Peşə
Seçiminə Dəstək Sistemi fəaliyyətdədir
İnsanın
həyatının ən
mürəkkəb və ən önəmli mərhələlərindən
biri peşə və sənət seçimidir. Bu mərhələnin nəinki fərdin
gələcək həyatına, həmçinin ölkənin
inkişafına böyük təsiri var. Hazırda şagirdin hər hansı
peşə və sənət haqqında məlumatsızlığı
peşə seçimində ciddi problemlər yaradır.
"Peşə Seçiminə Dəstək Sistemi" vasitəsi
ilə vətəndaşlara ilk peşə-ixtisas təhsili
müəssisələri, mövcud olan peşələr
haqqında məlumat verilir. Bu sistem vasitəsi ilə vətəndaşlar
elektron ərizə
formasını doldurmaqla hər hansı ilk peşə-ixtisas
təhsili müəssisəsinə qəbul ola bilərlər.
Artıq sistem işlənilib və istifadəyə
hazırdır. Sistemə
psds.edu.az yazaraq daxil olmaq olar. Bu zaman aşağıda
gördüyünüz səhifə açılır.
Səhifədən göründüyü
kimi, burada peşə ixtisasları, peşə təhsili
müəssisələri haqqında məlumat almaq, şagird
qəbulu bölümündə elektron ərizə doldurmaq,
"Özünü tanı" bölümündə
müəyyən sualları cavablandırmaqla daha
düzgün seçim etmək, "CV yüklə"
bölümündə "CV yükləmək" və
"CV siyahısı" bolümündə iş
adamları üçün siyahıya daxil olaraq müəssisələri
üçün lazımi kadr potensialını seçmək
imkanı yaradılmışdır. Sistem
aşağıdakı məqsədlərə qulluq edir:
*
ümumi və tam orta məktəb şagirdlərinə, həmçinin
peşə təhsili almaq istəyən ali və orta ixtisas təhsilli
məzunlara peşə
seçimlərində köməklik edərək təhsillərini
hansı istiqamətdə davam etdirmələrinin məqsədəmüvafiq
olacağını göstərir,
* fərdlərin
təhsil müəssisələrini və peşələri
tanıya bilməsi üçün şərait yaradır,
*
şagirdlərin özlərinə uyğun və arzu etdikləri
peşə liseylərinə asan və sürətli şəkildə
müraciət etmələrini təmin edir,
*
peşə liseyi şagirdlərinin öz CV-lərini daxil edə
biləcəyi bir mühit yaradır və firmaların bu CV-lər
bazasından istədikləri meyarlara uyğun gələn tələbələrlə
əlaqə yaratmalarını təmin edir,
*
seçimlərə və istiqamətlərə əsasən
əldə edilən statistik məlumatların köməyi ilə
təhsil siyasətinin və məşğulluq
imkanlarının inkişaf etdirilməsini təmin edir.
"Özünü
tanı", "CV" və "Şagird qəbulu" səhifələrinə
daxil olmaq üçün sistemdə qeydiyyatdan keçmək
lazımdır. Bunun üçün açılmış səhifədə
yeni istifadəçi düyməsini sıxmaq lazımdır.
Bu zaman belə bir səhifə açılır:
Bu səhifədəki
lazımi bölmələri doldurub "təsdiqlə"
düyməsini sıxdıqdan sonra sistem sizin qeydiyyatdan
keçməniz barədə məlumat verir və bundan sonra
siz öz istifadəçi adınız və şifrənizlə
sistemə daxil ola bilərsiniz.
Şagirdin
hər hansı bir mövzuda doğru qərar verə bilməsi
üçün əvvəlcə o nə kimi bacarıqlara
sahib olduğunu bilməli və
nə istədiyini müəyyənləşdirməlidir.
Bunun
üçün qabiliyyətləri və maraqları
haqqında daha şəffaf və həqiqi məlumata sahib
olmaq üçün şagird "Özünü
tanı" testindən keçməlidir. Testdə təqdim
olunan 170 suala cavab verdikdən
sonra sistem şagirdə öz tövsiyələrini verir. Şagird
ona sistem tərəfindən tövsiyə edilən peşə
ixtisasının hansı peşə təhsili müəssisələrində
olmasını "Peşə təhsili müəssisələri"
bölümündən aydınlaşdıra bilər. Bu
bölümdə təhsil müəssisələri
haqqında ətraflı məlumatla tanış olmaq olar. Həmçinin
şagird ona sistem tərəfindən tövsiyə edilən
peşə ixtisası haqqında peşə ixtisasları
bolümündə ətraflı cavab tapa bilər. Burada
seçilmiş ixtisas qrupu, peşənin təsviri, vəzifələr,
tələb olunan bacarıq və xüsusiyyətlər,
iş mühiti və şərtləri, karyera imkanları barəsində
ətraflı məlumat almaq mümkündür. PSDS sayəsində
şagird həm peşəsinə, həm də peşə
müəssisəsinə qərar vermiş olur. Sistem
yalnız qərarvermə mərhələsində deyil,
müraciət mərhələsində də xidmət
göstərir.
Müraciət
üçün "Şagird qəbulu" bölməsinə
daxil olmaq lazımdır. Bu bölmə beş hissədən
ibarətdir və birinci hissəyə şəxsi məlumatları,
ikinci hissəyə isə əlaqə məlumatlarını
daxil etmək lazımdır.
Üçüncü
hissəyə abituriyent məzun olduğu məktəb ilə əlaqədar
məlumatlarını və təhsil sənədi haqqında
məlumatlarını daxil edir. Sistem təhsil səviyyəsinə
uyğun təhsil sənədinin adını avtomatik təyin
edir. Bu hissə doldurulduqdan sonra aşağıda göstərilən
dörd və beşinci hissələri doldurmaq
lazımdır.
Bu
seçimlərə və bitirdiyi təhsil səviyyəsinə
əsasən sistem avtomatik olaraq şagirdin oxuya biləcəyi
təhsil müəssisələrinin siyahısını
çıxarır. Sonuncu hissədə şagird
sağlamlıq haqqında arayışını və məzun
olduğu məktəbə aid təhsil sənədinin
nümunəsini sistemə yükləyir və
qeydiyyatını başa çatdırır.
Qeydiyyatın
başa çatmasından sonra sistem şagirdin müraciət
etdiyi təhsil müəssisəsinə bu barədə
elektron məlumat göndərir.
Təhsil
müəssisəsinin rəhbəri PSDS sistemi üzərindən
ona gələn elektron poçtu
görür və şagirdin müraciətini
araşdırmaq üçün sistemə daxil olur.
"Şagird
müraciətləri" hissəsindən onun liseyinə
müraciət edən şəxsləri lazımi meyarlara əsasən
axtarır və müraciət məlumatlarını
araşdırdıqdan sonra onlara zəng edərək sənədləri
ilə birlikdə məktəbə dəvət edir və
elektron poçt ilə də məlumatlandırır.
Eyni
zamanda Təhsil Nazirliyinin bu sahə üzrə səlahiyyətli
nümayəndəsi müəyyən
dövrlərdə sistemə daxil olaraq müraciətlərlə
əlaqədar hesabat qəbul edir, məktəblər ilə
görüşərək müraciətləri izləyir və
bu real faktlar əsasında rəhbərlik üçün
hesabatlar hazırlayır.
Peşə
təhsili müəssisəsində
təhsilini müvəffəqiyyətlə başa
vurmuş hər bir məzun sistemin imkanlarından istifadə
edərək özü haqqında ətraflı məlumatı
"CV yüklə" bölməsinə daxil olmaqla sistemdə
yerləşdirə bilər. "CV yüklə" bölməsinə
daxil olduqda aşağıdakı pəncərə açılır:
Bütün
xanaları doldurduqdan sonra məzunun CV-si "CV
siyahısı"na daxil olur.
İstənilən
iş adamı "CV siyahısı" bölümünə
daxil ola bilər. Bu zaman aşağıdakı pəncərə
açılır:
İş adamı ona lazım olan
işçini axtarmaq üçün yuxarıda görünən
pəncərədə lazımi meyarları qeyd edir və
"axtar" düyməsini sıxdıqda "CV
siyahısı"nda göstərilən meyarlara uyğun
namizədlərin siyahısı görünür. Namizədi
dəqiqləşdirdikdən sonra iş adamı həmin namizədin
CV-dəki əlaqə məlumatlarından istifadə edərək
onu görüşə çağıra bilər.
Azərbaycan müəllimi.- 2013.- 19 aprel.- S.4.