Bakı Dövlət Universitetində geniş elmi tədqiqatlar aparılır

 

Aprelin 9-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, BDU-nun Elmi Şurası üzvlərinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ali təhsil müəssisələri nümayəndələrinin, tanınmış alimlərin mütəxəssislərin iştirak etdikləri iclasda universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider, müasir müstəqil dövlətimizin memarı qurucusu Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə BDU-da qazanılan nailiyyətlərdən danışan A.Məhərrəmov qeyd etmişdir ki, dövlətimiz tərəfindən göstərilən qayğı, elm təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi aparılan islahatlar nəticəsində 2012-ci ildə BDU "QS World University Rankings-2012" reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivləri İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2 min universitetinin siyahısına daxil edilmişdir.

Bakı Dövlət Universitetinin elm innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə BDU-da 2012-ci ildə aparılmış elmi tədqiqatlar, qazanılan elmi nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental tətbiqi xarakterli tədqiqatlar həyata keçirilir. Ötən il BDU-da təbiət humanitar elm sahələrini əhatə edən 81 istiqamətdə 195 mövzu üzrə 1149 elmi yerinə yetirilmişdir. Universitetdə fəaliyyət göstərən 6 daimi 10 birdəfəlik dissertasiya şuralarında 90 nəfər ixtisas üzrə elmlər doktoru fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir (onlardan 41 nəfəri BDU-nun əməkdaşı, doktorantı dissertantıdır).

Professor-müəllim heyəti əməkdaşlar tərəfindən 74 monoqrafiya, 66 kitab, 92 dərslik, 109 dərs vəsaiti, 2462 məqalə (onlardan 701-i xaricdə), 1432 tezis (onlardan 809-u xaricdə), 40 metodik göstəriş, 207 proqram nəşr etdirilmişdir. Bu il universitet alimləri 32 doktorluq 146 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər.

BDU əməkdaşları tərəfindən 19, o cümlədən BDU-nun sahibliyi ilə 10 yerli 2 beynəlxalq patent alınmışdır.

Professor A.Kazımzadə 2012-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları barədə məlumat verərək bildirmişdir ki, həmin nəşrlər BDU-nun mexanika-riyaziyyat, tətbiqi riyaziyyat kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər iqtisadiyyat fakültələrinin əməkdaşları tərəfindən yazılmış, ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə İranın nəşriyyatlarında çap edilmişdir.

Universitetin əməkdaşları tərəfindən 86 (53 beynəlxalq 33 respublikadaxili) elmi layihələr həyata keçirilmişdir. Bu layihələr Avropa İttifaqının 7-ci Çərçivə (FP-7) TEMPUS proqramları, ABŞ-ın Mülki Tədqiqatlar İnkişaf Fondu, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm Texnologiya Mərkəzi, Ukrayna Elm Texnologiya Mərkəzi, Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi, NATO-nun "Elm sülhün keşiyində" proqramı, İsveçrə Milli Elm Fondu, Almaniyanın Folsfagen şirkəti, Dünya Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, "Azneft" İstehsalat Birliyi digər yerli, eləcə xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

BDU-da dörd seriyada "Bakı Universitetinin Xəbərləri" jurnalı digər 14 elmi, nəzəri, metodik təcrübi jurnallar nəşr edilir.

Qeyd olunmuşdur ki, Bakı Dövlət Universitetinin nəzdində "Gənc istedadlar" liseyində kitabxana, kompüter otağı, kimya laboratoriyası, biologiya, fizika kabinetləri s. yaradılmışdır. Liseyin məzunları müvafiq qəbul imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu ali məktəblərə qəbul olunurlar. 2011-2012-ci tədris ilində respublika olimpiadasında liseyin şagirdlərindən 3 nəfəri birinci, 3 nəfəri üçüncü yeri tutmuşdur. Bu il keçirilən "Sabahın alimləri" respublika müsabiqəsində liseyin 14 şagirdi 10 layihə ilə iştirak etmişdir. Müsabiqə nəticəsində 3 layihə birinci yerə, 4 layihə ikinci yerə layiq görülmüşdür. Bu ilin mayında ABŞ-da keçiriləcək "Sabahın alimləri" Beynəlxalq müsabiqəsində respublikamızı təmsil edəcək 3 layihədən 2-si "Gənc istedadlar" liseyinin şagirdlərinə məxsusdur.

Həmçinin liseyin iki şagirdi bu il aprelin 5-6-da Bakıda keçirilən "Ətraf Mühitin Mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasında (İnepo-Euroasia) uğur qazanaraq qızıl medala layiq görülmüşdür.

Universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant tələbələrin elm təhsildə nailiyyətlərini daha da inkişaf etdirmək məqsədi ilə BDU-nun rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri ilə universitetdaxili "50+50" qrant proqramı təsis edilmişdir.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrindən bəhs edən professor A.Kazımzadə qeyd etmişdir ki, hesabat ilində respublikada xarici ölkələrdə fəaliyyət göstərən 34 elmi təşkilat ali təhsil müəssisəsi ilə BDU arasında anlaşma memorandumu əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Çıxış edən digər alimlər elmin, təhsilin inkişafı ilə bağlı fikirlərini söyləmiş, müzakirələr aparılmışdır.

Elmdə, təhsildə yüksək nailiyyətlər əldə edən alimlərə mükafatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan müəllimi.- 2013.- 12 aprel.- S.3.