"Dilimiz - milli qürurumuz" mövzusunda elmi-praktik konfrans

 

Avqustun 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma Yenidənhazırlanma İnstitutunda Azərbaycan Əlifbası Azərbaycan Dili Gününə həsr edilmiş "Dilimiz - milli qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. BPKİYİ Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi RİH-in məsul işçiləri, institutun professor-müəllim heyəti, təhsil ictimaiyyətinin KİV-in nümayəndələri iştirak edirdilər. 

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra institutun rektoru, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları Azərbaycan Əlifbası Azərbaycan Dili Günü münasibətilə təbrik etdi. A.Zamanov daha sonra "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda məruzəsində bildirdi ki, milli varlığımızın əsas əlamətlərindən biri olan ana dilimizlə əlaqədar avqustun 1-i ölkəmizdə əziz günlərdən biri kimi qeyd olunur.  Danılmaz həqiqətdir ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Dilin dövlət dili statusu alması isə milli dövlətçilik tariximizin qızıl səhifəsidir. Qürur duyuruq ki, planetin 6500-ə yaxın dili arasında Azərbaycan dili həm də dövlət dili statusuna malikdir.

Ana dilimizin dövlət dili statuslu dillər sırasına yüksəlməsində ümummilli lider Heydər Əliyevin mühüm rolundan bəhs edən məruzəçi diqqətə çatdırdı ki, milli mənəvi dəyərlərimizin ən qiymətlisi, bir millət kimi milli varlığımızın rəmzi olan dilimizin saflaşdırılması və inkişafı istiqamətində ulu öndər geniş fəaliyyət göstərmişdir. Hələ Sovet İttifaqının tərkibində olarkən, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbitinə nail olunmuşdur. Ulu öndərin 1993-cü ildə Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1995-ci ildə müstəqil dövlətimizin ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk Konstitusiyasında dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə böyük sevgisinin təzahürü idi. Vurğulandı ki, müstəqillik illərində Azərbaycan dili xalqımızın ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında müstəsna əhəmiyyət kəsb etməyə başladı. Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" tarixi fərmanlar imzalamışdır. Ölkəmizdə Azərbaycan dilinindilçiliyinin hərtərəfli inkişafı, dilimizin beynəlxalq səviyyədə işlək dilə çevrilməsi ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dilimizə və dilçiliyimizə böyük qayğı göstərdiyini diqqətə çatdıran A.Zamanov möhtərəm Prezidentimiz tərəfindən 23 may 2012-ci il tarixində imzalanmış "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamın bu qayğının bariz nümunəsi olduğunu qeyd etdi.

Professor A.Zamanov çıxışının sonunda dedi: "Unutmamalıyıq ki, dil yalnız ünsiyyət vasitəsi yox, eyni zamanda mədəniyyətdir, ədəbiyyatdır, tarixdir, musiqidir, millətin taleyidir. 50 milyondan çox azərbaycanlının qürur mənbəyi olan ana dilimizin yaşaması və inkişafı üçün ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq hər bir ziyalı -  alim, müəllim, məmur, xüsusilə kütləvi informasiya vasitələrinin nümayəndələri geniş fəaliyyət göstərməlidirlər".

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov "Azərbaycan dili dövlət idarəçiliyində", institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Aydın Paşayev "Azərbaycan dilionun tədrisi: reallıqlar, perspektivlər", dosent Şəmil Sadıqov "Azərbaycan dilinin bədii ədəbiyyatda təzahürü" mövzularında məruzələrində dilimizin zənginliyindən, inkişafından, qorunmasının zəruriliyindən və bu sahədəki problemlərdən söz açdılar. 

 

Azərbaycan müəllimi.- 2013.- 2 avqust.- S. 2.