BDU ilə
Slovakiyanın Sladkoviçovo Ali Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb
Aprelin 16-da Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov Slovakiya
Parlamentinin Elm və Təhsil Komitəsinin sədri,
Sladkoviçovo Ali Məktəbinin rektoru, professor Moymir
Mamoykanı, Sladkoviçovo Ali Məktəbinin elm və xarici
əlaqələr üzrə prorektoru, professor Miroslav
Danişi, Azərbaycanın Slovakiyadakı Fəxri konsulu,
Sladkoviçovo Ali Məktəbinin İdarə Heyətinin sədri,
professor Cəlal Qasımovu və
Slovakiya səfirliyinin əməkdaşı Dominika
Fifikovanı qəbul edib.
Rektor BDU-nun yaranma və inkişaf
tarixindən, dünyanın aparıcı ölkələrinin
ali məktəbləri ilə ikitərəfli əlaqələrdən
danışıb, Slovakiyanın Sladkoviçovo Universitetilə
də elm və təhsil sahəsində münasibətlərin inkişaf
etdirilməsində maraqlı
olduğunu bildirib.
Təmsil etdiyi universitet barədə məlumat
verən professor Moymir Mamoyka da öz növbəsində BDU ilə
əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Daha sonra universitetlərarası beynəlxalq
əlaqələrin inkişafı barədə Anlaşma
Memorandumu imzalanıb.
Qeyd edək ki, Memorandumda tədqiqatçı,
aspirant və magistrantların mübadiləsi, birgə layihələr
üzərində elmi araşdırmaların
aparılması, alimlərin və müəllimlərin
ixtisaslarını artırmaq məqsədilə təcrübə
mübadiləsinin həyata keçirilməsi kimi məsələlər
əks olunub. Bundan başqa, birgə seminar və
konfransların təşkili, qarşılıqlı maraq
doğuran layihə və proqramlarda birgə iştirak da nəzərdə
tutulub.
Sonra qonaqlar BDU-nun laboratoriyaları və
elmi mərkəzlərində olublar. Qonaqlar universitetdən
xoş təəssüratla ayrılıblar.
BDU-nun
Mətbuat və informasiya şöbəsi
Azərbaycan
müəllimi.- 2013.- 19 aprel.- S.3.