Azərbaycanlı
alim beynəlxalq konfransdan
qayıdıb
Bu
yaxınlarda Ukraynanın paytaxtı Kiyev
şəhərində M.P.Draqomanov
adına Milli Pedaqoji
Universitetində beynəlxalq elmi-təcrübi konfrans
keçirilmişdir. Astara
Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru,
əməkdar müəllim, dosent Əlihəsən
Həmzəyev və kollecin müəllimi
Azər Fərəməzov konfransda iştirak etmişlər.
Konfrans "Beynəlxalq
diplomdansonrakı təhsilin aktual problemləri:
vəziyyəti və inkişaf perspektivləri"
kimi əhəmiyyətli bir
mövzuya həsr edilmişdi.
30-a yaxın xarici ölkədən və
Ukraynanın 50-dən artıq ali təhsil
müəssisəsindən olan görkəmli
alimlər arasında iki gün ərzində mövzu ətrafında müzakirələr getmişdir. Mütəxəssislər fikirlərini
bölüşmüş, praktik olaraq dərslərdə
iştirak etmiş və
təcrübə mübadiləsi aparmışlar.
Milli Pedaqoji
Universitetin Yenidənhazırlanma və Pedaqoji Kadrların İxtisasının
Artırılması İnstitutunun mərkəzi
korpusunun konfrans
zalında keçirilmiş plenar iclası giriş sözü ilə universitetin
rektoru, fəlsəfə elmləri doktoru, professor, Ukrayna Milli Pedaqoji
Elmlər Akademiyasının akademiki, Ukrayna Milli Elmlər
Akademiyasının müxbir üzvü Viktor
Petroviç Andryuşenko
açmış və iştirakçıları
salamlamışdır.
Fərəhləndirici
haldır ki, konfransın
açılış günü həmyerlimiz,
fəlsəfə doktoru Əlihəsən
Həmzəyevin "Qloballaşma və
beynəlxalq təhsilin fəlsəfi problemləri" mövzusunda məruzə-təqdimatı dinləyicilərin
böyük marağına səbəb olmuşdur.
Məruzə-təqdimatda Azərbaycan və Ukrayna
xalqlarının dostluq əlaqələrindən,
müasir Azərbaycan dövlətinin son dövrlərdə beynəlxalq arenada əldə etdiyi uğurlardan və təhsil sahəsində
qazanılan nailiyyətlərdən bəhs olunmuşdur.
Məruzəçi xüsusilə vurğulamışdır ki, cəmiyyətin inkişafı
konsepsiyasını və təhsil sahəsində onun innovativ modelini ilk dəfə yeni, müstəqil Azərbaycanın qurucusu və memarı ulu
öndər Heydər Əliyev yaratmışdır. Ulu öndərin
siyasi kursunu uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik
fəaliyyəti nəticəsində istər siyasi
və iqtisadi sahədə, istərsə
də elm və təhsil sahəsində böyük uğurlar əldə
edilmişdir. Azərbaycan təhsilinin
uğurları barədə hazırlanmış videoçarx iştirakçıların nəzərinə
çatdırılmışdır. Videoçarxda həmçinin
Astara Pedaqoji Kollecində
görülmüş işlərdən,
tədris-maddi bazanın vəziyyətindən, kollecin beynəlxalq əlaqələrindən,
müxtəlif illərdə keçirilmiş
beynəlxalq konfranslardan
hazırlanmış foto və videomateriallar iştirakçıların dərin
marağına səbəb olmuşdur.
Konfransda Ə.Həmzəyevə
fəal iştiraka, maraqlı və aktual məruzəyə görə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin xatirə
medalı və sertifikatı təqdim edildi.
Xoş təəssüratla vətənə
qayıdan Ə.Həmzəyev səfər təəssüratlarını
bölüşərək bildirdi ki, kollecin beynəlxalq əlaqələrini
bundan sonra da genişləndirmək istiqamətində əhəmiyyətli
işlər aparılacaqdır. Biz orada xeyli dostlar
tapdıq və onların da Azərbaycana
- Astaraya gəlmələri üçün əməli addımlar
atacağıq.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.4.