"Eurovision- 2013" mahnı müsabiqəsində
ölkəmizi Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi
təmsil edəcək
İstedadlı gəncin bu uğuru
universitetin 90 illiyinə ən böyük hədiyyəsidir
Fərid Məmmədov 1991-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Bakıdakı Rəşid
Behbudov adına 2 nömrəli musiqi məktəbinin fortepiano şöbəsində
alıb. O, uşaq yaşlarından musiqiyə
bağlanmış, məktəbdə
keçirilən tədbirlərdə həm pianoçu, həm də estrada mahnılarının ifaçısı
kimi iştirak edib.
Respublikamızda keçirilən bir çox musiqi festivallarında, "Şərq
ulduzları" müsabiqəsində
öz istedadını
göstərib. 2000-ci ildən
əməkdar artist Aybəniz
Haşımovanın rəhbərlik
etdiyi "Bülbüllər"
qrupunun solisti olan Fərid Məmmədov dünyanın 55 ölkəsində
musiqi festivallarında iştirak
edərək
ölkəmizə gümüş medal və diplomlarla qayıdıb. 2003-cü ildə
o, Ukraynada
keçirilən
"Slavyan bazarı" müsabiqəsinin
qalibi olaraq qızıl medal alıb.
2009-cu ildən Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin tələbəsi
olan Fərid estrada və populyar musiqi kafedrasının müəllimi, əməkdar
artist Cavan Zeynallının sinfində
təhsil alır.
2012-ci ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə Azərbaycana
gələn
dünya şöhrətli
müğənni Robertino
Loretti İctimai kanalın təşkil etdiyi musiqi proqramında Fərid Məmmədovu dinləyib və bu sözləri deyib: "Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma yox,
mən düşünürəm
ki, o, Çarls Avazoridən də istedadlıdır. Mən
dünyada çox müsabiqələr gəzmişəm,
çox səslər
eşitmişəm, amma
belə bir fantastik səs, belə bir istedad görməmişəm".
2012-ci ilin dekabrında Azərbaycan Gənclər
və İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə iştirak edən istedadlı gəncin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestri ilə "Bülbüllər"
qrupunun tərkibində
ifa etdiyi mahnılar Azərbaycan Dövlət radiosunun qızıl fonduna daxil edilib. 2013-cü ildə Eurovision milli seçim turuna qatılan Fərid finala çıxanlar sırasında olub. Uğurlu çıxışları ilə
diqqəti cəlb edən Fərid böyük səhnəyə
qonaq qismində dəvət alıb. Orada göstərdiyi möhtəşəm performans
sayəsində münsif
kürsüsündə oturan
dünya şöhrətli
prodüsserlər tərəfindən
qiymətləndirilib, hətta
məşhur bəstəkar Dmitrios Kontopoulos Fəridə
"Hold me" mahnısını hədiyyə edib. Və nəhayət,
2013-cü ilin 14 martında keçirilən Eurovision müsabiqəsinin
milli seçimində
Fərid Məmmədov
yekdilliklə
Azərbaycanı təmsil
etməyə
layiq görülüb.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
90 illiyi ərəfəsində qazandığı uğuru gənc istedadlı tələbə
universitetə ən böyük hədiyyəsi
kimi dəyərləndirir. Yeri
gəlmişkən qeyd
edək ki, Azərbaycan musiqisevərlərinin
və dəyərli münsiflər heyətinin yekdil rəyi ilə ölkəmizi İsveçin
Malmö şəhərində təmsil edəcək istedadlı gənc F.Məmmədov "Eurovision-2013" mahnı müsabiqəsində "Hold me" mahnısı
ilə çıxış
edəcək.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 12 aprel.- S.7.