər müəyyənləşdirib
həyata keçirilməsini
təmin etsinlər.
2.
Respublikanın ümumtəhsil
məktəblərinin VII-XI sinif şagirdlərinin və ilk peşə-ixtisas
təhsili müəssisələri
şagirdlərinin iştirakı
ilə Ulu Öndər Heydər Əliyevin zəngin həyat
və fəaliyyətinə
həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin.
Müsabiqənin məktəb və
rayon (şəhər) mərhələləri
aprel ayının 10-dək
yekunlaşdırılsın.
3.
İnşa müsabiqəsinin
yekun mərhələsi
Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilsin.
4.
Müsabiqənin yekun
mərhələsinin iştirakçıları
üçün aşağıdakı
qaydada kvota müəyyənləşdirilsin:
4.1. Ümumtəhsil məktəbləri üzrə - hər
rayon və şəhərdən
1 (bir) nəfər.
4.2. Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri üzrə
- 5 (beş) nəfər.
4.3. İlk peşə-ixtisas təhsili
müəssisələri üzrə
- 10 (on) nəfər.
5.
Naxçıvan Muxtar
Respublikasında bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən
müddətlərdə Naxçıvan
MR Təhsil Nazirliyi və digər aidiyyəti təhsil müəssisələri tərəfindən müstəqil
yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun
hesab edilsin.
6.
İlk peşə-ixtisas
təhsili müəssisələri
və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri şagirdlərinin
inşa yazılarının
nəzərdən keçirilərək
yekun mərhələdə
iştirak üçün
qaliblərin müəyyənləşdirilməsi
işinin təşkili
Təhsil Nazirliyi Aparatının rəhbəri
İ.Pirməmmədova həvalə
olunsun.
7.
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) inşa
yazı müsabiqəsinin
yekun mərhələsinin
səmərəli təşkili,
başa çatdırılması,
qaliblərin müəyyənləşdirilməsi
məqsədilə lazımi
tədbirlər görsün,
ən yaxşı inşaların toplu şəklində nəşr
olunması üçün İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı)
ilə birgə təkliflər hazırlasın.
8.
Ali və orta-ixtisas təhsili şöbəsi
(İ.Mustafayev), Elm şöbəsi
(G.Hüseynova) 2012-ci ilin
fevralından etibarən
ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri
ilə birlikdə Ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı
sahəsində genişmiqyaslı
fəaliyyətinə həsr
olunmuş elmi-praktik konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi
üzrə
lazımi tədbirlər
görsünlər.
9.
Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi
(A.İbrahimov) 2012-ci ilin
fevral-aprel aylarında
ümumtəhsil məktəbləri
şagirdlərinin iştirakı
ilə "Heydər Əliyev və müstəqil Azərbaycan"
mövzusunda rəsm müsabiqəsi və sərgisinin, habelə müxtəlif növlər
üzrə idman turnirlərinin
keçirilməsini təmin
etsin.
10.
İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan
müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını
təmin etsin.
11.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
17 yanvar 2012-ci il
Azərbaycan müəllimi.- 2012.- 20 yanvar.- S.2.