Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyi qeyd olundu
Martın 30-da Dövlət Dəmir Yolu Liseyində bu təhsil ocağının
90 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Yubiley mərasimindən öncə qonaqlar liseyin fənn kabinetləri ilə yaxından tanış
olub, təhsil müəssisəsinin foyesində
təşkil olunmuş
sərgiyə baxdılar.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb,
zəngin tarixi olan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubiley mərasiminə qatılan hər kəsə təşəkkürünü
bildirdi. Tədris ocağının kollektivini
yubiley münasibətilə
təbrik edən nazir 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamış Azərbaycanın
ilk ixtisaslaşmış müasir
peşə təhsili
müəssisəsi olan
liseydə ötən
90 il ərzində
40 mindən artıq mütəxəssis hazırlandığını
söylədi.
Misir Mərdanov təhsilin digər istiqamətləri ilə bərabər peşə təhsili sahəsinin də inkişaf yolunda olduğunu nəzərə çatdıraraq
son illərdə bu yöndə qazanılmış
uğurlardan söhbət
açdı. Bütün bu nailiyyətlərin ümummilli
lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
məqsədyönlü siyasətin
nəticəsi olduğunu
bildirən təhsil naziri, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər
sayəsində görülmüş
işlər haqqında
məlumat verdi. Respublikamızda peşə təhsili
sisteminin müasir tələblər səviyyəsinə
qaldırılması üçün
son illərdə dünyanın
inkişaf etmiş ölkələri ilə təcrübə mübadiləsinin
genişləndirildiyini söyləyən
nazir bu baxımdan Koreya, Almaniya, Türkiyə, İsveçrə və digər ölkələrlə
mövcud olan əməkdaşlıqdan söhbət
açdı. Təhsil naziri
həyata keçirilən
layihələr nəticəsində
bir sıra yeni peşə təhsili müəssisəsinin
fəaliyyətə başladığını
nəzərə çatdırdı.
Misir Mərdanov təhsil müəssisəsinin
fəaliyyəti dövründə
Azərbaycan Dövlət
Dəmir Yolu və Bakı Metropoliteni üçün
ixtisaslı mütəxəssis
hazırlığı sahəsində
ciddi uğurlara imza atdığını
bildirdi. Əldə olunmuş nailiyyətlərdə
liseyə rəhbərlik
etmiş təcrübəli
pedaqoqların, təhsil
müəssisəsinin müəllim-mühəndis
və pedaqoji kollektivinin əməyini yüksək dəyərləndirən
nazir bu gün də ənənələrin uğurla
davam etdirilməsinin təqdirəlayiq olduğunu
vurğuladı.
Liseyin məzunları arasında kifayət qədər öz sahələri üzrə
uğur qazanmış
və tanınmış
şəxslərin olduğunu
söyləyən təhsil
naziri tədris ocağının ölkə
iqtisadiyyatının aparıcı
sahələrindən biri
olan nəqliyyat sektorunun inkişafına layiqli töhfələr verdiyini bildirdi.
Nazir Dövlət Dəmir Yolu Liseyinin nəzdində orta ümumi təhsil məktəbinin də fəaliyyət göstərdiyini qeyd edib, hər il məzunların xeyli hissəsinin
ali məktəblərə
qəbul olunduğunu nəzərə çatdırdı.
Dövlət Dəmir Yolu Liseyinin uğurlarının
davam etdiriləcəyinə
əmin olduğunu bildirən Misir Mərdanov təhsil müəssisəsinin bir qrup işçisinin Təhsil Nazirliyinin Fəxri fərmanı və "Azərbaycan Respublikasının qabaqcıl
təhsil işçisi"
döş nişanı
ilə təltif olunduğunu dedi. Təltif olunanları təbrik edən Misir Mərdanov Təhsil Nazirliyinin hədiyyələrini
liseyə təqdim etdi.
Sonra çıxış
edən nəqliyyat naziri Ziya Məmmədov,
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, "Azərbaycan
Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev,
Dövlət Dəmir
Yolu Liseyinin direktoru Fərrux Abbasov və başqaları təhsil müəssisəsinin keçdiyi
şərəfli inkişaf
yolundan söhbət açdılar. Qeyd edildi ki, 90 illik zəngin ənənəyə malik
olan tədris ocağı müasir Azərbaycan iqtisadiyyatının
dinamik inkişafı yolunda özünəməxsus
yeri və rolu olan təhsil
müəssisələrindən biridir.
Daha sonra qonaqlar
təhsil müəssisəsinə
hədiyyələrini təqdim
edərək liseyin kollektivinə ən xoş arzularını bildirdilər.
Mərasimin sonunda Dövlət
Dəmir Yolu Liseyinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə ünvanlanmış
müraciət oxundu.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2013.- 5 aprel.- S.2.