Xalqımızın
qürur və qeyrət simvolu
Heydər ƏLİYEV-90
Xalqımız
üçün may
ayının 10-u əlamətdar gündür.
Həmin gün - biz azərbaycanlılar üçün
artıq simvollaşıb, tarixləşib. Çünki
zənaməmizin ən böyük şəxsiyyəti,
Azərbaycanın görkəmli ictimai-siyasi
və dövlət xadimi, bütün
xalqımızın dahi oğlu
və böyük öndəri Heydər Əlirza
oğlu Əliyev məhz 90 il öncə - mayın 10-da anadan
olmuşdur. O böyük
insan XX-XXI əsrlərin canlı əfsanəsi
idi. Tarix dəfələrlə
sübut etmişdir ki, ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən
belə çıxmaq üçün düzgün yol
tapmağı bacarırdı. Ona görə
də həmişə başladığı işi
uğurla sona
çatdırırdı.
Heydər
Əliyevi zirvələrə qaldıran, ümummilli
lider məqamına yüksəldən
keyfiyyətlərdən birincisi onu xalqına bağlayan
qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin
imkan verdiyi şəraitdə,
nə də Naxçıvanda yaşadığı dövrdə
xalqından uzaq düşmədi. Onunla birgə
oldu, yaxşı günündə də,
yaman günündə də. Azərbaycanlı
olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün
ömrünü xalqının
rifahına, ölkəsinin tanınmasına, onun
güclü dövlət olmasına sərf
etdi. Bundan heç vaxt
yorulub-usanmadı, bədxahların əməllərinə,
böhtanlarına əhəmiyyət vermədi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü
və yenilməz bir dövlət qurdu.
1969-cu
ilin ortalarında Heydər Əliyev Azərbaycan
KP MK-nın birinci katibi
seçildi. O vaxta qədər
Azərbaycan geridə qalmış aqrar respublika idi. Zəngin təbii sərvətləri olan xalq ehtiyac
içində yaşayırdı. Odur ki, respublikanın yeni rəhbəri
regionlara səfər edir,
adamlarla görüşür,
onların problemlərini, aqrar sahənin
geridə qalmasının səbəblərini öyrənir, onu inkişaf etdirməyin
yollarını araşdırırdı. Tezliklə respublikada çox böyük islahatlar həyata
keçirilməyə başlandı. Qısa müddətdə
hər şey dəyişdi. Hara
baxırdınsa həyat qaynayırdı. Bir
neçə ilə bölgələrdə insanların
yaşayış şəraiti yaxşılaşdı,
rayonların büdcələrinə xeyli
vəsait toplandı. Və bu vəsaitlər
rayonların inkişafına və sosial
problemlərin həllinə yönəldildi. O illər uzaq tariximiz deyil. Həmin islahatları həyata keçirən
insanların çoxu müasirlərimizdir.
Azərbaycanın elə bir şəhəri,
qəsəbəsi, kəndi yox idi ki, orada
tikinti-quruculuq işləri
aparılmasın, məktəblər, xəstəxanalar,
yaşayış binaları tikilməsin.
Ümummilli
liderimiz Heydər Əliyevin ölkəyə
rəhbərliyinin birinci dövründə
(1969-1982-ci illər) Azərbaycan Sovet
İttifaqının ən qabaqcıl respublikalarından birinə
çevrildi, kənd təsərrüfatı
ilə yanaşı, sənaye də inkişaf
etməyə başladı. Bakıdakı kondisioner
zavodunu Yaponiyadan gəlmiş
mütəxəssislər inşa
edirdilər. Halbuki, bu
zavod Ukraynanın Zaporojye
şəhərində tikilməli imiş,
lakin Heydər
Əliyevin təkidi ilə həmin müəssisəni Azərbaycanda
tikməli oldular. O dövrlərdə çox adam bunun əhəmiyyətini o
qədər də dərk etmirdi. Ancaq zavodun tikilməsi, orada minlərlə insanın işləməsi
və sonradan böyük
istehsal sahəsinə çevrilməsi Azərbaycana
şöhrət gətirdi. Azərbaycanın o
dövrdə bütün şəhər
və rayonlarında inkişaf geniş vüsət aldı.
Həmin
dövrdə Azərbaycanda təhsil sahəsində də çox böyük uğurlar qazanıldı. Hər il yüzlərlə azərbaycanlı gənc
başqa şəhərlərə oxumağa göndərildi. Azərbaycanda ali təhsil ocaqlarının sayı 12-dən
17-yə çatdırıldı.
Heydər
Əliyev birinci dəfə Azərbaycanda
rəhbər olduğu illərdə
respublikamız hərtərəfli inkişaf
etdi, tanındı. Hətta xarici ölkələrlə də əlaqələr
quruldu. Azərbaycanda istehsal
olunan məhsullar dünyanın onlarla ölkəsinə göndərilirdi.
Ulu öndərin nüfuzunu və təşkilatçılıq
bacarığını nəzərə alıb 1982-ci ilin dekabrında onu SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin
etdilər və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçdilər. Tam
cəsarətlə demək olar ki, SSRİ-də ən çox
quruculuq işləri həmin dövrdə
görüldü. Azərbaycanda İttifaq büdcəsi hesabına iri sənaye və emal
müəssisələri tikildi. Azərbaycanın
Xəzər sahilboyunda kurort
zonasının yaradılmasına dair İttifaq əhəmiyyətli proqram
qəbul edildi. Heydər Əliyev
Sovetlər İttifaqında çox cəsarətli
rəhbər kimi tanınırdı.
1986-cı ilin aprelində Çernobıl
qəzasının baş verdiyi
əraziyə SSRİ rəhbərliyindən ancaq
Heydər Əliyev getmişdi və
lazımi tədbirlərin görülməsinin də təşəbbüskarı
o olmuşdu.
Sovet
dövlətinin başçısı M.Qorbaçov
bu qədər nüfuzlu,
istedadlı dövlət xadimini öz yanında görmək istəmədi.
Belə ədalətsiz münasibətə etiraz
olaraq 1987-ci ilin
oktyabrında Heydər Əliyev partiya və
dövlət vəzifələrindən istefa
verdi. Bu hadisədən
düz 21 gün sonra M.Qorbaçovun məsləhətçisi
erməni Aqanbekyan Fransada
erməni icmasına Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi barədə Qorbaçovun
razılıq verdiyini bildirdi.
Ermənistandan qısa müddətdə (1988-ci
ildə) 260 min soydaşımız didərgin
salındı, hazırkı Ermənistanın 24,6 min kv.km ərazisindən
azərbaycanlılar qovuldu, evləri talan edildi, 20 min nəfərdən çox
soydaşımız öldürüldü
və şikəst edildi, ardınca
Sumqayıt faciəsi təşkil olundu,
Dağlıq Qarabağdakı torpaqlarımız işğala məruz qaldı.
1990-cı ildə Heydər Əliyev
Azərbaycandan uzaqda - Moskvada
xüsusi nəzarət altında
yaşayırdı. Ancaq 20 Yanvar faciəsinin ertəsi günü
özünün və ailə üzvlərinin
həyatını açıq təhlükə
qarşısında qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə
gəlib sərt bəyanatla
çıxış etməsi göstərdi ki,
bu böyük şəxsiyyət
üçün vətənindən,
xalqından əziz heç nə yoxdur.
Həmin
dövrdə hakimiyyətdə olanlar milli xəyanət yolunu tutmuşdular. Ölkənin həyati əhəmiyyətli
məsələlərini bir tərəfə
qoyub Heydər Əliyevə qarşı çirkin kampaniya
aparırdılar. Lakin bütün
bunlara baxmayaraq 20 Yanvar qırğınından sonra
Azərbaycan xalqının ümidi ancaq Heydər Əliyevə
qalmışdı.
Vaxtilə meydanlarda
demokratiyadan, insan hüquq və azadlığından
ağızdolusu danışan AXC-Müsavat
cütlüyü siyasi
hakimiyyəti ələ keçirdikdən sonra
dövləti bolşevizm üsulları
ilə idarə etməyə başladı. Belə bir şəraitdə cəmiyyətdə vətəndaş
həmrəyliyi üçün zəruri
olan ictimai
razılıq sarsıldı, hakimiyyətin və
əhalinin ayrı-ayrı qrupları arasında
narazılıq və qarşıdurma gücləndi. Ölkəni
xaos və anarxiya bürümüşdü.
Müstəqilliyimizin
ilk illəri Azərbaycan üçün
çox ağır keçdi.
Vaxtı ilə Heydər Əliyevin
qurub-yaratdıqlarını dövlət quruculuğunda
və idarəçiliyində heç bir səriştəsi olmayanlar
talan elədilər. Bu
azmış kimi cəmiyyətin
ayrı-ayrı zümrələrinə də münasibət
dəyişdi. İkinci dünya
müharibəsi veteranlarına az qala düşmən kimi
baxırdılar. Vaxtı ilə respublikamızın
inkişafı üçün böyük əmək sərf edən
adlı-sanlı insanlar unuduldu.
Hər şeyə, hər kəsə bolşevikcəsinə
yanaşılırdı. Xalq aclıqla da imtahana çəkilmişdi.
Daha insanlar cana doymuşdular. Geri çəkilməyə yer
yox idi. Uçurumun bir
addımlığında dayanmışdıq.
Belə bir
şəraitdə Azərbaycan xalqı, onun
qabaqcıl ziyalıları, elm, mədəniyyət
xadimləri yaranmış böhranlı vəziyyətdən
çıxış yolunu, ölkənin
etibarlı gələcəyini dünya
şöhrətli dövlət xadimi Heydər
Əliyevin simasında görürdülər. Bu məqsədlə Azərbaycanın vətənpərvər
ziyalıları və qədirbilən xalqımızın əksəriyyəti
Heydər Əliyevə müraciət edərək ölkəni
düşdüyü bəladan xilas etməsini xahiş
etdilər.
1993-cü
ilin iyunun 15-də Heydər
Əliyevin siyasi hakimiyyətə
qayıdışı Milli Qurtuluş Günü,
xalqımızın nicat gününün
başlanğıcı oldu. Təcrübəli siyasətçi və dövlət
xadimi Heydər Əliyev öz
nüfuzuna, bacarığına və
xalqına arxalanıb insanları azərbaycançılıq,
müstəqil dövlətçilik və demokratik
ideyalar ətrafında birləşdirib yeni dövlət quruculuğuna
başladı. Ulu öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində
ölkədə ictimai-siyasi sabitlik yarandı, həyatın bütün sahələrini bürümüş tənəzzülə son qoyuldu.
Ölkədə
müharibə gedirdi. Ordu
yox idi. Belə bir vaxtda dövlətçiliyi,
müstəqilliyi qoruyub saxlamaq
üçün müharibəni
dayandırmaq zəruri idi. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs
haqqında saziş imzalandı.
Mühüm məsələlərdən
biri də ölkənin sərvətlərinin
başlı-başına qalması, talanması idi. Digər tərəfdən, dənizin və
yerin təkindəki sərvətlərdən
səmərəli istifadə edilməli, xalqın sərvətinə
çevrilməliydi ki, inkişafa,
rifaha nail olunsun. Bunun üçün böyük öndər çox
ciddi müqavimətləri
sındıraraq "Əsrin müqaviləsi"ni
reallaşdırdı. Əfsanə sayılan
Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri
layihələrinin tam reallığa
çevrilməsi ümummilli liderimizin uzaqgörənliyinin, qətiyyətinin,
zəkasının, müdrikliyinin və
böyük siyasətinin nəticəsi idi.
Azərbaycanın düşmənləri
ölkəmizin iqtisadiyyatına ciddi zərbələr
vurmaq üçün
dəridən-qabıqdan çıxdıqları bir vaxtda böyük
siyasi xadim tarixi İpək yolunun bərpası
məsələsini qaldırdı. Və sübut
etdi ki, dünyada Şərqlə Qərbi birləşdirən
ən səmərəli yol
elə tarixi İpək yoludur.
O, dünya dövlətlərini
məntiqlə inandırdı. Onların elmi
institutlarının on illərlə
işləyib həll edə bilmədiyi problemlərin Heydər
Əliyev Bakıda keçirilən bir
beynəlxalq konfransda söylədiyi
çıxışında elmi əsaslarla
şərhini verdi.
Cəmiyyət
və dövlət həyatının bütün
sahələrində əsaslı islahatlar
keçirildi. Keçmiş postsovet məkanında ilk
dəfə Azərbaycanda dövlət başçısı
Heydər Əliyevin göstərişi ilə torpaq
islahatı aparıldı. Aqrar
islahatın bu fazası ilə bərabər
kolxoz və sovxozların şəxsi və
fermer təsərrüfatlarına
çevrilməsi kənd təsərrüfatına yeni həyat verdi. Az bir zaman
içində bazar iqtisadiyyatına keçidin qanunvericilik
bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti
yaranmağa başladı.
1995-ci
ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.
Bilavasitə ümummilli liderin təşəbbüsü və rəhbərliyi
ilə hazırlanan bu sənəd Azərbaycanda
insan hüquq və
azadlıqlarının qorunması və təmin
olunmasında yeni mərhələ
açdı. Şərqdə ilk dəfə
olaraq Azərbaycanda ölüm
hökmü ləğv olundu.
Azərbaycan
xalqının taleyi ilə aparılan pərdəarxası
oyunlara, siyasi anarxiya və eksperimentlərə Heydər Əliyevin
rəhbərliyi altında son qoyulmuş, ölkədə cinayətkarlığın
qarşısı tam alınmış, qanunsuz silahlı dəstələr ləğv
olunmuşdu. Bunlar da bütövlükdə Azərbaycanda
dövlət quruculuğu prosesinin
uğurla aparılması üçün
şərait yaratmışdı.
Azərbaycan dövlətçiliyinin
mövcudluğuna böyük
təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin
qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində
alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.
2003-cü
ildə böyük öndərin qurduğu Azərbaycan tərəqqiyə və
inkişafa istiqamət götürüb
irəliləyirdi. Böyük realist və praqmatik siyasətçi
olan Heydər Əliyev isə insan üçün əbədi
olmayan dünyanın təbii
qanunlarına bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin
ən məsul dövründə olan Azərbaycanı
xoşbəxt gələcəyə aparacaq
liderin kim olacağı
sualı onu çox düşündürür və narahat edirdi. O bu məsələni həll etməli idi. Bu, Vətənə
xidmətin ən ali nümunəsi idi və Heydər Əliyev bunu
özünə müqəddəs borc bilirdi.
Heydər
Əliyev o vaxtlar
hökumətə uğurla rəhbərlik
edən İlham Əliyevin üzərində
dayandı və doğma xalqına
müraciət ünvanlayaraq
yazırdı: "O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili
və təşəbbüskar bir şəxsiyyətdir...
İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Tarix bu böyük dahinin uzaqgörənliyini yenə təsdiqlədi.
Bunun təsdiqi üçün
elə də böyük bir
vaxt lazım gəlmədi. Çünki İlham Əliyev
millət atasının missiyasını davam
etdirməyin sirrini çox
gözəl bilirdi. Prezident İlham
Əliyev qısa bir müddətdə uğurlara imza atdı və
xalqının sonsuz rəğbət və
hörmətini qazandı. O uğurlar böyük qələbələrin estafeti kimi bu
gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə
doğru aparır.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri, möhtərəm İlham Əliyevin
rəhbərliyi altında ölkəmiz böyük
inkişaf yolundadır. Məhz
onun liderliyi ilə ölkəmizdə görülmüş
işlərin miqyası əminliklə söyləməyə
əsas verir ki, ulu öndər Heydər Əliyevin
yaratdığı və sarsılmaz təməl üzərində
tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə
ən qüdrətli dövlətə çevriləcəkdir.
Nə qədər Azərbaycan var, Azərbaycan
xalqı var, Heydər Əliyev də olacaqdır!
Abuzər XƏLƏFOV,
Bakı Dövlət Universitetinin
kitabxanaşünaslıq
kafedrasının müdiri,
əməkdar elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma
Akademiyasının akademiki,
tarix elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2013.- 26 aprel.-
S.4.