Azərbaycanın
teatr və kino sənətinin
görkəmli nümayəndəsi, SSRİ xalq
artisti Hökümə
Qurbanovanın 100 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
"Hökümə Qurbanovanın 100
illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2765 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR
EDİRƏM:
1. Azərbaycanın teatr və kino sənətinin
görkəmli nümayəndəsi, SSRİ xalq artisti
Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsinə
dair Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq
edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər
təhsil şöbələrinin, idarələrinin müdirləri,
ali, orta ixtisas və nazirliyin birbaşa tabeliyində olan
ümumtəhsil müəssisələrinin rəhbərləri
Tədbirlər Planının icrasını təmin etsinlər və görülmüş işlər
barədə 15 oktyabr 2013-cü il tarixinədək nazirliyə
məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və Tədbirlər
Planı ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və
Tədbirlər Planının çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 aprel 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.2.