Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

   

Xocalı soyqırımının iyirminci  ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının  icrasını təmin etsinlər.

3.İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 yanvar 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 27 yanvar.- S.2.