Dünyanın
50 gənc universitetinin reytinqi
Təhsilin, xüsusilə
də ali təhsilin
qloballaşdığı bir dövrdə
universitetlərin fəaliyyət müddəti (yaşı)
onların əldə etdikləri uğurda
o qədər də əhəmiyyətli faktor hesab olunmur.
Yaranma tarixi
baxımından nisbətən gənc Asiya
universitetlərinin beynəlxalq reytinqlərdə yüksək
pillələri tutması və mövqelərini ilbəil
yaxşılaşdırması buna əyani
sübutdur.
Məlumat
üçün qeyd
edək ki, QS şirkəti (QS World University Rankings) dünyanın 50 yaşdan
aşağı 50 ən yaxşı universitetinin
reytinqini ilk dəfə
2012-ci ildə nəşr etmişdir.
1962-ci ildən etibarən təsis edilən universitetlərin reytinqi gələcəyə nəzər salmağa və hansı ali təhsil
ocağının Oksford və Harvard kimi universitetlərə
potensial rəqib ola
biləcəyini görməyə imkan verir. Bundan əlavə, 50
ən gənc universitetin reytinqinin
tərtib edilməsində məqsəd bu
universitetlərin əldə etdikləri nailiyyətləri
görmək və universitetin
yaşının uğur qazanmaq
üçün əsas amil
olmadığını nümayiş
etdirməkdir.
Yeni yaradılmış Asiya universitetlərinin reytinqdə yüksək
pillələri tutmasına münasibət bildirən QS
şirkətinin tədqiqatlar departamentinin
rəhbəri Ben Souterin
fikrincə, Çin, Koreya
və Sinqapur kimi
ölkələrdə ali təhsil
ocaqları iqtisadiyyatın yüksəldilməsi üçün yeni
innovasiyaların tətbiqi məqsədilə yaradılmışdır.
"Asiya universitetlərinin özləri
ilə eyni vaxtda təsis
edilmiş Qərb universitetlərindən
fərqli olaraq, reytinqdə yüksək
pillələr tutması Asiya regionunun bu sahədə daha fəal olduğunu
göstərir", - deyə o bildirmişdir.
Qeyd edək ki,
QS-in dünyanın 50 gənc universitetinin reytinqində ilk
onluğa daxil olan 10 universitetdən altısı Asiya qitəsini təmsil edir.
QS
şirkəti dünya universitetlərinin reytinqi ilə yanaşı, hər il tələbələr üçün
ən yaxşı şəhərlərin də reytinqini tərtib edir. Reytinq bir neçə meyar əsasında müəyyənləşdirilir.
Buraya
şəhərdə fəaliyyət göstərən və
beynəlxalq reytinqlərdə yer tutan universitetlərin sayı, tədrisin
keyfiyyəti, münasib qiymətlər,
yaşayış şəraiti, əcnəbi tələbələrin
sayı, şəhərdəki universitetlərin yerli və əcnəbi iş
adamları arasında nüfuzu kimi meyarlar daxildir.
Bundan əlavə, hər hansı şəhərin
reytinqə daxil edilməsi üçün
burada ən azı 250 min
əhali yaşamalı, həmçinin həmin şəhərdə
fəaliyyət göstərən iki ali məktəb reytinqə düşməlidir.
Qeyd edək ki,
QS-in 2012-ci il üzrə
tələbələr üçün ən
yaxşı şəhərlər reytinqinə Paris (Fransa)
başçılıq edir. Bundan başqa, ilk onluğa London (İngiltərə), Boston
(ABŞ), Melburn (Avstraliya),
Vyana (Avstriya), Sidney (Avstraliya), Sürix (İsveçrə), Berlin
(Almaniya), Dublin (İrlandiya) və Monreal (Kanada) şəhərləri daxil
ola bilmişlər.
QS Dünya universitetlərinin reytinqi
haqqında daha ətraflı məlumatı
QS-in rəsmi saytından
(www.topuniversities.com) almaq mümkündür.
Dünyanın
50 gənc universitetinin reytinq
cədvəli
Hazırladı: Leyla HEYDƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 26 aprel.- S.7.