Abdulla İsmayıl oğlu Qarayev

 

Abdulla İsmayıl oğlu Qarayev 1910-cu il yanvarın 14-də Bakıda anadan olub. O, 10 nömrəli orta məktəbdə təhsil alıb. 1927-ci ildə Bakı Xalq Maarifi Şöbəsinin pedaqoji texnikumunu bitirib. Həmin ildən əmək fəaliyyətinə başlayan Abdulla Qarayev, eyni zamanda ali təhsil almaq arzusunu reallaşdırıb. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) pedaqoji fakültəsinin təbiət bölməsini bitirib. Universitetdə təhsilini başa vurduqdan sonra qeyri-adi istedada malik və əməksevər bir məzun kimi universitetin "İnsanheyvan fiziologiyası" kafedrasında işlə təmin olunub. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışıb, həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr edib.

 

1932-1936-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə başa vurub. Bir neçə illik gərgin elmi axtarışların nəticəsi olaraq gənc alim 1937-ci ildə dalbadal iki mövzu üzrə namizədlik işini uğurla müdafiə edib. "Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti" mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda fundamental elmi əsərinə görə gənc alim tibb elmləri namizədi adına layiq görülüb. "Diafraqmanın fiziologiyasına dair" yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1937-1938-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təbiət fakültəsinin dekanı vəzifəsində çalışıb.

KurortologiyaFiziki Üsullarla Müalicə İnstitutu nəzdində onun təşəbbüsü ilə 1938-ci ildən yaradılan elmi-təcrübi fizioloji laboratoriyada dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsus.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində eksperimentalkliniki araşdırmalar aparıb. Gənc alim həyatının mühüm bir hissəsini Azərbaycanın zəngin kurort sərvətlərinin və balneoloji amillərin öyrənilməsi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlara həsr edib. Onun 50-dən artıq elmi əsəri Naftalan neftinin, Turşsu, İstisu, Badamlı, Darıdağ və digər müalicə sularının insanheyvan orqanizminə təsirinə həsr edilib. Müalicə neftində boy maddəsinin tapılması gənc alimi yeni-yeni tədqiqat işləri aparmağa ruhlandırıb. Bu baxımdan onun "Naftalan, onun bioloji təsiri və müalicə tətbiqi" (R.Əliyev və A.Babayevlə birgə) adlı monoqrafiyası daha çox diqqəti cəlb edir.

1934-1935-ci illərdə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin Ümumi və müqayisəli fiziologiya laboratoriyasında subliminal (başqa sözlə, aşağı qıcıq qapısından da zəif) qıcıqların səbəb olduğu məhəlli oyanmabu oyanmaların orqanizmin funksional vəziyyətinə təsiri barədə tədqiqatlar aparıb. 1940-cı ildə "Bioelektrik hadisələrinin nəzəriyyəsinə dair" mövzusunda doktorluq işini müdafiə edən Abdulla Qarayev, bununla bioelektrik hadisələrinin mənşəyi haqqında o zaman mövcud olan nəzəriyyələrə qarşı özünün son dərəcə orijinal nəzəriyyəsini irəli sürüb. Belə ki, bioelektrik hadisələrinin mənşəyi haqqında Y.Bernşteynin fiziki-kimyəvi nəzəriyyəsinin tamamilə əsassız olduğunu sübut edərək, elektrofiziologiyanın ən zəruri məsələlərindən birinin həllinə nail olub.

Əldə etdiyi bu nailiyyətlərə görə 1932-ci ildə MoskvaLeninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə birillik ezamiyyətlə təltif olunub. Abdulla Qarayev Leninqradda ezamiyyətdə olarkən İvan Petroviç Pavlovun laboratoriyalarında çalışıb və şəxsən onunla görüşüb. Bu laboratoriyalarda az müddət işləməsinə baxmayaraq, müəyyən dəyərli eksperimentlər aparıb. 1935-ci ildə ikinci dəfə akademik İvan Petroviç Pavlovun fiziloji laboratoriyalarında olub.

1940-cı ildə Marksizm-Leninizm Axşam Universitetini bitirib.

Onun müstəsna təşkilatçılıq qabiliyyəti Azərbaycan Dövlət Universitetində (ADU) müxtəlif vəzifələrdə işlədiyi zaman özünü daha çox büruzə verib. 1941-1942-ci illərdə ADU-nun biologiya fakültəsinin dekanı olub onun təşəbbüsü ilə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahələri, eləcə insan heyvan fiziologiyası üzrə dissertasiyaları müdafiəyə qəbul etmək hüququ verilib.

Fiziologiya sahəsində ilk azərbaycanlı professor olan Abdulla Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun normal fiziologiya kafedrasında ikinci professor, Azərbaycan Dövlət Universitetində isə insan heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.

1942-1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin elmi hissə üzrə prorektoru, 1944-cü ilin sentyabrından 1950-ci ilin oktyabrına qədər isə rektoru vəzifələrində işləyib. Xüsusilə qeyd etmək lazımdır ki, onun universitetdəki fəaliyyəti dövründə bütün elm sahələri ahəngdar inkişaf edib, yeni kafedralar fakültələr açılıb, yüksəkixtisaslı kadrlar hazırlamaq üçün geniş imkanlar yaradılıb. Universitetin fərqlənən, istedadlı mütəxəssisləri elmi araşdırmalar aparmaq üçün keçmiş İttifaq respublikalarına göndərilib.

Böyük Vətən müharibəsi illərində Abdulla Qarayev Naftalan neftinin yanıq yaraların sağalmasına təsirini heyvanlar üzərində sınaqdan keçirib, bu nadir neftin yarasağaldıcı ağrıkəsici maddə kimi tibdə istifadə edilməsini təklif edib. Sonrakı dövrlərdə aparılmış təcrübələrlə bu dəyərli təklif bir daha subuta yetirilib, rəngsizləşdirilmiş Naftalan neftinin, həmçinin bir sıra dəri xəstəliklərinə effektiv təsir göstərdiyi dəqiqləşdirilib.

Fizioloqların, biokimyaçıların farmakoloqların VII (1947) VIII (1948) Ümumittifaq qurultaylarında iştirak edib, onun dərin məzmunlu çıxışları böyük maraqla qarşılanıb. Orqanizmin toxuma hüceyrələrinin karbohidratlarla təchiz olunmasında qanın formalı elementləri (qan hüceyrələri) qlikogenin əhəmiyyətinə həsr olunmuş çıxışları bu sahədə yeni elmi nəzəriyyənin formalaşmasına təkan verib.

Bütün bu illər ərzində elmi axtarışlarını özünün pedaqoji fəaliyyəti ilə məharətlə əlaqələndirib. Həmin dövrdə Azərbaycan dilində olan dərsliklərə böyük ehtiyac duyulduğunu nəzərə alan Abdulla Qarayev yeni dərsliklərin hazırlanması kimi son dərəcə məsuliyyətli işlə məşğul olmağa da vaxt tapıb. O, "Sinir əzələ fiziologiyası" (1932), "Tənəffüsün fiziologiyası" (1934), "Həzm sorulmanın fiziologiyası" (1940), "Endokrinologiya" (1945), "Analizatorların fiziologiyası" (1952) "Mərkəzi sinir sisteminin fiziologiyası" (1952) adlı dərslikləri ərsəyə gətirməklə bu sahədə milli kadrların hazırlanmasına böyük töhfə verib, Azərbaycanın ali məktəb tələbələrinin vahid mənbə əsasında elmi biliklərə yiyələnməsinə imkan yaradıb, fizioloji terminlərin istifadə edilməsindəki lüzumsuz dolaşıqlığa son qoyub.

Gənc professor bunlarla kifayətlənməyib, axtarışlarının əhatə dairəsini genişləndirərək elmi kadrların hazırlanmasına da böyük qüvvə sərf edib. Fiziologiya elminin inkişafındakı xidmətlərinə görə 1943-cü ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb, 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1952-ci ilin mayından 1956-cı ilin iyuluna qədər Azərbaycan Elmlər Akademiyası biologiya kənd təsərrüfatı elmləri şöbəsinin akademik-katibi vəzifəsində çalışıb. Sonrakı dövrlərdə biologiya elmləri şöbəsi akademik-katibinin müavini kimi, bu şöbənin nəzdində müvafiq ixtisaslar üzrə namizədlik doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək hüququ olan Birləşmiş Şura yaradılmasına nail olub. 1965-ci ildə Ali Attestasiya Komissiyası Abdulla Qarayevə insan heyvan fiziologiyası (indeks 102) üzrə namizədlik doktorluq dissertasiyalarını müdafiəyə qəbul etmək ixtiyarı verib. Yalnız Azərbaycan alimləri deyil, hətta qonşu respublikaların mütəxəssisləri belə bu şuranın iclaslarında dissertasiyalarını müdafiə etmək imkanı qazanıblar.

1953-cü ildə onun səyi nəticəsində Elmlər Akademiyası Zoologiya İnstitutunun nəzdində Fiziologiya şöbəsi təşkil olunub. İlk vaxtlar cəmi iki əməkdaşı olan şöbənin əsasında 3 ildən sonra müstəqil Fiziologiya bölməsi yaradılıb rəhbərlik Abdulla Qarayevə həvalə olunub. Fiziologiya bölməsində aparılan elmi araşdırmalar əsasında 1957-ci ildə "İnteroreseptorlar maddələr mübadiləsi" adlı sanballı elmi monoqrafiyası nəşr edilib. İnteroreseptorlar maddələr mübadiləsi problemi daha sonralar müxtəlif doktorluq namizədlik dissertasiyalarında da geniş əksini tapıb.

Abdulla Qarayev orqanizmin immun-bioloji müdafiə-uyğunlaşma reaksiyalarının tədqiqi ilə məşğul olub. Leykositlərin faqositoz fəallığını orqanizmin daxili xarici mühitində gedən dəyişikliklərlə əlaqədar araşdırılmasına dair apardığı dərin elmi axtarışlar əsasında yazdığı "Faqositozun fiziologiyası" monoqrafiyası 1960-cı ildə işıq üzü görüb.

O, Azərbaycan Ali Orta İxtisas Təhsili Komitəsinin sədri olduğu dövrdə tədris ocaqlarının inkişafı genişlənməsi üçün böyük səy göstərib. Belə ki, 1961-1963-cü illərdə komitə sədri kimi ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni fakültə ixtisasların açılmasına xüsusi diqqət yetirib.

1968-ci il fevralın 2-də SSRİ Nazirlər Sovetinin Elm Texnika üzrə Dövlət Komitəsi kollegiyasının qərarı ilə Fiziologiya bölməsi əsasında Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutu yaradılıb akademik Abdulla Qarayev institutun direktoru təyin olunub. Hazırda bu institut, eləcə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun normal fiziologiya kafedrası Bakı şəhərində bir küçə onun adını daşıyır.

Təcrübəli mütəxəssis, yüksək keyfiyyətlərə malik insan kimi tanınan Abdulla Qarayev tabeliyində çalışan əməkdaşların hər zaman qayğısına qalıb, onların problemlərinin həllinə köməyini əsirgəməyib. 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin 1948-ci ildə isə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib. Lenin ordeni, 3 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Qırmızı Ulduz" ordeni medallarla təltif edilib. 7 monoqrafiya 300-dən artıq məqalənin müəllifidir.

1951-1968-ci illərdə İvan Petroviç Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin sədri, Azərbaycan "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini olub. 1968-ci ildə Sovet Milli Komitəsinin zəmanəti ilə İBRO-ya (YUNESKO üzrə beynin tədqiqi ilə məşğul olan beynəlxalq təşkilat) üzv seçilib. Fizioloqların beynəlxalq konqreslərində (Leninqrad - 1935; Buenos-Ayres - 1959; Leyden -1962; Tokio - 1965) iştirak edib.

Abdulla Qarayev 1968-ci ildə vəfat edib.

 

 

Azərbaycan müəllimi.- 2012.- 27 yanvar.- S.6.