Sessiyanın qarşıya
qoyduğu məsələlər prioritet vəzifələrdir
Naxçıvan
Dövlət Universitetində dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin dördüncü sessiyasının
yekunlarına və Naxçıvan Dövlət Universitetinin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.
Tədbiri
giriş sözü
ilə açan rektor,
Milli Məclisin üzvü
İsa Həbibbəyli sessiyada
müzakirə olunan məsələlər,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbovun sessiyadakı məruzəsi barədə ətraflı
məlumat verdi. Ali Məclisin sədrinin məruzəsində
öz əksini tapmış, muxtar respublikanın 2011-ci ildəki sosial-iqtisadi inkişafı ilə bağlı
mühüm faktlara və
statistik göstəricilərə bir daha nəzər
salındı. Qeyd olundu
ki, regionun sürətli
sosial-iqtisadi tərəqqisi ölkədəki
iqtisadi və ictimai-siyasi
sabitliyin, ümummilli lider Heydər Əliyev siyasətinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının bəhrələridir.
Ali Məclisin
sədrinin də məruzəsində qeyd
olunduğu kimi, muxtar respublikanın iqtisadi
və sənaye potensialının gücləndirilməsi, müasir infrastrukturun
yaradılması ilə yanaşı elm və
təhsil sahəsində də mühüm
müvəffəqiyyətlər qazanılmışdır.
Rektor, akademik İsa Həbibbəyli
"Yeniləşmə ili" kimi tarixləşən 2011-ci ilin
Naxçıvan Dövlət Universiteti üçün də əhəmiyyətli
nailiyyətlərlə yaddaqalan olduğunu vurğuladı. Belə ki, 2010-2011-ci tədris ilində
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbovun iştirakı ilə ən müasir
standartlara cavab verən
452 nəfərlik Tələbə evi, qonaq evi, üçmərtəbəli
Tələbə sosial xidmət mərkəzi,
magistratura üzrə dekanlığın
əsaslı şəkildə yenidən qurulmuş
tədris binası istifadəyə verilmişdir.
Hazırda universitetin pedaqoji,
təbiətşünaslıq və kənd təsərrüfatı
fakültələrinin yerləşdiyi binada
əsaslı təmir və yenidənqurma işləri
aparılır. Ötən tədris ilində universitetdə 4
yeni ixtisas və kafedra açılmışdır. Universitet ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunmuş, ötən il
"Polycom HD 8000" markalı internet-konfrans kamerası, 69 yeni
kompüter, 9 kamera, 7 elektron lövhə, 1 proyektor
alınmışdır. Beynəlxalq əlaqələr sahəsində
də böyük uğurlar
qazanılmış, Qafqaz Universitetləri
Birliyi və İpək Yolu
Universitetləri Birliyi çərçivəsində
əməkdaşlıq müqavilələri
imzalanmışdır. Universitet Avropa Birliyinin TEMPUS proqramının
layihələrində uğurla təmsil olunmuş, ERASMUS-MUNDUS layihəsi üzrə də
tədbirlərin keçirilməsinə
başlamışdır. "Araz
çayı hövzəsi parazitar xəstəliklər",
"İnnovasiyaların tətbiqi: inkişaf
və müasirləşmə", "Elektron
Naxçıvan 6: Naxçıvan Dövlət
Universiteti və əlaqədar olduğu lokal şəbəkədə
İKT-nin vəziyyəti",
"Naxçıvan ilk yaşayış
və şəhərsalma yeri kimi", Qafqaz Universitetlər
Birliyinin Birinci
Naxçıvan Beynəlxalq Gənclik Simpoziumu
kimi beynəlxalq, respublika
və muxtar respublika səviyyəli
simpoziumların təşkilatçısı və
iştirakçısı olmuşdur.
Universitet əməkdaşları qardaş Türkiyə Cümhuriyyəti, İran İslam
Respublikası ilə yanaşı İngiltərə, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş Avropa ölkələrində
də olmuşlar. Bütün
bunlar elmin, təhsilin
inkişafında mühüm irəliləyişlərlə
nəticələnmişdir.
Rektor, akademik
İsa Həbibbəyli
çıxışının sonunda əmin
olduğunu bildirdi ki, universitet kollektivi dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin dördüncü sessiyasında ali təhsil strukturunun
inkişafı istiqamətində qarşıya qoyulan mühüm vəzifələrin,
Ali Məclisin sədrinin proqram
xarakterli məruzəsindəki mühüm
tövsiyə və tapşırıqların həyata
keçirilməsi istiqamətində əzmlə
çalışacaq, 2012-ci ili - milli dəyərlər ilini
daha böyük
müvəffəqiyyətlərlə başa
vuracaq.
Universitetin tədris işləri
üzrə prorektoru, filologiya
üzrə fəlsəfə doktoru, dosent Seyid Surə
çıxış edərək bildirdi
ki, bakalavr səviyyəsində
47, magistratura səviyyəsində 39 ixtisas üzrə yüksək ixtisaslı
mütəxəssislər hazırlanan universitetdə
hazırda 4499 nəfər, o cümlədən
212 xarici vətəndaş təhsil alır.
Ötən tədris ili universiteti
bakalavr səviyyəsində 969 nəfər,
magistratura üzrə 84 nəfər bitirmişdir ki, onlardan 267 nəfəri ali
təhsilini fərqlənmə diplomu ilə
başa vurmuşdur.
Əyani
şöbələrin I, II və III kurslarında Boloniya prosesinin tələblərinə
uyğun olaraq təhsilin
kredit sistemi ilə təşkili
uğurlu nəticə vermişdir.
Belə ki, 2010-2011-ci tədris ilində
müvəffəqiyyət göstəricisi 94, keyfiyyət
göstəricisi isə 84% olmuşdur ki, bu nəticələr də ölkənin orta təhsil göstəricilərindən
yüksəkdir. Hesabat ilində imtahan sessiyalarında yazılı monitorinqlərin
tətbiqi genişləndirilmiş, buraxılış işlərinin,
magistr dissertasiyalarının səviyyəsinin
daha da
yaxşılaşdırılmasına diqqət
artırılmışdır. Tədris işləri
üzrə prorektor Ali
Məclisin növbəti sessiyasından irəli gələn vəzifələrin
yerinə yetirilməsi, tədrisin yüksək və müasir səviyyədə qurulması üçün görüləcək
işlərdən danışdı.
Yığıncaqda
universitet YAP ərazi ilk
təşkilatının sədri, pedaqoji
elmlər üzrə fəlsəfə doktoru,
dosent, əməkdar müəllim Kamal Camalov, rabitə və
informasiya texnologiyaları
kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov, sosial idarəetmə və turizm
kafedrasının baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əli Cabbarov, universitet gənclik təşkilatının sədri,
magistr Arzu Abdullayev çıxış edərək universitetin digər sahələrdəki ötənilki uğurlarından, prioritet
vəzifələrdən danışdılar.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2012.- 27 yanvar.- S.2.