Dünya universitetlərinin reytinqi
QS dünya universitetləri
reytinqinin metodologiyası
QS dünya
universitetləri reytinqi
(QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli
Symonds" (QS) tərəfindən tərtib edilir. 2004-cü ildən etibarən nəşr edilən reytinq hazırda 700-dən artıq
dünya universitetinin fəaliyyətini 6 əsas
meyar (akademik nüfuz, sitat gətirmə, müəllim-tələbə
nisbəti, işəgötürənlər
arasında nüfuzu, əcnəbi müəllimlərin
sayı və əcnəbi tələbələrin
sayı) üzrə qiymətləndirir.
1. Akademik nüfuz
Bu meyar üzrə
reytinq universitet müəllimləri arasında
keçirilən sorğu
əsasında tərtib
edilir və elmi tədqiqatların ən yüksək səviyyədə aparıldığı
dünya universitetlərini
müəyyən etməyə
imkan yaradır.
Əvvəlcə sorğuda
iştirak edəcək
respondentlər barədə
şəxsi məlumatlar
(çalışdığı ali məktəb,
elmi adı, ixtisaslaşdığı sahə,
iş stajı) toplanılır. Daha sonra onlardan
yaxşı tanıdıqları
ölkəni və regionu (Amerika, Avropa, Orta Şərq
və Afrika, Asiya və Sakit
okean ölkələri)
seçmək xahiş
olunur. Bundan əlavə, respondentlər
5 elmi sahədən birini (incəsənət və humanitar elmlər, biologiya və biotibbi elmlər, təbiət elmləri, sosial elmlər və idarəetmə, mühəndislik
və informasiya texnologiyaları) seçirlər.
Sonra onlardan seçdikləri elmi sahə üzrə öz ölkələrinin ən
yaxşı 10, həmçinin
seçdikləri regionlarda
fəaliyyət göstərən
ən yaxşı 30 universitetin adını çəkmələri xahiş
olunur. Rəyi soruşulanlar çalışdıqları
ali məktəbin
adını qeyd edə bilməzlər. Cavablar regionlar və 5 ixtisas sahəsi üzrə ümumiləşdirilir.
Qeyd edək ki, 2012-ci ildə universitetlərin akademik nüfuz meyarı üzrə reytinqi 46079 respondentin rəyi əsasında tərtib edilib. Akademik nüfuz
meyarı QS reytinqində
40 faizlə qiymətləndirilir.
2. Elmi məqalələr
Bu meyar universitet
müəllimlərinin elmi
jurnallarda nəşr edilən elmi məqalələrindən gətirilən
sitatların sayı nəzərə alınmaqla
müəyyənləşdirilir.
2004-2007-ci illərdə müəllimlərin elmi məqalələrindən gətirilən
sitatların sayı
Reuters Thomson agentliyinin "Elm şəbəkəsi" (Web of Science) İnternet portalının,
2007-ci ildən etibarən
isə Skopus (Scopus) məlumat bazası əsasında hesablanır.
QS-in "Skopus" məlumat bazasının məlumatlarına üstünlük
verməsinə səbəb
sonuncunun əhatə dairəsinin daha geniş olması, həmçinin ingilis dilində çap edilməyən nəşrlərə
geniş yer ayırmasıdır. Belə
ki, hazırda "Skopus" məlumat bazasında 47 milyon elmi məqalə və 19500-dən çox
elmi jurnal var. Universitet müəllimlərinin
elmi məqalələrindən sitat
gətirmə meyarı
20 faizlə qiymətləndirilir.
Tədqiqatın keyfiyyəti 1.
Akademik nüfuz 5 elmi sahə üzrə 46079 ekspertin rəyi 40%
2. Elmi məqalələr
Elmi tədqiqat sahəsində fəaliyyət
20%
Təhsilin keyfiyyəti 3.
Müəllim-tələbə nisbəti Müəllim-tələbə
nisbəti əsasında hazırlanır
20%
Məzunların işlə təminatı 4. İşəgötürənlər arasında nüfuzu 25564 iş adamının rəyi 10%
Beynəlxalq dünyagörüşü
5. Əcnəbi müəllimlər Əcnəbi
müəllimlərin sayı
5%
6. Əcnəbi tələbələr
Əcnəbi tələbələrin
sayı 5%
Qeyd edək ki, ali təhsil
müəssisəsinin QS dünya
universitetlərinin reytinqindəki
mövqeyinə təhsil
ocağının hazırki
və gələcək
fəaliyyəti, həmçinin
dil, iqtisadiyyat və mədəniyyət
kimi digər kənar amillər də təsir göstərir. Reytinq haqqında ətraflı
məlumatı QS-in rəsmi
saytından (www.topuniversities.com) almaq mümkündür.
3. Müəllim-tələbə nisbəti
QS reytinqində
müəllim-tələbə nisbəti müəyyən
edilərkən ali məktəblərlə yanaşı,
dövlət qurumlarından,
agentliklərdən və
İnternet saytlarından
alınan məlumatlardan
da istifadə olunur. Bu zaman universitetdə əyani təhsil alan
tələbələrin və
ali təhsil müəssisəsində daimi
çalışan müəllimlərin
sayı nəzərə
alınır. Bakalavr və magistr səviyyələrində təhsil
alan tələbələrin
sayı ayrı hesablanır. Hər iki səviyyədə təhsil alan
tələbələrin sayını
ümumiləşdirmək mümkün olmadıqda tələbələrin ümumi
sayı əsas götürülür. Müəllim-tələbə nisbəti üzrə
meyar reytinqdə 20 faizlə qiymətləndirilir.
4. İşəgötürənlər
arasında nüfuzu
Bu meyar üzrə
reytinq iş adamları arasında keçirilən sorğu əsasında tərtib edilir. Sorğuda məqsəd universitet
məzunlarının işlə
təmin olunma səviyyəsini müəyyən
etməkdir. Sorğuya
müxtəlif regionları
və biznes sahələrini təmsil edən iş adamları cəlb edilir. Qeyd edək ki,
2012-ci ildə keçirilən
sorğunun nəticələri
25564 respondentin cavabı
əsasında tərtib
edilib. Meyar reytinqdə 10 faizlə
qiymətləndirilir.
5. Əcnəbi müəllimlərin
sayı
Ali təhsil müəssisəsində əcnəbi
müəllimlərin çalışması
ali məktəbin
qlobal inkişaf göstəricisi hesab edilir. Bundan əlavə, əcnəbi
müəllimlərin sayının
çoxluğu təhsil
ocağının reytinqinin
yüksək olmasına
da təsir göstərir. Lakin bu göstərici universitetin
fəaliyyəti haqqında
tam təsəvvür yaratmadığından
meyar ən aşağı faizlə
- 5 faizlə qiymətləndirilir.
Belə ki, təhsilin səviyyəsi
aşağı olan hər hansı ali məktəb
yerli müəllimləri
işə cəlb edə bilmədikdə əcnəbi müəllimlərin
xidmətindən istifadəyə
üstünlük verir.
Nəticədə bu cür ali
təhsil ocaqlarında
əcnəbi müəllimlərin
sayı çox olur və ali
məktəb yüksək
reytinq alır. Qeyd edək ki, reytinq
tərtib edilərkən
universitetdə daimi çalışan əcnəbi
müəllimlərin sayı
nəzərə alınır.
6. Əcnəbi tələbələrin
sayı
Ali məktəbin nüfuzu və cəlbediciliyi haqqında statistik məlumatı almağın ən asan yolu həmin
müəssisədə təhsil
alan əcnəbi
tələbələrin sayını
bilməkdir. Bu meyar üzrə reytinq tərtib edilərkən əyani təhsil alan əcnəbi
tələbələrin sayı
nəzərə alınır.
Əcnəbi tələbələrin sayının çoxluğu
reytinqin yüksək olmasına təsir göstərir. Meyar 5 faizlə
qiymətləndirilir.
Azərbaycan
müəllimi.- 2013.- 5 aprel.- S.11.